"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" .....                     “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                 

“DəmirBank”ın rəhbərliyi vətəndaşları aldadıb - “Əmanətçilər bunu biləndə qalmaqal başlayacaq”
Tarix: 30-12-2017, 09:44 | Çap et
“DəmirBank”ın rəhbərliyi vətəndaşları aldadıb
Bir neçə gün öncə “DəmirBank”ın lisenziyasının ləğv edilməsi qorunmayan əmantlərlə bağlı məsələni yenidən gündəmə gətirib. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, “DəmirBankda” kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır. Bu isə o deməkdir ki, 28,3 milyon manat əmanət geri qaytarılmayacaq.

Beləliklə də, illərlə ehtiyat vəsait toplamış vətəndaşlar “DəmirBank”a qoyduğu vəsaiti bankın müflis olması ilə bir gündə itirmiş oldular. Əslində, bu özü nə qanuna, nə də insanlığa sığar ki, qara gün üçün saxladığı və bütün ümidlərini bağladığı ehtiyat vəsaiti günün birində kiminsə fırıldağına “qurban” getsin. Doğrudur, qorunan əmanətləri Əmanətlərin Sığortlanması Fondu qaytarır. Ancaq qorunmayan əmanətlərin qaytarılmaması böyük haqsızlıqdır.

Banklar kredit verdiyi vətəndaşlara ödənişi vaxtında etməyəndə və ya aldığı pulu qaytara bilməyəndə hər cür təzyiq edirlər. Məsələ məhkəmə səviyyəsinə kimi gedib çatır, icraçılar vətəndaşı bir çox hallarda evini satıb borcunu ödəməyə məcbur edirlər. Bəs nə üçün vətəndaş müflis olanda nəzərə alınmır, banklar müflis olanda nəzərə alınır? Əslində, banklar müflis olanda, ona görə nəzərə alınır ki, bankların arxasında da məmurlar durur. Beləliklə, hər mənada itirən ancaq vətəndaş olur. Odur ki, bankların müflis olması nəzərə alınan kimi, yaxşı olar ki, vətəndaşların da müflis olması nəzərə alınsın və bu qanunvericilikdə təsbit olunsun.

Əslində, qorunmayan əmanətlərlə bağlı maarifləndirməyə də ehtiyac var ki, vətəndaşlar illərlə qazandığı vəsaiti bir gündə itirməsin.

“Sığortasız əmanətlərin sahibləri əmanətlərinin sığortasız olduğunu heç bilmirlər”

Qorunmayan əmanətlərlə bağlı hüquqşünas Əkrəm Həsənov Hurriyyet.org-a bildirdi ki, bu sahədə maarifləndirmə işi yaxşı səviyyədə deyil, hətta çox aşağı səviyyədədir: ““DəmirBank”ın ətrafında baş verən hadisələr də bunu sübut edir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, “DəmirBank”da 63,5 milyon manat sığortalı, 28, 3 milyon manat sığortasız əmanətdir. Bu, təəccüblüdür. Belə çıxır ki, əmanətlərin 1/3-nin sığortası yoxdur. Məndə olan son məlumata görə, sığortasız əmanətlərin sahibləri əmanətlərinin sığortasız olduğunu heç bilmirlər. Onlara elə gəlir ki, əmanətləri sığortalıdır. Yəni orada bank rəhbərliyi vətəndaşları aldadıb”.

“Bu məsələyə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası tam məsuliyyət daşıyır”

Ə. Həsənov nəzərə çatdırdırdı ki, xarici valyutada 3 faizi ötməyən, milli valyutada isə 15 faizi ötməyən əmanətlər sığortalıdır: “Sığortlanan əmanətlərin sığortlanma müddəti 2019-cu il martın 1-nə qədərdir. 1 il iki ay qalıb. “DəmirBank” isə xarici valyutada olan əmanətlərə 3 faiz verir, əlavə də 2 faiz bonus yazır. Yəni faktiki 5 faiz olur. Təbii ki, 5 faiz olursa, orada hansısa sığortadan söhbət gedə bilməz. Amma vətəndaşları bu yolla aldadıblar. Hələ də o vətəndaşların çoxu bunu bilmir. İndi məlum olub ki, sığortasızdır. Hələ onlar biləndə qalmaqal başlayacaq.

Hesab edirəm ki, bu məsələyə görə, ilk növbədə Maliyyə Bazarlarına Nəzarət Palatası tam məsuliyyət daşıyır. Nəinki əhalini maarifləndirmədiyinə görə, eyni zamanda əmanətlərin saxlanmasına görə məsuliyyət daşıyır. Ona görə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası banklar üzərində bank nəzarətini həyata keçirir və belə müqavilələri görür, susur və göz yumur. Maarifləndirməyi özünə qalsın, heç olmasa gördüyü pozuntuları aradan qaldırmır. Ona görə, vəziyyət belədir. Vətəndaş banka depozit qoyanda hər bir bank bunu izah etməlidir. Aydındır ki, banka əmanət qoyan gəlir götürmək istəyir. Adam baxır ki, “Beynəlxalq Bank”da xarici valyutada əmanətə görə 2 faizdir, “DəmirBank” isə 3 faiz yazır, hələ deyir ki, 2 faiz də bonus verirəm... Özü də bankda deyirlər, bax, sığortalıdır”.

“Bank gərək, düzgün ləğv olunsun ki, qorunmayan əmanətçilərə nəsə çatsın”

Ə.Həsənov dedi ki, “DəmirBank” kimi bankdan söhbət gedirsə, əmanətçilər pullarını bankın rəhbərliyindən və Maliyyə Bazarlarına Nəzarət Palatasından tələb etməlidirlər: “Amma orada hər şey qanuni olsa, burada yeganə yol müflis bankın ləğv prosesinin ədalətli, vicdanlı və şəffaf olmasıdır. Çünki bank gərək, düzgün ləğv olunsun ki, oradan nəsə vəsait əldə edə və qorunmayan əmanətçilərə nəsə çatsın. Ancaq tam çatmayacaq. Aydın məsələdir ki, bank müflisdirsə, artıq o deməkdir ki, bütün əmanətçilərin pulunu verə bilməyəcək. Sığortasız əmanətlərin heç olmasa bir hissəsinn qaytarılması üçün bütün müflis banklarda kreditorların ümumi yığıncağı çağırılmalıdır. Ən azı Kreditorlar Komitəsi yaradılmalıdır ki, həmin komitə bankın ləğvi üzrə Əmanətlərin Sığotalanması Fondunun fəaliyyətinə nəzarət etsin ki, bankın olan-qalan əmlakının başına daş salmasınlar, düzgün idarə etsinlər və nəticədə əldə edilən vəsait əmanətçilərə çatsın. Bu da 1-2 günün məsələsi deyil, burada xeyli işləmək lazımdır”.

“Müflis bankın sahibi onun kreditorlarıdır, əmanətçiləridir”

“Bildiyiniz kimi, biz indi “Standardbank”ın ləğvi üzrə bu işləri görürük. Orada Kreditorlar Komitəsi var. Mən onun sədriyəm. Müəyyən fəaliyyətimiz var. Düzdür, istədiyimiz qədər deyil. Çünki qanunda bizim səlahiyyətlərimiz azdır. Bunun üçün ilk növbədə, “Banklar haqqında” qanun təkmilləşdirilməlidir. Yəni daha aydın yazılmalıdır. Ümimiyyətlə, Kreditorlar Komitəsinin səlahiyyəti nədir? Əslində, müflis bankın sahibi onun kreditorlarıdır, əmanətçiləridir. Çünki onların orada pulları qalıb. Buna görə də onların bankın ləğvi üzrə səlahiyyətləri genişləndirilməlidir. Bunun üçün də qanunvercilik təkmilləşdirilməldir. Mən artıq bu sahədə qanun layihəsini hazırlamışam və inşallah gələn ilin əvvəlində onu dərc edəcəyəm və vacib dövlət orqanlarına da göndərəcəyəm. Gərək, Kreditorlar Komitəsinin səlahiyyətləri genişləndirilsin ki, bank düzgün ləğv olunsun. Oxucularda düzgün təsəvvür olsun ki, bankın düzgün ləğv olunması nə deməkdir. Axı, bankın daşınmaz əmlakı, bankın özü, torpağı, daşınar əmlakı maşını, mebeli var. Bunu ədalətli, yaxşı qiymətə satmalıdırlar, bankın verdiyi kreditləri ədalətli yığmalıdırlar. Borclular ilə qanunsuz sözvdələşmələrə getməməlidirlər. Bu pulları yığıb əmanətçilər arasında bölünməlidir”, - deyə hüquqşünas vurğuladı.

“Əmanətlərin Sığortlanması Fondu qorunan əmanətləri qorunmayan əmanətlərin hesabına qaytarır”

Ə.Həsənov hesab edir ki, qorunmayan əmanətlərlə bağlı qanunvericilyə mütləq dəyişiklik olmalıdır: “Qorunan əmanətləri Əmanətlərin Sığortlanması Fondu qaytarır. Kimin hesabına qaytarır? Onu da qorunmayan əmanətlərin hesabına qaytarır. Yəni qanuna dəyişiklik edilməlidir ki, qorunan əmanətləri öz pulu ilə qaytarmalıdır. Sonra yığılan pulu da, yəni o bankın nə pulu varsa, qorunmayan əmanətlərə verməlidir. Amma bu gün bank qorunan əmanətləri qaytarır, sonra da bankın nə əmlakı varsa, özünə götürür. Deyir ki, mən qorunan əmanətləri vermişəm, bunu da qaytarmalıyam. Niyə? Bəs qorunmayan əmantlər necə olacaq?!”

“Belə çıxır ki, kim banka sığortasız əmanət qoyubsa, onun hüququ tam pozulur” fikrinə Ə. Həsənov “əlbəttə” deyə cavab verdi.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru