Qaçqın evləri üzərindən ALVER - İTTİHAM
Tarix: 8-05-2018, 09:01 | Çap et
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tikilən qəsəbələrdə yerləşən evləri və qurumun balansında olan digər mənzilləri qanunsuz olaraq müxtəlif şəxslərə verilməsilə bağlı bəzi məlumatlar yayılıb. Həmin məlumatlardan aydın olur ki, köhnə müqavilələr yeni tarixlə rəsmiləşdirilib və bir şəxsə bir neçə ünvanda mənzil verilib. Verilən mənzillərin isə eyni tarixli digər sənədlərlə kirayə verilməsi ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin 18.09.2003-cü il tarixli, 357 nömrəli əmrilə təsdiq olunmuş və yeni salınmış qəsəbələrdə məcburi köçkünlərə yaşamaq hüququ verən müqavilə forması təsdiq olunub. Lakin sonradan həmin müqavilə forması daha da təkmilləşdirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilərək “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi” forması təsdiq edilib ki, bu müqavilə forması da Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
Ancaq “Cümhuriyət” qəzetinin redaksiyasına daxil olan həmin məlumatlarda açıq şəkildə görünür ki, 2017-ci il tarixli müqavilələr köhnə, yəni 2003-cü ildə təsdiq edilmiş formada hazırlanıb. Həmçinin müqavilə sənədlərində digər qanun pozuntuları da açıq şəkildə görünür. Belə ki, 20 oktyabr 2017-ci il tarixli sənəddə Ağdam rayon İcra Hakimiyyəti başçısının Yeni İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi təsdiq edir ki, adıçəkiən qəsəbədə 26 nömrəli 3 otaqlı ev 2014-cü ildə “Qaçqınkom” tərəfindən Həsənova Tərgül Surxay qızına 5 nəfər ailə üzvü ilə birlikdə verilib. Tərgül Həsənovanın ailə üzvləri arasında isə Həsənova Təranə Məhəmməd qızının da adı qeyd olunub.
Həmin sənəddə həmçinin qeyd olunur ki, 27 iyul 2017-ci ildə Həsənova Təranə Məhəmməd qızı və onun övladları- Həsənov Elnur Çələbi oğlu və Həsənov Elbəyi Çələbi oğlu miqrasiya ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İlk baxışda bu sənədlərdə heç bir problem görünməsə də, ardınca rəsmi qaydada Həsənova Təranə Məhəmməd qızının adına verilmiş sənədlərdə qaranlıq məqamlar özünü göstərir. Belə ki, adıçəkilən şəxslərin qeydiyyatdan çıxma tarixi 27 iyul 2017-ci il göstərilir. Ancaq bundan 36 gün öncə, yəni 19 iyun 2017-ci ildə Təranə Həsənova Fərzəliyev Mehman Şamuyan oğlu ilə birlikdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə T.Həsənovanın mənzil şəraitlərinin ağırlığı, başqa yaşayış yerinin olmaması ilə bağlı müraciət olunub. MİD isə bu ərizəni qəbul edərək Fərzəliyev Mehman Şamuyan oğlunun evə ehtiyacı olmadığını və onun Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində olan mənzilini(bina 12-də, 83 saylı mənzil) Həsənova Təranəyə verilməsini məqsədəuyğun sayıb. Maraqlı məqam ondadır ki, MİD elə həmin tarixdə, yəni 19 iyun 2017-ci il tarixli başqa bir sənədlə həmin mənzili Təranə Həsənova kirayə verib. Qanunvericiliyə uyğun olaraq məcburi köçkünlər müvəqqəti yaşamaq üçün mənzili ancaq “Qaçqınkom”un razılığı ilə kirayə verə bilər. Həmin mənzil 19 iyun 2017-ci il tarixli əmrlə Təranə Həsənova tərəfindən Cəfərov Elbəyi Ceyhun oğlu və Cəfərov Elnur Ceyhun oğluna kirayə verilib. Əmri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev imzalayıb.
Digər bir sənəddə isə şəxsin xəbəri olmadan qanunsuz olaraq qeydiyyatdan çıxarılması faktı əksini tapıb. Belə ki, 2017-ci ilin oktyabr ayında Ağdam rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı nümayəndəliyinin rəhbəri R.Quliyevin imzası ilə verilən sənəddə Çıraxlı kənd sakini Allahverdiyeva Nərminə Nərman qızının 4 nəfərdən ibarət ailə üzvü olduğu görünür.
Allahverdiyeva Nərminə Nərman qızı, Allahverdiyev Polad Əliş oğlu, Allahverdiyev Xəyal Polad oğlu və Allahverdiyev Xədicə Polad qızı. Ancaq 2016-cı il 24 may tarixində Allahverdiyeva Nərminə Nərman qızının müvəqqəti məskunlaşdığı Ağdam rayon Bənövşələr qəsəbəsi 307 nömrəli evi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevin razılığı ilə Allahverdiyev Xəyal Polad oğlu və Allahverdiyeva Xədicə Polad qızına, yəni öz uşaqlarına kirayə verilib. Digər bir problem isə ailə başçısı kimi təqdim olunan Allahverdiyev Nərminənin bir sənəddə Çıraxlı, digər bir sənəddə isə Bənövşələr qəsəbəsinin sakini kimi göstərilməsidir.
Beləliklə, redaksiyaya daxil olan məlumatlardan göründüyü kimi məcburi köçkünlərə mənzillərin verilməsində şəffaflıq olmayıb. Əksinə, müxtəlif vasitələrlə mənzillərin başqa-başqa şəxslərə “başqa yollarla” verilməsi barədə dəfələrlə yayılan xəbərlərin heç də həqəqətdən kənar olmadığı təsdiqlənir. “Qaçqınkom”un ən problemli sahələrindən biri olan mənzillərin tikintisi və paylanmasındakı qanun pozuntuları barədə neqativ faktlar dəfələrlə mətbuatda işıqlandırılıb, qurum hər dəfəsində bu ittihamları ya görməzdən gəlib, ya da ümumi sözlərlə ötüşdürüb. Bu dəfə isə deyəsən, ötüşdürmək mümkün olmayacaq. Hər halda Komitədə başlayan ciddi dəyişikliklər belə düşünməyə əsas yaradır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
|