![Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1738752051_0001.jpg)
Kreml Tramp administrasiyası ilə təmasları təsdiqləyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin yeni prezident administrasiyası ilə Kreml arasında təmaslarla bağlı suala cavab verib.
“Bunlar barədə ancaq bunu deyə bilərəm: ayrı-ayrı qurumlarımız arasında təmaslar həqiqətən mövcuddur. Onlar son vaxtlar güclənib. Başqa təfərrüat verə bilmərəm”, - deyə Kremlin sözçüsü bildirib.