Oqtay Şirəliyevin bazara çevirdiyi səhiyyə sistemimiz... - Burada bir nömrəli problem nazir problemidir...
Tarix: 27-07-2018, 10:54 | Çap et
![Oqtay Şirəliyevin bazara çevirdiyi səhiyyə sistemimiz... Oqtay Şirəliyevin bazara çevirdiyi səhiyyə sistemimiz...](/uploads/posts/2018-07/1532674449_0001.jpg) Müasir görünüşlü, ən son tibbi aparatlarla təchiz olunmuş xəstəxanalarda və poliklinikalarda can verən Azərbaycan səhiyyəsi sanki bir nəfərin girovuna çevrilib. Bu sahəyə rəhbərlik etdiyi müddət ərzində səhiyyənin evini yıxan, onu rüşvətin, korrupsiyanın tüğyan etdiyi bazara çevirən O.Şirəliyevin rəhbərlikdə qaldığı hər gün böhranı daha da dərinləşdirir, səhiyyə sistemini uçuruma sürükləyir. Haqqinda həyacan siqnalı çalınan, artıq gülüş hədəfinə çevrilən səhiyyə sistemində isə dəyişikliklərə gedilmir. Hər gün qəzetləri, elektron informasiya vasitələrini düzgün müəyyən olunmayan diaqnozlar, yanlış cərrahi müdaxilələr, səhv təyin olunan müalicə kursları nəticəsində həyatından məhrum olanlar, öz doğmalarını itirənlər, ömürlük şikəst qalanlar barədə tükürpədici, ürək ağrıdan məlumatlar verir. Hətta elə gün olmur ki, gündəlik həyatda bu tip faktlarla qarşılaşmayasan. Hər birimiz mətbuatdan olmasa belə, öz yaxınlarımızın, doğmalarımızın, ya da tanışlarımızın başına gələn lazımsız və səviyyəsiz müayinə, yeni xəstəliklərə rəvac verən müalicə hadisələrini eşidirik. Yüzlərlə özəl və dövət tibb müəssisəsinin olduğu bir məmləkətdə ölkə vətəndaşlarının mütləq əksəriyyəsi xarici ölkələrə üz tutur. Etimadsızlıq o həddə çatıb ki, hətta dərman preparatları da xəstə yaxınları tərəfindən xaricdən alınır. Öz maddi durumlarının səviyyəsinə görə imkanlı təbəqə Avropa ölkələrinə, orta təbəqədən olanlar Rusiya və Türkiyəyə, yoxsulluq içində çabalayan əksəriyyət isə İrana pənah aparır. Müvafiq strukturlar, xüsusilə də Səhiyyə nazirliyi özünü görməməzliyə, eşitməməzliyə vurmaqda davam edir. Səhlənkarlıq kimi qələmə verilən, əslində mahiyyətcə cinayət xarakteri daşıyan möhtəkirlik xüsusiyyətlərini özündə inkişaf etdirən səhiyyə sisteminə rəhbərlik edənlərin günahsız insanların qətliamına reaksiya verməməsi, hüquq-mühafizə orqanlarınınsa formal cinayət işləri açaraq, bir müddətdən sonra həmin işləri cüzi cəzalarla bağlaması günümüzün acı reallığıdır. Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır. Azərbaycanda xüsusən özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir. Xarici ölkədə diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir və çox geniş miqyasda reklam olunur. Azərbaycanda səhiyyənin səviyyəsi yüksək olsaydı, bütün məmurlar ölkə səhiyyəsinə etibar edərdi. Tez-tez eşidirik ki, prezidentin himayəsi ilə hansısa aktyor, müğənni, jurnalist və digər sahələrin nümayəndəsi müalicəyə göndərilib. Bir qayda olaraq bu adamların müalicəsi xaricdə həyata keçirilir. Digər tərəfdən xaricdən gələn həkimlər öz profillərinə uyğun işləmirlərsə, diş həkimi ginekoloqluq edirsə, bu da səhiyyə nəzarətinin olmaması ilə bağlıdır. Deməli, əhalinin sağlamlığına, təhlükəsizliyinə heç bir zəmanət yoxdur. Rubrika.Az bildirir ki, O. Şirəliyev Azərbaycan səhiyyəsini çıxılmaz bir labirintə salıb. Burada yalnız pulun və yenə də pulun iradəsi hökmranlıq edir. Səhiyyəyə ayrılmış vəsaitlərin talanması adi hal alıb. Tez-tez şahidi oluruq ki, təcili tibbi yardım maşınlarında insan əvəzinə tikinti materialları, mal-heyvan daşınır. Çox gülməli və faciəvi durumdur: pambıqçıları daşımaq üçün təcili yardım maşınından istifadə olunur, o da qəzaya düşüb insanları şikəst edir. Biz bilirik ki, minimal pul vəsaitinə görə insanlar vaxtlı-vaxtında müalicə ala bilmir. Ona görə də, bu vəziyyətdə vətəndaşların vəziyyətini asanlaşdırmaq üçün icbari sığorta işə düşməli idi. Bütün sivil dünyada illərdi tətbiq olunmuş sistem – icbari tibbi sığorta Azərbaycanda işləmir. Baxmayaraq ki, tibbi sığorta haqqında qanun 1999-cu ildə təsdiq olunub, icbari tibbi sığortanın tədbiqi Konsepsiyasının təsdiq edilməsi barədə sərəncam 2008-ci ildə verilib, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə yalnız 9 il sonra – 2017-ci ildə başlanıb. Xəstə ayağın əvəzinə sağ ayağın kəsilməsi olayı səhiyyəmizin köklü müalicə üsullarının yeni formasıdır. Nazirlərin anoloqsuz inkişaf ölkəsinin xəstəxanalarını qoyub xaricdə müalicəyə üz tutması səhiyyə sisteminin tənəzzülünə tam aydınlıq gətirən nümunədir. Görəsən, vətəndaşların hər gün qarşılaşdığı, haqqında yazdığımız bu nöqsanları Səhiyyə Naziliyi və şəxsən Oqtay Şirəliyev görmür? Azərbaycan səhiyyəsini nüfuzdan salan, vətəndaşlarımızı məyus edən bu acınacaqlı vəziyyət çoxmu davam edəcək? O. Şirəliyev ölkə səhiyyəsini nə vaxta qədər şəxsi qazanc mənbəyi hesab edərək istədiyini edəcək? Səhiyyə sisteminin “nazir xəstəliyi” sağalmayınca bu suallara cavab çətin ki, tapıla.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
|