Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                 

Bankir ailəsinə "pul yumağa" kimlər kömək edib? - Cahangir Hacıyevin 70 min dollarlıq maaşı və Zamirənin dəbdəbəli həyatı
Tarix: 1-08-2019, 10:09 | Çap et
 Bankir ailəsinə "pul yumağa" kimlər kömək edib?
“Bloomberq” agentliyi “Azərbaycan Beynəlxalq Bankının pulları necə yeyilib?” başlıqlı məqalə dərc edib.

Cebhe.info-nun məlumatına görə, məqalədə Beynəlxalq Bankın hazırda həbsdə olan sədri və onun həyat yoldaşı, Londonda korrupsiya ittihamı ilə saxlanılmış Zamirə Hacıyevanın maliyyə maxinasiyalarından bəhs edilir.

“Cahangir Hacıyev və onun həyat yoldaşı Zamirə Hacıyeva “çirkli pul”ların hesabına yaşayıblar. “2003-2015-ci illəri əhatə edən dövrdə Hacıyevlər Böyük Britaniyada böyük sərvət xərcləyib. Onlar Londonun dəbdəbəli Naytsbric rayonunda taunhausa 11,5 milyon funt- sterlinq, qolf meydanına, eyni zamanda məşhur Askot ippodromu yaxınlığındakı kluba daha 10,5 milyon funt- sterlinq ödəyiblər. Onlar 42,5 milyon dollara yeni “Gulfstream” təyyarəsi alıblar. Bununla yanaşı, 35 ədəd kredit kartına sahib olan Zamirə Londonun ən məşhur “Harrods” univermağında pulları sağa-sola xərcləyib. O, təkcə bir həftə ərzində zərgərlik məmulatlarına, dizayner geyimlərinə və başqa məhsullara təxminən 725 min funt- sterlinq xərcləyib. Halbuki, ərinin 2008-ci ildə Azərbaycan Beynəlxalq Bankında illik əməkhaqqı 70650 dollar təşkil edib, özünün isə ciddi gəlir mənbəyi olmayıb.

Lakin məxariclə mədaxil arasındakı böyük fərqə baxmayaraq, bir sıra vasitəçi - hüquqşünas, mühasib, investisiya məsləhətçisi və başqa mütəxəssislər cütlüyə sərvətini Böyük Britaniyada aktivlərə yatırmağa kömək edib”, - deyə “Bloomberq” yazıb.

Sözügedən agentlik Azərbaycandan “çirkli pul”ların yuyulmasında Cahangir Hacıyevə kömək edən şirkətlərin adlarını açıqlayıb. Onların arasında fidusiar xidmət göstərən “TridentTrust” və multiailə ofisi adlanan “WernerCapital” şirkətləri də olub. “NCA” (Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik) məlumat verir ki, bu müəssisələr qolf klubu almaq üçün Normand adaları və Böyük Britaniyada hüquqi şəxslərin yaradılmasına kömək ediblər.

Londonda yerləşən “Werner Capital” yüksək risk dərəcəsinə görə banklardan rədd cavabı alan ultrazəngin müştərilərə xidmət göstərən hibrid investisiya şirkətidir. Şirkət “Deutsche Bank AG” və “HSBC Holdings Plc” banklarının keçmiş rəhbəri Tomas Mateos Verner tərəfindən təsis edilib. “WernerCapital” iqamətgahların alınmasından tutmuş vizaların əldə edilməsi və uşaqların Böyük Britaniyanın ən yaxşı məktəblərinə düzəldilməsinə kimi bir çox məsələdə ailələrə yardım edir. Bu şirkət Zamirə Hacıyevanın işi ilə əlaqədar “NCA”-nın diqqət mərkəzinə düşüb. “Çirkli pul”ların yuyulması ilə ciddi mübarizəyə başlayan agentlik hesab edir ki, London bütün dünyadan qanunsuz yolla əldə edilmiş pulları cəlb edir.

Cahangir Hacıyev 2003-cü ildə Vircin adalarında yerləşən saxta şirkət vasitəsilə 2,5 milyon funt-sterlinqə Naytsbricdə ev alıb. Hərçənd həmin vaxt onun illik əməkhaqqı 36 min dollardan az olub.

Hacıyevlərin əldə etdiyi ikinci mülk elit Belqreyviya rayonunda 3,2 milyon funt- sterlinq dəyərindəki mənzil olub. 2006-cı ildə “Harrods” univermağının loyallıq proqramına qoşulan Zamirə Hacıyeva növbəti 90 gün ərzində “Louis Vuitton” və başqa brendlərin məhsullarına 15 min funt- sterlinqdən çox pul xərcləyib.

2011-ci ildə “WernerCapital” İsveçrənin “EFGInternational” bank qrupu üçün Cahangir Hacıyevin kapitalı haqqında hesabat hazırlayıb. Həmin sənədə əsasən, Hacıyevin aktivləri 72,6 milyon dollar təşkil edib. Bura İsveçrənin “Bordier & Cie” adlı başqa bir bankında saxlanılan 4,5 milyon dollar, həmçinin Azərbaycanda bir neçə iqamətgah və Sardiniyada 15 milyon dollar dəyərində villa daxildir.

Siyahıda həmçinin Londonun cənub-qərbindəki nüfuzlu Sent-Corcs-Hilldə yerləşən Uorreners adlı 1,5 akrlıq torpaq sahəsi yer alıb. Həmin torpaq sahəsi 3,7 milyon funt -sterlinq dəyərindədir.

2013-cü ildə “WernerCapital” Cahangir Hacıyevə daha mürəkkəb saziş həyata keçirməyə kömək edib. Sabiq bankir Berkşirin yaşıllıq kənd bölgəsində 170 akrlıq (1 akr 4046,86 м² -dir-red.) sahədə yerləşən “Mill Ride & Country Club” qolf klubunu alıb. Hacıyev buna görə 10,5 milyon funt sterlinq ödəyib.

Cahangir Hacıyev 2016-cı ildə həbs edildikdən sonra həyat yoldaşı Zamirə “Christie's” hərrac evi vasitəsilə özünün “Cartier”, “Boucheron” və “Van Cleef & Arpels” kolleksiyasından olan zinət əşyalarını satmağa başlayıb. O, 2016-cı ilin iyun ayınadək 1,5 milyon funt sterlinq toplaya bilib.

2016-cı ilin aprel ayında Böyük Britaniyada qəbul edilən qanuna əsasən, ölkədə fəaliyyət göstərən şirkətlər sxemə daxil olan vasitəçi şirkətlərin sayından asılı olmayaraq yekun sahibkarlar haqqında informasiya təqdim etməlidir.

Elə həmin il “MRGC” şirkətinin təqdim etdiyi altı səhifəlik sənəddə qeyd edilib ki, Zamirə Hacıyeva trast vasitəsilə şirkətin ən azı 75 faizinə nəzarət edir. Ancaq qanun qüvvəyə minən gün Zamirəni Kiprdə hüquq şirkətinin başçısı Andreas Georgiu adlı bir nəfər əvəzləyib. Zamanla Georgiu nəzarəti qardaşı qızı Yelena Georgiuya ötürəcək.

“Amma Zamirə Hacıyevanı ən çox Azərbaycana ekstradisiya edilə biləcəyi narahat edir. Belə olduğu təqdirdə onu da ərinin aqibəti gözləyəcək. İyunda baş tutan məhkəmə dinləmələrində Azərbaycanın maraqlarını təmsil edən vəkil Hacıyevanın mütəşəkkil cinayətkar qruplaşmanın üzvü olduğunu qeyd edib, onu “çirkli pul”ların yuyulmasında ittiham edib. Zamirə Naytsbricdəki evində məhkəmənin qərarını gözləyir”, - məqalənin sonunda deyilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru