""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                 

Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Tarix: Bu gün, 06:33 | Çap et
Ermənistan növbəti təxribata hazırlaşır
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində beton-bunker tipli hücum xarakterli istehkamlar tikir. İşğalda olan Kərki kəndi istiqamətində də bu tipli istehkamların tikildiyi deyilir. Məlumata görə, əraziyə yeni təminat və postlar arasında əlaqə yolları çəkilib, genişmiqyaslı təkmilləşdirmə işləri aparılıb: "4 yeni bunker müşahidə olunur. Ərazidə atəş nöqtələri qazılıb".

Naxçıvan istiqamətində bu kimi fəaliyyətlər rəsmi İrəvanın bütün "sülh və normallaşma" siyasətinin saxta olduğunu bir daha sübut edir. Kərki kəndi ilə bağlı danışıqların gözlənildiyini bilən və Azərbaycan ərazi bütövlüyünü sözdə "tanıdığını" bəyan edən Ermənistan rəhbərliyi niyə məhz işğal etdiyi ərazi istiqamətində bu kimi addımları atır?! Qısaca desək, Ermənistan sülhdə maraqlı deyil. Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri şərti sərhədin Kəlbəcər istiqamətində də hərbi texnikanı kamuflyaj edərək daşımaqda davam edir.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələri şərti sərhəddə artıq hərbi texnika üçün 200-dən çox səngər qazıb. Eyni zamanda Ermənistan da şərti sərhəddə daha bir hərbi hissə tikib. Son günlərdə Ermənistanın bu istiqamətdə hərəkətləri diqqət mərkəzindədir. Ekspertlərə görə, bu cür hərbi hazırlıqlar Ermənistanın sülh istəyinə baxmayaraq, real olaraq hərbi mövcudluğunu gücləndirmə niyyətində olduğunu göstərir. Ermənistanın hərbi hazırlıqları ilə sülh mesajları ziddiyyət təşkil edir. Bu vəziyyət, siyasi və hərbi balansın pozulmasına və bölgədəki münaqişənin yenidən alovlanmasına səbəb ola bilər. Digər tərəfdən, Ermənistan hakimiyyəti daxildəki ictimai rəyi manipulyasiya etmək üçün gərginliklərdən istifadə edə bilər. Adətən, xalqın diqqətini iqtisadi və sosial problemlərdən yayındırmaq üçün münaqişə ilə bağlı təxribatçı fəaliyyətlər həyata keçirilir.


Siyasi elmlər doktoru, professor, keçmiş millət vəkili Elşad Mirbəşiroğlu "Sherg.az"adeyib ki, Ermənistan zaman-zaman təxribatlar törədib. Deputatın sözlərinə görə, xüsusilə son təxribatlar və bir neçə başqa provokasiyalarda Avropa İttifaqının "mülki missiyası"nın da müşayiətinin olması barədə informasiyalar dolaşırdı:

"Ermənistan tərəfi Azərbaycan sərhədlərinə yaxın ərazilərdə səngər qazır, istehkam qurğuları yaradır. Kəlbəcər və Naxçıvan istiqamətində bu fəaliyyət müşahidə olunmaqdadır. Ermənistan daxilinə diqqət yetirsək, görərik ki, son dövrlərdə revanşizmə meyillilik daha da güclənməkdədir. Həm müxalifət, həm iqtidar rəsmiləri Ermənistan üçün zaman qazanmağın zəruri olduğunu bildirirlər və Ermənistanın əvvəlki mövqelərini qaytara biləcəklərinə ümid bəsləyirlər. Ermənistan mətbuatında bu barədə tez-tez informasiyalar gedir. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra ədalətli sülh şərtləri irəli sürüb. Lakin Ermənistan Azərbaycanın şərtlərinə uyğun addım atmaq niyyətində olmadığını göstərir. Düzdür, ritorik olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir. Amma bunun üçün təsirli və real addımlar atmaq lazımdır. Azərbaycan tələb edir ki, Ermənistan öz Konstitusiyasında dəyişiklik etsin, rəsmi qaydada Azərbaycana olan ərazi iddialarından əl çəksin. Digər yandan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı şərtimiz var. Ermənistan bunların heç birini etməməklə nümayiş etdirir ki, gələcəkdə Azərbaycana qarşı revanş etmək haqqında düşünür".

E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistan davamlı olaraq Fransa tərəfindən silahlandırılır və ABŞ ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığı genişləndirir:

"Amerikanın hərbi yük təyyarələrinin Ermənistana istiqamətlənməsi, son olaraq strateji tərəfdaşlıq müqaviləsinin imzalanması bir daha nümayiş etdirir ki, Qərb Ermənistandan özünün geosiyasi aləti qismində istifadə edir. Bunun müqabilində Ermənistana Azərbaycana qarşı dəstək olmaq niyyətini göstərir. 2024-cü ilin aprelin əvvəlində Brüsseldə baş tutan görüş də nümayiş etdirdi ki, Avropa İttifaqı Ermənistana hərbi təhlükəsizlik sahəsində dəstək nümayiş etdirəcək. Ardınca gördük ki, Fransa daha intensiv şəkildə Ermənistana hücum silahları ötürür. Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında daha intensiv hərbi əməkdaşlıq müşahidə olundu. Eyni zamanda Qərb dairələri Cənubi Qafqaz regionunda münaqişə vəziyyətinin aradan qalxması faktını qəbul etmək istəmirdilər. Münaqişədən istifadə edərək öz mövcudluqlarını Cənubi Qafqaz regionunda təmin edirdilər. Amma Azərbaycanın iradəsi ilə münaqişə vəziyyəti aradan qalxdı. Təsadüfi deyil ki, Avropanın müxtəlif strukturlarında, Fransa parlamentində, ABŞ Konqresində Azərbaycana qarşı davamlı olaraq qərəzli müzakirələr keçirilir. Ölkəmiz əleyhinə qətnamələr qəbul olunur. Bu da ona dəlalət edir ki, Azərbaycan tərəfindən münaqişə amilinin aradan qaldırılması Qərb tərəfindən həzm olunmur. Onlar Ermənistandan istifadə edərək vəziyyəti dəyişməyə çalışırlar".

Professor əlavə edib ki, Ermənistan ümid edir ki, nə vaxtsa Azərbaycana qarşı revanş etmək imkanına sahiblənəcək, əvvəlki mövqelərini qaytaracaq:

"Sözsüz ki, bu, yanlış yanaşmadır. İndiki Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad edən ordudan qat-qat daha güclüdür. Ordumuzun gücləndirilməsi istiqamətində dövlət tərəfindən addımlar sistemli və davamlı olaraq atılmaqdadır. Ermənistan tərəfi isə yenə də öz arzularında qalmaqdadır. Sərhəddə yaxın ərazilərdə səngər qurğularının yaradılması bir daha ona dəlalət edir ki, Ermənistan növbəti təxribatlar həyata keçirə bilər. Hətta bu istiqamətdə Avropa İttifaqının "mülki missiyası"nın Ermənistana dəstəyi də gözləniləndir. Çünki Avropa İttifaqının "mülki missiyası"nın əsas fəaliyyəti vəziyyətin normallaşdırılması istiqamətində addım atmaqdan ibarət deyil. Əksinə, Azərbaycana qarşı kəşfiyyat fəaliyyətini həyata keçirməkdədir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru