Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                 

Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Tarix: Bu gün, 20:00 | Çap et
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq
“Biz Azərbaycanı yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərin yeni dövrünü açmağa dəvət edirik”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Atlantika Şurasında çıxışı zamanı belə deyib. Atlantika Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstin suallarını cavablandıran Paşinyan Azərbaycanla sülh müqaviləsinin mətnində razılaşdırılmamış iki bəndlə bağlı açıqlama verib. Qeyd edək ki, Ermənistan tərəfi 17 bənddən 15-nin razılaşdırıldığını bildirir. Nikol Paşinyanın sözlərinə görə, iki bənddən biri Ermənistanla Azərbaycan sərhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi ilə bağlıdır:

“Azərbaycan Avropanın mülki müşahidə missiyasını nəzərdə tutaraq üçüncü ölkə qüvvələrinin sərhəd boyu yerləşdirilməsinə qadağa qoymağı təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və bu bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutan öz təklifimizi irəli sürmüşük.

Əgər biz bu ərazini demarkasiya etmişiksə, bu, o deməkdir ki, orada üçüncü qüvvələr olmamalıdır. Ona görə də biz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik”.

Qeyd edək ki, Avropa müşahidə missiyasının Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşdirilməsi həqiqətən də tərəflər arasında əsas mübahisəli bəndlərdən birini təşkil edir. Ona görə də missiyanın fəaliyyət müddətinin 2027-ci ilə qədər uzadılması qarşıdakı iki il ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına şübhə yaradır. Çünki Ermənistan müşahidəçilərin mövcudluğuna “Nə sülh, nə müharibə” prinsipinin həyata keçirilməsi üçün sipər kimi baxır.

Yəni rəsmi İrəvan Avropa İttifaqının missiyasının Azərbaycanla şərti sərhəddə olmasından istifadə edərək sülh danışıqları ilə paralel silahlanma siyasəti yürüdür. Nikol Paşinyan hakimiyyəti müşahidəçiləri Azərbaycan istiqamətində yerləşdirməklə eskalasiyasiyanın baş verməsi halında Avropa İttifaqından Ermənistanın təhlükəsizliyinə təminat almağa çalışır. Nəticədə, Ermənistan sülh prosesində əlavə siyasi manevr imkanları qazanır.

Ona görə də Azərbaycan avropalı müşahidəçilərin bölgədə qalmasını sülhə maneə hesab edərək monitorinq missiyasının fəaliyyətinə xitam verilməsini tələb edir.

Bu məsələdə ikinci mühüm məqam sərhədlərin müəyyənləşməsi ilə bağlıdır. Paşinyan hökumətinin müşahidə missiyasını Azərbaycanla 1991-ci ilə dair şərti sərhədə yerləşdirməsi xüsusi məqsəd daşıyır. Bununla da Paşinyan SSRİ-nin dağıldığı dövrə aid inzibati sərhədlərin beynəlxalq səviyyədə tanınmasına nail olmaq istəyir.

Əslində, Paşinyan dolayısı ilə şərti sərhədləri Ermənistanın de-yure dövlət sərhədi kimi tanımaq müqabilində müşahidə missiyasını ölkədən çıxartmaq təklifini irəli sürür.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin 1991-ci il Almatı Bəyannaməsi əsasında delimitasiya və demarkasiya olunması haqqında razılaşma imzalanıb. Lakin Sovet dövrü 70 ildən artıq bir dövrü əhatə edir və qarşılıqlı razılaşmadan asılı olaraq 1920-ci ilin aprel ayından etibarən istənilən dövrün xəritəsi tətbiq edilə bilər. Üstəlik, rəsmi İrəvan 1989-cu il dekabrın 1-də Ermənistana birləşdirlməsi haqqında qərar qəbul etməklə Azərbaycanla inzibati sərhədlərdən imtina edib.

Ona görə də sərhədlər yenidən müəyyənləşməlidir. Bu baxımdan, Avropa İttifaqı müşahidə missiyasının “Ermənistanın dövlət sərhədi” adı altında şərti ayırıcı xətt boyu yerləşdirilməsi həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunvericiliyinə ziddir.

Çünki həmin sərhədlər delimitasiya və demarkasiya olunmayıb. Ermənistan hökuməti isə Azərbaycana müşahidəçilərin ofis rejiminə keçməsini və yalnız şərti sərhədin delimitasiya edilmiş hissəsində yerləşdirilməsini təklif edir.

Hazırda sərhədin yalnız Qazax rayonunun Tavuş vilayəti ilə sərhədinin 12,7 kilometr hissəsi delimitasiya və demarkasiya edilib. Həmin hissə legitim və mübahisəsiz olduğundan, müşahidəçilərin yerləşdirilməsinə də ehtiyac yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru