Qaro Paylan kimdir? Xaçatur Sukiasyanla dolayı əlaqəsi olan və biznes layihələri həyata keçirən şəxs.
Axar.az xəbər verir ki, bu sözləri “Yaradılış Ermənistan” beyin mərkəzi-fondunun direktoru, politoloq Abraham Qasparyan yerli mediaya geniş müsahibəsində deyib.
“Mən Qaro Paylan adlı əclafı 2014-cü ildən tanıyıram, onun hansı əlaqələri olduğunu, hansı oyunları oynadığını bilirəm”, - o bildirib.
Qeyd edək ki, Türkiyə BMM-in sabiq deputatı Qaro Paylan bir neçə gün öncə Ermənistanda səfərdə olub və iştirak etdiyi proqramda Azərbaycanın əleyhinə çağırış edib, “Azərbaycana cavab üçün Ermənistana 3-5 il lazım olduğunu” bildirib.