Sakinlər Hacıbala Abutalıbovu axtarır... - GİLEY
Tarix: 4-10-2019, 10:26 | Çap et
Bakının illərdir ki, mərhələli şəkildə söküntüsü davam etdirilən “Sovetski” kimi tanınan məhəlləsində, bir qrup sakin onlara verilən kompensasiyadan narazıdır. Bu minvalla narazı sakinlər oktyabrın 2-də İnşaatçılar prospekti 28B ünvanında yerləşən Maliyyə Nazirliyinin təşkil etdiyi söküntü komissiyasının qarşısına toplaşıblar. Sakinlər “Yeni Müsavat”a bildiriblər ki, aylardır ki, üzləşdikləri problemin həllinə nail ola bilmirlər. Ona görə də yığışıb aidiyyəti qurumların, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının qarşısında aksiya keçirmək niyyətindədirlər.
Sakinlərdən öyrəndik ki, narazılıqları əsasən verilən kompensasiya ilə bağlıdır. Belə ki, əksər sakinlər bildirdilər ki, ötən illərdə köçürülən şəxslərin mənzillərinin hər kvadratı üçün 1500 manat kompensasiya ödənildiyi halda, hazırda bu məbləğ endirilib. Narazı sakinlərin bir çoxu qadınlardır. Onlar da bildirdilər ki, ailədə kişi xeylağı olmadığı üçün işin dalınca vaxtında düşə bilməyiblər. Ona görə də kompensasiyaları düzgün hesablanmayıb: “Narazı sakinlərin hamısının mənzillərinin kvadratı real göstəricidən aşağı yazılıb. Əvvəlki sənədlərdə 40 kvadrat yazıldığı halda, indiki komissiya necə ölçübsə, 35 kvadrat çıxıb. Eləcə də 30 kvadrat evi olanı 25, 25 kvadrat mənzili olanı 20 kvadrat yazıblar. Bunun nəticəsində çox az miqdarda kompensasiya verilib. Kimisinə 1250 manatdan, kimisinə də 1000 manatdan kompensasiya ödənilib. Əsas gətirirlər ki, evin filan yeri artırmadır. Yaxud da deyirlər ki, mənzilin balkonunu hesablamırıq və sairə. Bunların heç bir əsaslı faktlar deyil. Çünki faktiki olaraq bu evlərin sənədi var və sənəddə mənzilin sahəsi açıq şəkildə göstərilib. Bundan başqa 2014-cu ildən sonra tikinti materiallarının qiyməti nə qədər bahalaşıb. Hələ qidanı və digər şeyləri demirik. Cənab prezident bu illər ərzində əhalinin maaşını qaldırıb, insanların sosial həyatının yaxşılaşması üçün işlər görüb. Bəs nə üçün bizim kompensasiya artmaq əvəzinə azaldılıb? Bilirik ki, bu məsələdən ölkə başçısının xəbəri yoxdur. Bu proseslərdə əsas günahkar şəxs kimi Maliyyə Nazirliyinin xidmət rəisi söküntü komissiyasının rəhbəri Cavanşir Yusifovu görürük. Eyni zamanda dəfələrlə Hacıbala Abutalıbovun qəbuluna düşməyə çalışsaq da, onunla da görüşə bilməmişik. Bu işlərə baxan odur. Ancaq bizimlə görüşmür. Deyirlər ki, sizin evlərin söküntüsündən xeyli zaman keçib. Niyə səsiniz indi çıxır? Bizim səsimiz indi çıxmır, sadəcə eşidən yoxdur. Tələbimiz odur ki, haqqımız olan kompensasiyamızı alaq”.
Sakinlər söylədilər ki, onlar evlərinin kvadratının az yazılmasından yalnız kompensasiyanı aldıqdan sonra xəbər tutublar. Hazırda narazılıq edən sakinlər azkvadratlı mənzillərin sahibləridir. Onlar verilən kompensasiya az olduğu üçün başqa bir yerdə mənzil ala, ev tikə bilmirlər. Buna görə də əlacsız şəkildə kompensasiyalarının tam verilməsinə tələb edirlər.
Müvafiq qurumlardan məsələ ilə bağlı rəy almaq cəhdimiz baş tutmadı.
Məlumat üçün bildirək ki, avqust ayında xəbər yayıldı ki, Nazirlər Kabineti “Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.
Qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti göstərilən torpaq sahəsinin və üzərindəki tikililərin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Yeni Müsavat”a bildirib ki, onlar hələ “Sovetski”də söküntü işlərinə başlamayıblar: “Hələ ki, bu istiqamətdə əsaslı işlərə başlanılmayıb. Kompensasiya məsələsinə gəlincə isə hələ ki, buna da çox var. Sənədləşmə və digər işlər aparıldıqdan sonra kompensasiya məsələsi də gündəmə gələcək. Həmin zaman ictimaiyyətə geniş məlumat verəcəyik. Hələ ki, bu barədə əsaslı işlər görülmür”.
Məlumat verək ki, “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. Hazırda həmin sakinlər Bakının müxtəlif yerlərində məskunlaşıblar. Həmin köhnə evlərin yerində isə park salınıb.
2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. Ümumilikdə isə məlumata görə, bu günə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 5 mindən çox yaşayış və qeyri-yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
|