Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                 

Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?
Tarix: 14-09-2020, 09:56 | Çap et
Goranboyda büdrəyən YENİ SİYASƏT...
Prezident İlham Əliyevin 2018-ci ildən başlayaraq həyata keçirdiyi dəyişikliklər, reputasiyası zədələnməmiş kadrları irəli çəkməsi göstərdi ki, iqtidar yeni strategiya və model ortaya qoymağı hədəfləyib. Bu siyasətin tərkib hissəsi yerli idaretmə orqanlarının fəaliyyətində əsaslı islahatlar aparmaq, köhnə qvardiyanın korrupsioner maraqlarına xidmət edən məmurları strukturlardan uzaqlaşdırmaqdır. Artıq 6 icra başçısının həbs olunması, bir neçəsinin vəzifəsindən azad edilməsi təsdiqləyir ki, hakimiyyət əyalətlərdə idarəçiliyə radikal şəkildə əl gəzdirir.

Bu prosesin davamının gələcəyi də şübhə doğurmur.
Prezidentin “Ağ inqilab” adlandırılan dəyişiklikləri nazirlikərlərdən, parlamentdən tutmuş, İH-lərə qədər hər yeri əhatə edəcək. Xüsusən də, icra hakimlərinin fəaliyyətində hələ də vətəndaşları narazı salan, süründürən, korrupsiyaya səbəb olan hallar var.

Goranboyda mehdiyevizm ənənəsi

araz.az-ın siyasət şöbəsinin məlumatına görə, yerli icra orqanları arasında ən çox qaranlıq işləri diqqət çəkən, tez-tez medianın gündəminə gələn, adı müxtəlif maxinasiyalarda, xoşagəlməz hadisələrdə hallanan Goranboy Rayon İcra Hakimiyyətidir.
KİV üzərindən monitorinqlər, müşahidə və araşdırmalar bu qənaəti hasil edir ki, Goranboy İH və onun rəhbərliyi prezidentin yuxarıda sadaladığımız islahatlar kursuna daban-dabana zidd fəaliyyətdədir. Rayonun icra başçısı Məhərrəm Quliyev Ağstafadan Goranboya transfer edilməsinə, ona siyasi rəhbərlik tərəfindən böyük etimad göstərilməsinə, hər iki bölgədə nələrin baş verdiyini, rüşvət üstündə həbslər olduğunu hamının bilməsinə baxmayaraq, öz xoşagəlməz əməllərini, ənənəvi idarəçilik metodlarını tərgitmir. M. Quliyevə elə gəlir ki, köhnə əyyamlardır, Ramiz Mehdiyev nomenklaturası davam edir və özünü “kiçik padşah” kimi apara bilər.

Nağdəliyev sayəsində yüksəliş və...

Sirr deyil ki, M. Quliyev Prezidentin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin kadrı kimi tanınır. Z. Nağdəliyev hələ Lənkəranın icra başçısı postunu tutarkən əslən bu bölgədən olan və yerli İH-də işləyən M. Quliyevi yanına çəkir, müavin təyin edir. Halbuki, Məhərrəm Quliyevin dosyesi ürəkaçan deyildi. Mediada gedən iddialara görə, atası Böyükağa Quliyev Lənkəran İH-də şöbə müdiri vəzifəsində çalışdığı dövrdə yol verdiyi korrupsiyaya görə həbs edilib. Başqa iddialara görə, M. Quliyev “Avrora” sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulub. Söhbət 1993-cü ildən gedir və həmin dövrdə Lənkəranda hansı siyasi hadisələrin cərəyan etdiyini əksəriyyət xatırlayır. Bütün bu təqdimatlar onun karyera yüksəlişində tormozlayıcı faktor olmalıydı. Amma Nağdəliyev Quliyevə “yaşıl işıq” yandırır və tramplin rolunu oynayır. Ardınca Prezident Administrasiyasına dəvət edilən və yüksək vəzifəyə təyin olunan Z. Nağdəliyevlə birgə, M.Quliyevin də, xoş günləri başlayır.
Məhərrəm Quliyevin Ağstafaya icra başçısı təyin olunmasında sözsüz ki, Nağdəliyevin müsbət təqdimatı ciddi rol oynayıb. Ancaq Ağstafada işlədiyi dövrdə adı müxtəlif maxinasiyalarda, hazırda həbsdə olan I müavin Ramiz Tatarovla qanunsuz işlərdə çəkilib. Di gəl ki, rayonu viran qoyan Məhərrəm Quliyev yenə də özünü qoruya bilib. Ağstafadan Goranboya icra başçısı təyinatında da, məhz, Zeynal Nağdəliyevin yüksək nüfuzu, prezident qarşısında etimadı rol oynayıb. Amma son vaxtlar Goranboy İH və başçısı ilə bağlı elə xəbərlər yayılıb ki, onun həm kurator Nağdəliyevin, həm prezidentin etimadını doğrultmadığına əsaslar yaradır.
WhatsApp Image 2020 09 14 at 00.16.18

Quliyev - Həsənov tandemi: Yığım, xərac...

Əldə edilən məlumatların birində deyilir ki, rayon sakini Arzu Verdiyev icra başçısının qəbuluna düşmək istəyir. Əvəzində başçının I müavini Ceyhun Həsənov tərəfindən şil-küt edilir. Hətta iddialara görə, qəbula gələn goranboylu pəncərədən atılır. Qəribə də olsa, bu haqda İH tərəfindən indiyədək heç bir rəsmi münasibət ortada yoxdur. Məgər budurmu xalqla işləmək? Prezident qəbula gələn sakini döyməyi, yoxsa dərdini dinləməyi tapşırıb?
Ümumiyyətlə, M. Quliyev - C. Həsənov tandemi uğurlu alınıb və onlar Goranboyda bütün qeyri-rəsmi maliyyə əməliyyatlarını birgə həyata keçirirlər.
O, həmin Ceyhun Həsənovdur ki, I müavin vəzifəsini daşıyarkən, Goranboyda həddi-hüdudu bilinməyən qanunsuzluqlara imza atıb. Hətta onun vasitəçiliyi ilə, Rayon Təhsil Şöbəsinin 20-dən çox vəzifəlisinə cinayət işi qaldırılıb.
Deyilənlərə görə, Məhərrəm Quliyev Göoranboya icra başcısı təyin olunduqdan sonra C. Həsənovun mövqeyi daha da möhkəmlənib.
İddialara görə, icra başçısı ilk günlərdə idarə və təşkilat rəhbərlərinə mesaj göndərib --

"Mən deyən olmalıdır, vəssalam!..".

Məsələn, həmin vaxt rayonun Telekommunikasiya Qovşağının rəisi 70 min manat, “Sukanal” idarəsinin müdiri buna bənzər məbləğ ödəməli olublar. Səhiyyə şöbəsinin müdiri də vəzifədə qalmaq naminə tələbi yerinə yetirib. Yəni, şöbə müdiri ayda 2-3 min “haqq” verməyə razılaşıb. Bütün bu iddialar mətbuatda tirajlanıb, ittihamlar səslənib, amma ortada Goranboy İH tərəfindən heç bir rəsmi açıqlama, təkzib və ya təsdiq yoxdur.
Madam belədirsə, “susmaq -- razılıq əlamətidir” ifadəsi yada düşür. Maraqlıdır, niyə, icra başçısı ona ünvanlanan bu ittihamların heç birinə cavab verməyib?
Həmçinin, Goranboy rəhbərinin torpaq sahələrini ələ keçirdiyi, sakinlərin problemlərinə ürək qızdırmadığı barədə də, ortadakı danılması mümkünsüz tükürpədici faktlar belə indiyədək təkzib olunmayıb.

Goranboyda feodalizm mühiti, hədə-qorxuyla, gözümçıxdıyla,.. hallanan qanunsuz hərəkətlər

Elə, bu yaxınlarda, rayonun Qızılhacılı qəsəbə sakinləri Eldar Musayevin və Arzu Verdiyevin ölkə rəhbərlinə ünvanladıqları şikayət xarakterli müraciət də bu barədədir. Həmin müraciətdə onlar bildiriblər ki, Goranboyda orta əsrlərə məxsus feodal quruluşu yaşanır: “Olkə başçısından Qızılhacılı qəsəbəsində, keçmiş Qara Məmməd adına kolxozun Aqrar İslahat Komissiyası tərəfindən yerli əhalinin istifadəsi üçün nəzərdə tutulan azad örüş sahələrinin qanunsuz zəbt edilərək, əkilməsinə, idman meydançalarına, elat yollarına, zibil tökülməsi üçün nəzərdə tutulan sahələrə, bələdiyyənin ehtiyat fonduna və digər sosial yönümlü sahələrə aid özbaşınalıqların aradan qaldırılması üçün xahiş etmişik. 2020-ci ilin yazında, heyvanların örüşə gedən vaxtı biz gördük ki, hər yer şumlanıb və toxum səpilib. Mayın 4-də icra başçısı Məhərrəm Quliyevin qəbulunda olduq və geniş tərkibli komissiya yaradılması qərara alındı. Həmin qəbulda RPŞ-nin və DTX-nın rayon şöbəsinin rəisləri də iştirak edirdilər. Bütün bunlardan sonra, bizə qarşı hədə-qorxu gəlməklə, təzyiq etməyə çalışdılar. Biz vəziyyətin ciddiliyini nəzərə alıb, sosial şəbəkələr vasitəsi ilə Prezidentə Goranboy rayon Qızılhacılı qəsəbəsində rayon İcra başçısının I müavini, oliqarx məmur kimi ad çıxaran Ceyhun Həsənovun kirvəsi Ehtibar Lətif oğlu Əhmədovun dövlət içində dövlət yaradaraq, illərlə qəsəbəni taladığını və hər cür qanunsuzluq edərək, Qızılhacılı bələdiyyəsini zəbt etdiyini bildirdik”, -- bu sözlər həmin müraciətin sonudur və ciddiliyi ilə diqqəti cəlb edir.
Biz, araz.az-ın oxucularına prezidentə ünvanlanan həmin geniş müraciətin yalnız kiçik parçasını və əsas məğzini təqdim etdik ki, onlarda, Goranboyda İH rəhbərliyinin qanun çərçivəsindən kənar hansı əməllərlə məşğul olduğu təsəvvürü yaransın.
Yeri gəlmişkən, onu da qeyd edək ki, icra başçısı M. Quliyevin subartezian quyularının istismarı idarəsinin rəisi Rauf Teyyubovu gözümçıxdıya saldığı barədə də əlimizdə məlumatlar var. Əlimizdə olan digər bir informasiya isə bu barədədir ki, icra başçısı ona verilən “Toyota Avalon” markalı xidməti avtomobil ətrafında da qanunları tapdalayır. KİV-də yayılan fotolardan, texniki pasport və radar bildirişindən, o cümlədən vətəndaşlarla görüşdəki şəkillərdən məlum olur ki, ərazidə saxlanan 22-AA-001 qeydiyyat nömrəli avtomobil heç də M. Quliyevə verilən xidməti “Toyota Avalon” deyil, “BMW”-dir.
Bütün bunlar da, birbaşa, prezidentin icra başçılarını təyin edərkən, hər dəfə səsləndirdiyi ciddi tapşırıqlarının əleyhinə getmək deməkdir. Ən qəribəsi odur ki, M. Quliyevin özfəaliyyəti yuxarıdakı məsələlərlə məhdudlaşmır. Bütün bunlar barədə, növbəti araşdırma yazılarımızda tanış ola biləcəksiniz.
araz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru