Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                 

Çarpayılar və dərman satılır, vaksin oyunu gedir, TƏBİB isə mürgüləyir - Ölkədə korona bazarı
Tarix: 22-04-2021, 09:53 | Çap et
Çarpayılar və dərman satılır, vaksin oyunu gedir, TƏBİB isə mürgüləyir
Azərbaycanda əhali bilmir ki, koronavirusla, yoxsa ondan daha təhlükəli olan rüşvətxorluqla mübarizə aparsın. İndi səhiyyə mafiozları bu iki xəstəliyin sintezini də yaradıblar və hazırda infeksiya üzərindən böyük pullar dövr edir: bura çarpayıların azlığı bəhanə edilərək yerlərin xəstə yaxınlarına satılmasından tutmuş dərmanların fantastik qiymətlərinə qədər bir “korona paketi” daxildir.
Dəhşətli və əcaib mənzərə odur ki, dünyanın heç bir ölkəsində pandemiya ilə mübarizə korrupsiya elementinə çevrilməyib. Ən azı bu məsələdə üçüncü dünya ölkələri belə vicdansızlığa yol vermirlər və anlayırlar ki, bəşəriyyət üçün bir bəla gəlib, xalqı xəstəlikdən qurtarmaq, maksimum az itki ilə pandemiyadan xilas olmaq lazımdır.
Anaxeber.info-ya gələn məlumatlar, sosial şəbəkədə yayılan informasiyalar, o cümlədən mötəbər KİV-lərdə dərc olunan xəbərlər belə deməyə əsas verir ki, Azərbaycanda koronavirus alver predmetinə çevrilib, bundan varlananlar var və bu biznesin başında duranların ifşası üçün TƏBİB-lə Səhiyyə Nazirliyi tərəfindən heç bir addım atılmır.
Buradan iki nəticə çıxarmaq mümkündür: ya elə sözügedən qurumlarda vəzifəli şəxslər həmin rüşvətin, bazarın başında dayanıb, ya da TƏBİB və Səhiyyə Nazirliyi yarıtmaz, bacarıqsız, səriştəsiz, laqeyd fəaliyyət göstərirlər.
Bəs soruşula bilər ki, virusla mübarizədə özbaşınalıqlar konkret olaraq nədən ibarətdir. İlk növbədə yoluxmaların artdığı zamanda bəzi modul tipli xəstəxanalar çarpayıların azaldığını bəhanə gətirməyə başlayırlar.
Bu zaman xəstə yaxınları məcbur olaraq “makler” tapmağa, xəstəsini yerləşdirmək üçün danışıq aparmağa çalışır. Və nəticədə xəstə yaxını 1500-2000, bəzi hallarda 3000 manat verərək palatada yer ala bilir. Deməli, çarpayı yeri az deyilmiş, sadəcə virusdan da pul qazanan əqidəsizlər var. İddialara görə, belə hallar FHN-ə məxsus Zığdakı modul tipli xəstəxanada yaşanıb. Sosial şəbəkələrdə yazılanlardan və ayrı-ayrı insanların söhbətlərindən məlum olub ki, 1500-2000 manat rüşvət verməklə xəstəni yerləşdirirlər.
Həmçinin xəstə müalicə aldığı günlərdə ona qulluq edən tibb işçilərinə “hörmət” etməyəndə lazımı qayğı göstərilmədiyi deyilir. Məsələn, oksigen aparatına qoşulan xəstənin boğazı tez-tez quruyur, mayeyə ehtiyacı yaranır, amma onları vaxtı-vaxtında su damcısı ilə təmin etmirlər.
Bu məlumatlar faktiki olaraq xalq içində dolaşır və nə TƏBİB, nə rəhbəri Ramin Bayramlı, nə Səhiyyə Nazirliyi, nə onun pandemiya dövründə qəhətə çıxan rəhbəri Oqtay Şirəliyev təftiş aparırlar.
Eyni zamanda, dərmanların fantastik qiymətə satışında açıq bazar ounu gedir. Halbuki həmin dərmanları dövlət alaraq ölkəyə gətirir və vətəndaşın müalicəsi üçün təmənnasız olaraq, istifadəyə buraxır.
Deyəsən, “qara maskalı” oğlanın səhiyyə sektorunda da görünməsinə zərurət yetişir. Çünki əhalinin pandemiya dövründə maddi vəziyyətinin çətinləşdiyi zamanda, xəstəliyin tüğyan etdiyi dövrdə faşist münasibət sərgiləmək, pulu olmayanı çölə atmaq, müalicə etməmək bağışlanmaz cinayətdir. Ancaq məsələ bu tənqidlərlə həll olmur, TƏBİB rəhbərliyi hara baxır? Nə üçün modul tipli xəstəxanalarda yoluxmuş xəstələrin yerləşdirilməsinin 2000-3000 manat rüşvətlə olduğunu araşdırmır?
R.Bayramlı pandemiyanın ilk vaxtlarında Operativ Qərargahın brifinqlərində bir-iki dəfə göründükdən sonra qeybə çəkilib. Hərçənd, hər gün canlı yayıma çıxmalı, xalqa hesabat verməli, epidemiyanın tempi, bizi gözləyən təhlükələr, qarşıda dördüncü dalğanın olub-olmayacağı, vətəndaların şikayət və narazılıqları, dərmanların satılması və s. suallara cavab, izahat verməlidir. Bunu da Prezident etməlidir?
Anaxeber.info bildirir ki, başqa bir iddialar vaksinlərin vurulması prosedurunda rüşvətin ayaq açmasıdır. Belə məlumatlar gəzir ki, peyvənd olunmaq istəməyən vətəndaşlar poliklinikalarda həkimə, yaxud tibb bacısına pul verməklə bu prosesdən yayınır, vərəqədə isə onun vaksin edildiyi qeyd olunur.
Əgər bu cür cinayətlərə yol verilirsə, mütləq şəkildə hüquq-mühafizə orqanları araşdırma aparmalıdırlar. Lakin ondan əvvəl TƏBİB və Səhiyyə Nazirliyi bu iddiaları yoxlamalı, neqativləri aradan qaldırmalıdır. Hər halda belə iddialar meydana çıxıbsa, “od olmayan yerdən tüstü çıxmaz” deməkdir və R.Bayramlı “Yalandır” söyləməklə bundan boyun qaçıra bilməz.
Eynilə testlərin götürülməsində yanlış nəticələr də ciddi narazılıq yaratmaqdadır. Elə bu günlərdə Ağ partiya sədri Tural Abbaslının bir testində pozitiv, digər testində neqativ çıxmışdı. TƏBİB rəhbərliyi bu məsələlərə aydınlıq gətirməlidir.
Ümumiyyətlə, Azərbaycanın səhiyyə sisteminin çoxdan qanqrena olduğu, can verdiyi haqda yazmışıq. Sadəcə, pandemiya dövründə bu eybəcərliklər daha da qabarıq şəkildə üzə çıxdı.
Əslində heyrətamiz reallıqdır ki, səhiyyəsi təpədən-dırnağa qədər rüşvət çirkabına bulaşmış ölkədə pandemiya ilə necə mübarizə apara bilirik.
Bunun üzərinə yarıtmaz idarəçilər, mafioz şəbəkələr, etimadı doğrulda bilməyən TƏBİB və bivec Səhiyyə Nazirliyi gələndə daha fəlakətli dekorasiya yaranır.
Yeri gəlmişkən, musavat.com da koronavirus biznesi ilə bağlı ciddi iddialar yazıb və görünür ki, heç də deyilənlər əsassız deyil, artıq media həyəcan təbili çalmağa başlayır. Sayt yazır ki, səhiyyə sisteminin içində oluşan gizli bir şəbəkə pandemiyanın tüğyan etdiyi zamanlarda (indi də həmin zamandır) ixtisaslaşmış xəstəxanalardakı məhdud yerləri rüşvət müqabilində ağır xəstələrin yaxınlarına satırlar! Xəstələr çox olduğu üçün, önəmli və daha modern xəstəxanalarda, modul tipli müəssisələrdə yer məhdudiyyəti yaranır. Deməli, mürgüləyən TƏBİB və rəhbərliyi “qış yuxusundan” ayılsa, epidemiyanın yaz dalğasında nələr baş verdiyini anlayar.
Anaxeber.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru