Əmrullayev nədən islahata birinci GEYİM-GECİMDƏN BAŞLAYIR? - "Üstü bəzək, içi təzək" siyasəti...
Tarix: 15-07-2021, 09:26 | Çap et
![Əmrullayev nədən islahata birinci GEYİM-GECİMDƏN BAŞLAYIR? Əmrullayev nədən islahata birinci GEYİM-GECİMDƏN BAŞLAYIR?](/uploads/posts/2021-07/thumbs/1626326870_0001.jpg) Yay məktəbinin istisi canımızdan çıxmamış, havanın cırhacırında yenidən bir neçə kəlmə təhsilimizdən yazmaq qərarına gəldim. Bilirəm, deyəcəksiniz ki, yayın bu qorabişirən çağında, müəllimlərin məzuniyyət pulunu alıb bala-bala xərclədiyi zamanda nə təhsilbazlıqdı? Amma, neyləyəsən ki, təhsilimizə cavabdeh olanlar hərdən elə qərarlar qəbul edir, göstərişlər verirlər ki, yazmamaq olmur. Bu dəfə heç də təhsildə ildən-ilə aşağı düşən keyfiyyət göstəricilərindən, rüşvətdən, korrupsiyadan, yazıb vaxtınızı almaq istəmirəm. Bunları zatən özünüz bilirsiniz. Bu dəfə məni yenidən qələmə sarılmağa ( bunu məcazi mənada yazdım, neyləyəsən ki, klaviaturaya sarılmaq olmur) məcbur edən başqa səbəbdir. Yəqin ki, çoxlarınızın xəbəri var-bir müddətdir ki, sosial şəbəkələrdə, hətta dövlət telekanallarında belə təhsil nazirliyinin yeni qərarı müzakirə olunur. Bu qərar təhsil problemlərinin həllinə zərrə qədər kömək etmiş olsaydı iki yox, on iki əlli bu qərarı dəstəkləyərdik. Di gəl ki, bu darmacalda, adamın ölünü qoyub dirini ağladığı bir zamanda qalırsan mat-məəttəl. Məşədi İbad demişkən, heç hənanın yeridirmi? Artıq il yarımdır ki, kiçik istisnaları nəzərə almasaq məktəblər bağlıdır. Tədrisin keyfiyyəti kifayət qədər aşağı düşüb. Pandemiyanın ən ağır zərbə vurduğu sahə təhsil sistemidir. Düşünmək olardı ki, Avropa təhsilli nazirimiz və onun komandası bu çətin durumdan çıxmaq üçün nəsə bir yenilik edəcək, dəyişikliyə imza atacaq. Etməyinə etdilər, amma bunun təhsilə nə qədər dəxli var, mən deyim, siz də qərar verin. Deməli, bizim hörmətli təhsil başbilənlərimiz oturub fikirləşiblər ki, bu qədər islahat aparırıq, Əlinin papağını Vəlinin başına qoyuruq, sonra yenidən papaqların yerini dəyişirik, əcəba bəs niyə təhsilimiz inkişaf etmir ? Və şükürlər olsun ki, çıxış yolunu da tapıblar. Məlum olub ki, təkcə Əlinin papağını Vəlinin başına və əksinə qoymaqla təhsili düzəltmək olmaz. Həm də Əliylə Vəlinin paltarını da dəyişmək lazımdır. Beləliklə qərara gəliblər ki, bütün bəlalarımızın kökündə dayanan məktəbli geyimləri yenidən dəyişilməlidir. Sən demə şagirdlər indiyə qədər geyindikləri paltarlarda özlərini yaxşı hiss etmirlərmiş, yuxulayırlarmış. Paltarıların keyfiyyətsiz materialdan tikilməsi onların mənimsəmə qabiliyyətini aşağı salırmış. Məhz bu paltarların ucbatından dərsliklər zay yazılırmış, rayon təhsil şöbələrində,məktəblərdə özbaşnalıqlar hökm sürürmüş. Yuxarı sinif şagirdləri də bu keyfiyyətsiz paltarlarla gözə görünməmək üçün məktəb direktorlarına bir ətək pul verib evdən bayıra çıxnmırmış Beləliklə bütün bəlaların baiskarı olan məktəbli geyimləri dəyişdirlməlidir. Nəticədə təhsil sahəsində inqilabi islahat nəhayət ki, baş tutdu. Təhsil naziri “düzəlib hər yarağımız, qalıb saqqal darağımız” deyərək son və qəti addımı atdı. Əsas odur ki, şagirdlər yaraşıqlı görünsün. Daha yazıq valideyn bu paltarı necə alacaq, ümumiyyətlə ala biləcəkmi, heç kimi maraqlandırmır. İmkansızlıqdan uşağını məktəbə göndərə bilməyənlər, bir evdən 2-3 uşaq oxutduranlar neyləməlidirlər? Bir düşünən varmı ki, bu paltarı almağa hamının gücü çatırmı? Bu çətin məqamlarda “paltar biznesi” kimlərin maraqlarına xidmət edir? İslahat dediyiniz budurmu? Cənablar, papağınızı qoyun qabağınıza, problemlərin həll yollarını tapın. Təhsil moda atelyesi deyil ki, ildə bir paltar geyindirəsiniz. Onsuz da şagirdlərə nə qədər bəzəkli paltarlarl geyindirsəniz də, təhsili çoxdan öldürmüsünüz. Ona beş arşın kəfənlik alın !
Nicat Mahmudov Rubrika.Az
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13 |
|
|
|
|