Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                 

Ağdamda ALLAHVERƏN ZÜLMÜ... - “Torpağımı zəbt edənləri icra başçısının müavini himayə edir”
Tarix: 15-01-2022, 13:05 | Çap et
Ağdamda ALLAHVERƏN ZÜLMÜ...
“Ağdam rayon icra başçısının müavini Allahverən Əliyev və onun Ağdam Rayon Polis Şöbəsində (RPŞ) ictimai təhlükəsizlik bölməsinin rəisi işləyən oğlu Babək Əliyevin himayə etdiyi insanlar mənə məxsus torpaq sahəsini ələ keçirərək mülkiyyətimdə olan ərazidə iş görməyimə imkan vermirlər.”

Bu fikirlər Ağdam rayonu, Çəmənli kənd sakini olan, hazırda Bakıda yaşayan Mustafayeva İlduzə Şəmsəddin qızının “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətdən götürülüb.

İ. Mustafayevanın yazdığına görə, yuxarıda adlarını qeyd etdiyimiz vəzifəli şəxslərə arxayın olan bir neçə şəxs Ağdam rayon Çəmənli kəndində 8 il əvvəl aldıqları 20 sot torpağa onların daxil olmasına belə imkan vermir: “ Bir neçə gün əvvəl oğlum Pərviz Mustafayev məndən aldığı etibarnamə ilə qanuni mülkiyyətimdə olan ərazini hasara almaq üçün Ağdam rayonu, Çəmənli kəndinə getsə də, yenə buna imkan verməyiblər. Belə ki, qonşu sahənin sahibi Rafik Həsənov, onun əmisi uşaqları Qalib Həsənov, İlham Həsənov, bacısı oğlanları Zurab Quliyev və Mobil Quliyev oğluma hədə-qorxu gələrək, onu çox ağır söyüşlərlə təhqir edərək ərazidən qovublar. Hətta qanuni mülkiyyətimdə olan torpağa daxil olarsa, ona xəsarət yetirəcəklərini bildiriblər. Bununla bağlı oğlum 102-yə zəng edərək polisə məlumat versə də, heç bir tədbir görülməyib. Buna görə Ağdam rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət edərək mülkiyyət hüququmuzun bərpa edilməsi üçün qanuni tədbir görülməsini istəyib. Torpaq sahəsinin 2014-cü ildən mənə məxsus olduğuna dair bütün sənədləri də (şəkilləri yazıya əlavə olunur-red.) Ağdam rayon Polis Şöbəsində işə baxan tədqiqatçı, polis leytenantı Əliyar Qədimova təqdim etmişəm.

Məhz tədqiqatçının tələbi ilə oğlum P. Mustafayev torpaq sahəsinin dəqiq yerini və sərhədlərini müəyyənləşdirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edib. Müraciət əsasında Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Ceyhun adlı əməkdaşı baxış geçirmək üçün əraziyə gəlib. Baxış keçirilməsini təmin etmək üçün həmin vaxt ərazidə işə baxan tədqiqatçı, polis leytenantı Əliyar Qədimov, Murad adlı sahə müvəkkili və iki polis serjantı da olub. Ancaq buna baxmayaraq qonşu sahənin sahibi Rafik Həsənov, onun əmisi uşaqları Qalib Həsənov, İlham Həsənov, bacısı oğlanları Zurab Quliyev Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin Ceyhun adlı əməkdaşının əraziyə baxış keçirməsinə, mənə məxsus torpağın dəqiq yerini və sərhədlərini bir daha təyin etməsinə imkan verməyiblər. Kobud şəkildə qanunsuzluq edərək işi pozublar. Dövlət xidmətinin əməkdaşının və polisin öz vəzifə borcunu yerinə yetirməsinə imkan verməyiblər. Bu adamlar himayədarlarına o qədər arxayındırlar ki, Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşını, polis işçilərini ərazidən çıxararaq ölçü aparmalarına belə maneçilik törədiblər.

Bundan əlavə polis əməkdaşlarının və şahidlərin yanında oğlumu ağır formada təhqir edərək hədələyiblər.

Bundan sonra polis əməkaşları izahat almaq üçün hər iki tərəfi Ağdam rayon Polis Şöbəsinə dəvət edib. Oğlum P. Mustafayev Ağdam rayon Polis Şöbəsinə gedərək izahatını verib. Ancaq himayədarlarına arxayın olan yuxarıda adlarını çəkdiyim şəxslərdən heç biri izahat vermək üçün Ağdam rayon Polis Şöbəsinə gəlməyiblər. Bununla həm qanunlara, həm də polisə açıq hörmətsizlik nümayiş etdirməkdən çəkinməyiblər.

Tədqiqatçı bununla əlaqədar olaraq həmin şəxsləri inzibati məsuliyyətə cəlb edəcəyini bildirsə də, indiyədək heç bir tədbir görülməyib. Hadisədən isə artıq bir həftə keçib. Bunun da səbəbsiz olmadığı qənaətindəyəm.

Belə ki, qarşı tərəfi Ağdam rayon icra başçısının müavini Allahverən Əliyev və onun Ağdam Rayon Polis Şöbəsində (RPŞ) ictimai təhlükəsizlik bölməsin rəisi işləyən oğlu Babək Əliyevin himayə etdiyi bildirilir. Məhz onların bu işə müdaxilə edərək qanuni mülkiyyətimdə olan torpaq sahəsini qəsb edən şəxslərlə əlaqdar hər hansı tədbir görülməsinə imkan vermədikləri bildirilir.

Verdiyim ehtibarnamə əsasında oğlum P. Mustafayev şikayətimi təqdim etmək üçün Ağdam rayon Prokurorluğuna getsə də, prokuror onu qəbul etməyib. Rayon Polis Şöbəsinin rəisi də oğlumu qəbul etməkdən imtina edib.

Bütün bunlar azmış kimi polisdə oğluma bildiriblər ki, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (polisin qanuni tələblərinə qəsdən tabe olmamaq) məhkəməyə çıxaracaqlar. Bunun səbəbi isə izah edilməyib. Oğlum polisə özünün şikayət etdiyini, polis əməkdaşlarının gözü önündə təhqir edildiyini, hədələndiyini, qarşı tərəfin polisin çağırışlarına belə gəlmədiyini bildirsə də, hər hansı bir tədbir görülməyib.

Düzdür, oğlumu məhkəməyə çıxarmayıblar. Ancaq qarşı tərəfin qanunsuz hərəkətləri və mülkiyyətimdə olan ərazini zəbt etmələrinə qarşı da polis tərəfindən hər hansı tədbir görülmür.

Azərbaycan hüquqi dövlətdir və burada kimsə qanundan üstün ola, zorla başqasının əmlakını ələ keçirə bilməz. İcra başçısının müavininin də belə qanunsuz hərəkətlərə yol verən insanları himayə etməsi yolverilməzdir. Bu ən azı dövlətin nüfuzuna zərbə, xalqı hökumətdən narazı salmaq cəhdidir.

Buna görə də hörmətli Prezidetimiz İlham Əliyev cənablarına, bir ana olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edərək qanuni mülkiyyətimdə olan ərazinin zorakılıqla ələ keçirilməsinin qarşısının alınmasına dair müvafiq orqanlara göstəriş vermələrini xahiş edirəm”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işiqlandırmağa hazırıq.

“AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru