Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 17-02-2022, 13:05 | Çap et
![Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR... Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR...](/uploads/posts/2022-02/thumbs/1645088690_888.png) 44 günlük Vətən savaşında şərəfli mübarizə yolundan keçərək, torpaqlarımızı düşmən işğalından azad edən igidlərimizin sosial vəziyyəti və sağlamlığının təmin olunması dövlətin prioritet məsələlərindəndir.
Lakin gələn şikayətləri nəzərə alsaq, hələ də diqqətdən və dövlətin bu istiqamətdəki yardımlarından kənarda qalan qazilərimizi görə bilərik. Elə Cəlilabad rayonundan olan qazi ailəsi kimi.
Redaksiyamıza daxil olan şikayətdə, özü 1-ci Qarabağ Müharibəsinin veteranı olan qazi atası bildirir ki, oğlunun səhhəti və sosial vəziyyəti ilə Cəlilabad rayonunda heç bir qurum maraqlanmır:
“Oğlum Zeynalov Coşqun Çingiz oğlu Vətən Müharibəmizdə canla-başla döyüşüb və Prezidentimiz tərəfindən 4 medal və fəxri mükafat ilə təltif olunub. Lakin bu gün onun səhhəti və dolanışığı ilə demək olar ki, maraqlanan yoxdur. Ağır travma alıb amma nə xəstəxana, nə də İcra Hakimiyyəti bizə köməklik edir. Yalan vədlər verərək bizi yola verirlər, ortada da heç bir şey yoxdur”. Qazi atasının dediklərinə görə, evləri də qəzalı şəraitdədir və dövlət tərəfindən onlara verilən torpaqla hələ də təmin olunmayıblar:
“Evimiz 1 otaqlıdır və qəzalı şəraitdədir. Suyun, nəmin, qurdun-quşun içində yaşayırıq. Bununla bağlı Prezident İlham Əliyevə müraciət etmişdik və bələdiyyəmizə tapşırıq verilmişdi ki, bizi torpaqla təmin etsinlər. Bələdiyyə də 3-4 aydır ki, sənədlərimi alıb amma hələ də torpaqdan səs-səmir yoxdur və 2 minə yaxın rüsum tələb edirlər. Biz bu vəziyyətlə o qədər pulu necə verək? Torpağa görə bizdən niyə rüsum tələb olunmalıdır?”
Problemlə bağlı Cəlilabad rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya verilən açıqlamada qurum rəsmisi qazi ailəsini səbrsizlikdə günahlandıraraq onlara verilən torpağın aqibətindən danışıb:
“Bəli, həyətyanı torpaqla təmin olunublar, hazırda respublika üzrə elektron xəritələşdirmə işləri gedir. Buna görə də sənədləşmə işləri yubanır. Lakin torpağın onlara nə zaman təqdim olunacağı haqqında məlumatımız yoxdur”.
Bəs qazinin işsizlik problemi? Bildirilir ki, qazi Zeynalov Coşqunun işlə bağlı problemi məşğulluq idarəsində qeydiyyata alınıb:
“Qazinin problemi qeydiyyata götürülüb və işlə təmin olunacaq sadəcə bunun üçün iş yerləri ayrılmalıdır. Qaldı ki, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına, onlar rayon icra hakimiyyəti tərəfindən aztəminatlı ailələr üçün ayrılan maddi yardımla hər zaman təmin ediliblər”.
İcra Hakimiyyəti qazinin atasının qəzəbli olmasını əlillik pensiyasının dayandırılması ilə əlaqələndirərək, məsələdən yayınmağa çalışdılar:
“Qazi atası Təhməzov Çingizin narazılığı əlillik pensiyasının dayandırılmasıdır. Bu məsələ ilə bağlı dəfələrlə cənab başçının qəbulunda olub və izahatları, rəsmi müraciətləri də var. Biz əlimizdən gələn yardımı edirik”.
Biz isə öz növbəmizdə araşdırmamız davam etdirəcəyik. Ümid edirik ki, problem tezliklə öz həllini tapacaq.
![Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR... Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR...](/uploads/posts/2022-02/thumbs/1645088663_0001.jpg)
![Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR... Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR...](/uploads/posts/2022-02/thumbs/1645088700_01.jpg)
![Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR... Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR...](/uploads/posts/2022-02/thumbs/1645088737_02.jpg)
![Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR... Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR...](/uploads/posts/2022-02/thumbs/1645088675_03.jpg)
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
|