![Oğuzda narkotacirlər həbs olundu Oğuzda narkotacirlər həbs olundu](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739001799_0001.jpg)
Oğuzda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "DİA-AZ"a verilən məlumata görə, keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb. Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.