ABŞ Maliyyə Nazirliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahının neft tədarük etdiyi əsas şirkət olan "Sepehr Energy"yə qarşı sanksiyalar tətbiq edib.
Ölkə.Az "VOA"ya istinadən xəbər verir ki, sanksiyalar Çin, Hindistan, Birləşmiş Ərəb Əmirliklərindəki hüquqi və fiziki şəxslərə, eləcə də bir sıra gəmilərə şamil ediləcək.
Maliyyə Naziriliyinin məlumatına görə, "Sepehr Energy" və onun filialları İran Baş Qərargahı vasitəsilə Çin də daxil olmaqla xarici alıcılara satılan neftin İran mənşəli olduğunu gizlətmək üçün dəniz sənədlərini saxtalaşdırmaq da daxil olmaqla aldadıcı üsullardan istifadə etməklə sanksiyalardan yayınırlar.