İqtisadiyyat və Sənaye Nazirliyi gülənçilərin Bakı biznesinə müdaxilə edə bilmir? - Dərman bazarında daha bir özbaşınalıq
Tarix: 10-06-2015, 10:21 | Çap et
Ötən sayımızda qeyd etdiyimiz kimi, paytaxtın müxtəlif ərazilərində şöbələri olan "Avis" Tibbi Marketlər şəbəkəsi eyni dərman preparatlarını digər apteklərdən baha qiymətə satır və bu yolla külli miqdarda gəlir əldə edir. Məhz elə bu səbəbdən də həkim resept yazarkən xəstə və xəstə yaxınları əvvəlcə bir-bir apteklərə düşüb dərmanların qiyməti ilə maraqlanırlar. Sonda alıcı dərmanların daha ucuz qiymətə başa gəldiyi aptekdən alış-veriş edir. Bu isə öz növbəsində, alıcılara vaxt itkisi ilə yanaşı, əsəb itkisinə başa gəlir.
Onu da nəzərinizə çatdıraq ki, "Avis" apteklər şəbəkəsinin Yasamal rayonu, Haqverdiyev 11 ünvanında yerləşən "Olimp" şöbəsində "Lebel" adlı dərman pereparatı müştərilərə qat-qat baha qiymətə satılır. Bunu sübuta yetirmək üçün əlimizdə kifayət qədər ciddi faktlar mövcuddur. Belə ki, müştərilərdən biri 03.06.2015-ci il tarixdə saat 16:07-də adıçəkilən şöbənin satıcısı Əjdər Kərimovdan 750MGN7 seriyalı "Lebel" dərmanı alıb. Müştəri həmin dərmana görə 34 manat 80 qəpik ödəyib. Lakin bir qədər sonra müştəriyə məlum olub ki, eyni dərman şəhərin digər apteklərində xeyli ucuz qiymətə satılır. Bu səbəbdən o, həmin dərmanı geri qaytarmaq üçün "Avis"in "Olimp" şöbəsinə yollanıb. Ancaq satıcı dərmanı geri götürməkdən imtina edib və bildirib ki, aptekdən alınan mallar geri qaytarılmır.
Hələ bu, harasıdır. Əldə etdiyimiz bilgilərə görə, "Avis" Tibbi Marketlər şəbəkəsində "Colosmin" adlı dərman preparatının qiyməti 67 manat 90 qəpik, digər özəl tibb müəssisələrinin apteklərində, məsələn, "İntermed Plus" MMC-nin apteklərində isə bu dərmanın qiyməti 21 manat 50 qəpik - 22 manat 50 qəpik civarında dəyişir. Qeyd edək ki, digər dərmanlar da "Avis" apteklərində bir neçə dəfə və ya faiz baha satılır. Həmsöhbət olduğumuz müştərilər də eyni dərmanların ayrı-ayrı apteklərdə müxəlif qiymətlərə satılmasından gileyləniblər. Onlar bildiriblər ki, yaşadıqları binaların və evlərin yaxınlığında yerləşən apteklərdən dərman almaq istəsələr də, bahaçılıq ucbatından Bakının müxtəlif yerlərinə, hətta başqa şəhərlərə belə getmək məcburiyyətində qalırlar. Bu səbəbdən biz də öz növbəmizdə, "Avis" Tibbi Marketlər şəbəkəsində qiymətlərin digər apteklərdən fərqlənib-fərqlənmədiyini aydınlaşdırmaq üçün kiçik bir araşdırma apardıq. Bu zaman məlum oldu ki, 10 qramlıq "kalsiqliqonat"ın qiyməti "Avis"də 3 manat 10 qəpik, digər apteklərdə isə 2 manat, hətta 1 manat 90 qəpiyədir. Gördüyünüz kimi, eyni tərkibli, eyni keyfiyyətli dərmanın qiyməti apteklərə görə dəyişir. Qeyd edək ki, "Avis" apteklər şəbəkəsinin əməkdaşları satılan dərman preparatları arasında fərqliliyin olmasını icarə haqqının çox olması ilə əlaqələndirirlər. Lakin bunu tutarlı arqument kimi dəyərləndirmək olmaz. Ona görə ki, şəhərin eyni yerində, hətta eyni küçədə yerləşən yanaşı apteklərdə də dərmanların qiyməti arasında kəskin fərqliliklər var. Bu da onu göstərir ki, "Avis" Tibbi Marketlər şəbəkəsindəki süni qiymətlər dərman preparatlarının baha olmasının əsas səbəblərindən biridir. Çünki sözügedən apteklər zəncirinin sahib(lər)i daha çox gəlir əldə etmək məqsədi ilə qiymətləri süni şəkildə artırır.
Bir sözlə, eyniadlı dərmanların "Avis"də digər apteklərə nisbətən baha qiymətə satılmasına səbəb aptek sahibləri və dərman firmalarıdır. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin sözlərinə görə, Bakının ən nəhəng apteklər şəbəkəsi olan "Avis" Fətullah Gülən şəbəkəsinə yaxınlığı ilə seçilir: "Deyilənlərə görə, "Avis" Tibbi Marketlər şəbəkəsinin onunla yaxın əlaqələri var və məhz elə bu səbəbdən də sözügedən firma qısa müddət ərzində ölkənin dərman bazarında əsas söz sahiblərindən birinə çevrilib. Yəni bu işdə "Avis"in sahib(lər)inə Gülən tərəfdarları yaxından yardım göstəriblər. Bu arada, onu da qeyd edim ki, "Avis"in demək olar ki, əksər şöbələrində bu və digər səbəblər üzündən aldıqları dərman preparatlarını geri qaytarmaq istəyən müştərilərə "Alınan mallar geri qaytarılmır", deyə cavab verilir. Bu isə birbaşa istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir. Çünki müvafiq qanunvericiliyə görə, bir neçə gün öncə aldığınız dərman hansısa səbəbdən xoşunuza gəlmirsə və ya qüsur varsa, onu geri qaytara, həm də dəyişdirə bilərsiniz. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən zəmanət və yararlılıq müddətində malda müəyyən qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan və ya istehsalçıdan qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının aradan qaldırılmasını, malın, həmin mala uyğun digər modelli malla əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Nəzərinizə çatdırım ki, Nazirlər Kabinetinin qərarına əsasən, qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, bütün növ parçalar və ölçü ilə satılan mallar, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları (yuyucu toz, qab yumaq üçün maddələr və s.), şəxsi gigiyena əşyaları (diş fırçası, daraq və s.), uşaq oyuncaqları, üzərində yarlıqları olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq məhsullarının istifadəsi üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış ərzaq malları (yararlılıq müddəti ərzində) dəyişdirilə bilməz. Gördüyünüz kimi, bu siyahıda dərman pereparatları əks olunmayıb. Deməli, "Avis" Tibbi Marketlər şəbəkəsinin əməkdaşları alınan dərmanları geri qaytarmamaqla qanuna zidd addım atırlar. Odur ki, aidiyyəti qurumlar bununla bağlı müvafiq ölçü götürməlidirlər". \\ Gündəlik Bakı \\
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
• “Ayı”nın ilk üç hədəfi: birini “öldürüb”, digərini “yaralayıb” və üçüncüsü… - GƏLİŞMƏ
Bu gün, 06:48 |
|
|
|
• Qüvvələrimiz Ermənistana belə girə bilər - 107 illik müqavilə gündəmdə
Bu gün, 06:41 |
|
|
|
• Bakı çox yüklənib, həm adamla, həm də maşınla... - NƏ ETMƏLİ?
Bu gün, 06:40 |
|
|
|
• BU NƏDİ BELƏ: Yarışa getməyə pul tapa bilmirlər... - "Öz pulunuzla gedin!"
Bu gün, 06:28 |
|
|
|
• "Sənətdə nələrin təbliğ olunduğu göz önündədir"
Bu gün, 06:21 |
|
|
|
• Türkiyədən İrəvana getdi, erməniləri təhdid etdi... - “Razı olun, yoxsa…”
Bu gün, 06:16 |
|
|
|
• Qaqauz lider Kişinyov hava limanında saxlanıldı - "Birinci Moldova" telekanalı
Bu gün, 06:12 |
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
|