PROPORSİONAL SEÇKİ SISTEMİ BƏRPA OLUNMALIDIR
Tarix: 19-04-2012, 14:00 | Çap et
YENİ QANUN DA BUNU TƏLƏB EDİR
Artıq 10 ildir ki, Azərbaycanda proporsional seçki sistem ləğv edilərək mojaritar sistemlə əvəzlənib. 2002-ci ildəki referendumla həyata keçirilən bu dəyişiklik hazırki durumda belə, müxalifət partiyaların böyük narazılığına səbəb olur. Müxalif qüvvələr seçkilərə fərdi şəkildə deyil, proporsional sistemin tələbinə uyğun olaraq partiya şəklində qatılmaq istəsələr də, mövcud qanun buna imkan vermir.
Bəs hazırki siyasi durumda necə, çoxpartiyalı Azərbaycanda proporsional sistemin bərpası mümkündürmü? Modern.az-ın əməkdaşı bu və ya digər suallara cavab tapmaq üçün siyasi partiyaların məsələyə münasibətini öyrənməyə çalışırb.
“Azərbaycanda gec-tez proporsional sistem bərpa olunacaq”
Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Yusif Bağırzadə bildirib ki, hazırki vəziyyətdə proporsional seçki sisteminin yenidən bərpa olunması çox vacibdir. Y.Bağırzadə hesab edir ki, ölkəmizdə mojaritar sistem mövcud olsa da, bir çox qanun layihələri, o cümlədən “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər də proporsipnal sistem əsasında tərtib edilib:
“Mən öncə onu qeyd edim ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi əslində proporsional sistemə uyğun qanun layihəsidir. Bu qanuna əlavə və dəyişikliklər ancaq proporsional sistemə aid olan dəyişikliklərdir. Bu qanunun mojaritara heç bir aiddiyyatı yoxdur. Qanunda siyasi partiyaların maliyyələşməsi, baryerlərin qoyulması, qeydiyyatı bunların hamısı proporsional seçki sisteminə aid məsələlərdir. Necə olur ki, qanun layihəsi başqa sistemi əks etdirir, seçkilər tam başqa sistemlə keçirilir”-deyə AMİP sədri qeyd edib.
Y.Bağırzadə həmçinin əlavə edib ki, ölkəmizdə siyasi partiyaların gücünü artırmaq üçün proporsional sistemə keçid mütləq olmalıdır.
“Seçici bilməlidir ki, kimin qapısını döysün...”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyi isə tam fərqlidir. Partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə müxalifət nümayəndələrinin fikirləri ilə razı olmadığını deyərək, mojaritar sistemin daha üstün olduğunu bildirib:
“Hesab edirəm ki, hazırki dönəmdə mojaritar seçki sistemi daha üstündür. Bu gün proporsionallığın bərpasına ehtiyac yoxdur. Proposionalda seçici öz deputatını tanımır. Seçicinin kimin qapısını döyəcəyi, kimdən haqqını istəyəcəyi bilinmir. Amma mojaritarda isə namizəd hər bir seçicinin qapısını döyməli olur. Hər bir seçici qarşısında öz məsuliyyətini hiss edir. Mən şəxsən özüm Mingəçevirdə insanlarla görüşüb, onların problemlərinə bələd oluram”.
Millət vəkili hesab edir ki, proporsional sistemdən fərqli olaraq, mojaritar sistemdə deputatla seçici arasında birbaşa təmas yaranır. Bu baxımdan A.Mirzəzadə heç bir dəyişikliyə ehtiyac duymadığını deyib.
“Hakimiyyət nəinki təklifimizi qəbul edir, heş varlığımızı da duymaq istəmir”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə hesab edir ki, məsələ referendumdan bu vaxta kimi dəfələrlə gündəmə gətirilsə də, müsbət bir nəticə əldə etmək mümkün olmayıb. F.Qəhrəmanlının sözlərinə görə, beynəlxalq təşkilatlar müxalifətin bu narazılığına əsasən Azərbaycan hakimiyyətinə tövsiyyələrini bildirsə də, hakimiyyət buna məhəl qoymur. “Bu məsələ dəfələrlə gündəmə gətirilib. Beynəlxalq təşkilatlar tərəfindən, Venesiya Komissiyası tərəfindən Azərbyacan hökumətinə tövsiyyə olunmasına baxmayaraq, Milli Məclisdə bu məsələnin qaldırılmasına baxmayaraq, bu günə qədər məsələ öz həllini tapmayıb. Bu sistemi ləğv etməklə ölkədə çoxpartiyalı sistemi sıradan çıxarmaq istədilər. Hazırda da hakimiyyət bu sistemin bərpasında maraqlı deyil. Milli Məclisdə qəbul olunan qanunlar da sifariş hesabına qəbul olunur. Hakimiyyət proporsional sistemin bərpa olunmasını istəmir”-deyə F.Qəhrəmanlı qeyd edib.
“Müsavat seçkidə qalib gəldiyi üçün bu sistemi ləğv etdilər...”
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı da məsələ ilə bağlı öz mövqeyini bildirib. O da digər opponentləri kimi mojaritar sistemin ləğv edilərək, yenidən proporsional sistemə keçidin əhəmiyyətli olduğunu bildirib.
“Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması çox vacibdir. Heydər Əliyev 1998-ci il referendumunda bu məsələni qaldırmışdı və proporsional seçki sistemi qəbul olunmuşdu. Sadəcə, 2000-ci ildə Müsavat Partiyası bu sistemlə seçkidə qalib gəldiyi üçün onlar sonradan növbəti dəfə referendum yolu ilə bu sistemi yenidən kənarlaşdırdılar”.
G.Aslanlı qeyd edib ki, təkcə proporsional sistemlə seçki sisteminin normal hala düşməsi mümkün deyil. Bunun üçün köklü dəyişikliyə ehtiyac var.
“Hakimiyyət bu addımla partiyalara marağı yox etdi”
Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 2002-ci ildə ölkədə keçirilən referendumla proporsional seçki sisteminin hakimiyyət tərəfindən qəsdən ləğv edildiyini deyib. S.Cəlaloğlunun sözlərinə görə, iqtidarın bu addımı təkcə müxalifət partiyalarının deyil, həmçinin hakim partiyanın da seçkilərdə aktivliyinə mənfi təsir göstərib.
“Proporsional sistemi Azərbaycanda çoxpartiyalılığın qarşısını almaq üçün ləğv etdilər. Bu sistemin ləğv edilməsilə cəmiyyətdə partiyalılığa marağı 90 faiz azaltdılar. Partiyaların dövlətin və cəmiyyətin həyatında iştirak hüququ məhdudlaşdı. Yeni Azərbaycan Partiyası da bir partiya kimi seçki sistemində öz əhəmiyyətini itirdi”.
ADP sədri qeyd edib ki, Azərbaycan çoxpartiyalı ölkə olduğu üçün mütləq proporsional sistem bərpa olunmalıdır. ”Dünya təcrübəsinə baxsaq, görərik ki, çoxpartiyalı ölkələrdə mojaritar deyil, proporsional sistem höküm sürür. Bütün proseslər Azərbaycanda bu sistemin zəruri olduğunu göstərir. Keçmiş SSRİ-də Azərbaycan yeganə respublikadır ki, bu sistem ləğv edilib. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi mojaritar sistemə uyğun deyil. Bu baxımdan mən proporsional sistemin bərpa olunmasını vacib sayıram”-deyə S.Cəlaloğlu əlavə edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Günün fotosu: BU NƏDİ BELƏ... - İLGİNC...
Bu gün, 09:16 |
|
|
|
• Burda vətəndaş qəbulu rəsmən problemdir - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07 |
|
|
|
• Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03 |
|
|
|
• Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59 |
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19 |
|
|
|
|