"Azərbaycanda belə bir qarşıdurma yoxdur" - deputat
Tarix: 18-07-2016, 10:24 | Çap et
Məlum olduğu kimi, İŞİD terror təşkilatının əsas hədəflərindən biri də şiələrin ziyarətgahları və məscidləridir. İraqda, Suriyada şiə məscidlərinin tez-tez partladılması və yüzlərlə müsəlmanın həlak olması da bunun göstəricisidir.
Bütün bu faktlar ölkəmizdə də şiə ziyarətgahlarının və məscidlərinin mühafizəsini gücləndirməyin vacib olduğunu göstərir. Çünki Azərbaycan da İŞİD-in hədəfində olan və bu terror təşkilatından təhdid almış ölkələrdən biridir. Bəs, görəsən Azərbaycanda məscidlər, kütləvi ibadət yerləri, ziyarətgahlar necə qorunur?
Bu suala cavab tapmaq üçün Azərbaycandakı ən qədim müqəddəs ocaqlardan biri olan, Bibi Heybət ziyarətgahına baş çəkib, oranın necə mühafizə olunması ilə maraqlandıq. Qeyd edək ki, Bibi Heybət ziyarətgahı XIII əsrdə Şirvanşah II Fərruxzad tərəfindən tikilib. Buradakı 4 məzarda şiələrin VII imamı Museyi Kazımın (ə) qızı, VIII İmam Rzanın (ə) bacısı Həzrəti Həkimə xanım və imam Museyi Kazımın (ə) daha 3 nəvəsi yatır. Bura Bakının ən böyük məscidlərindən biri olmaqla yanaşı, həm də müqəddəs ziyarətgahdır. Təhlükəsizlik tədbirlərinə gəlincə, ziyarətgahın həyətinə daxil olarkən qapının ağzında dayanan mühafizəçi gələnlərə nəzarət edir. Əlindəki dedektorla şübhəli görünən iri çantaları yoxlayır. Digər mühafizəçi isə ziyarət yerində müşahidə aparır. Bundan başqa demək olar ki, məscidin hər yerində müşahidə kameraları var. Həm ziyarətgahın həyətində, həm də içəridə, dəstəmaz yerlərinin girişində, koridorlarda, giriş qapısında müşahidə kameraları yerləşdirilib. Bu kameralar isə ümumi müşahidə otağında, mühafizə sisteminin rəhbəri tərəfindən izlənilir. İçəridəki monitorlardan təxminən 10-dan artıq monitor eyni zamanda izlənilir. Bundan əlavə məscidin öz işçiləri də mülki geyimdə nəzarət həyata keçirir.
Həmin işçilərdən birinin sözlərinə görə, hər həftənin cümə günü camaat namazı qılınarkən və ya dini bayramlarda, Aşura məclislərində məscidə mühafizə xidmətindən əlavə polis də nəzarət edir. Bir sözlə, insanların kütləvi olduğu günlərdə polis təhlükəsizliyi təmin edir. Qafqaz Müsəlmanları İdarəsindən rəsmi icazə almadığımız üçün məscid rəhbərliyindən açıqlama ala bilməsək də, ümumi mühafizə sistemi ilə bağlı bunları öyrənə bildik. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin nəzarətində olan digər böyük məscidlər də xüsusi qaydada, həm mühafizə sistemi, həm də təhlükəsizlik kameraları ilə qorunur. Həmçinin, bu məscidlərdə kütləvi ibadətlər zamanı təhlükəsizliyi dövlətin hüquq-mühafizə orqanları təmin edir. Bu baxımdan Bibi Heybət Məscidində də son hadisələrdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Ekspertlər də məscidlərin mühafizə edilməsinin vacibliyindən danışsalar da, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac duymurlar. Hesab edirlər ki, bu insanlarda səbəbsiz yerə xof və narahatlıq yaradacaq.
Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təhlükəsizlik tədbirləri təkcə məscidlərdə yox, hər yerdə artırılmalıdır: “Mən məscidlərin daha çox hədəfdə olduğuna inanmıram. Terrorçular daha çox insanların kütləvi toplaşdıqları hava limanlarında, parklarda öz əməllərini həyata keçirməyə üstünlük verirlər. O baxımdan bəzi ölkələrdə bu məscidlərdə baş verənlərin hamısını İŞİD-lə əlaqələndirmək olmaz. Hər şeyin İŞİD tərəfindən edilməsi də bir az inandırıcı görünmür. Həmin dövlətlərin özlərinin hansısa təxribatlarının olması da istisna deyil. Suriyada, İraqda daha çox məzhəblərarası konfliktlər var, Azərbaycanda belə bir qarşıdurma yoxdur. Ola bilər ki, şifahi olaraq söz səviyyəsində mübahisələr ola bilər, lakin ciddi bir problem yoxdur. Bu mənada mühafizə hər yerdə təşkil olunmalıdır, məscidlərin xüsusi qaydada qorunmasına ehtiyac görmürəm”.
Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl isə qeyd etdi ki, İŞİD tərəfindən məscidlərin hədəfə alınması Azərbaycan üçün aktual deyil: “Mən özüm də İŞİD təhlükəsindən yazmışdım, ancaq Azərbaycan bu dəqiqə İŞİD-in hədəfində deyil. Hədələri var, bizə hədələr göndərirlər, fərdi olaraq da polis işçilərinə hədələr göndərirlər. Lakin bu saat özləri də bilirlər ki, Azərbaycanda şiə məscidini hədəfə götürsələr, çox pis reaksiya ilə qarşılaşa bilərlər. Təhlükəsizlik tədbirləri isə təkcə məscidlərdə yox, hər yerdə olmalıdır. Bütövlükdə Azərbaycanın İŞİD təhlükəsindən qorunması üçün tədbirlər görülməlidir. Lakin yalnız məscidlərin mühafizəsinin gücləndirilməsi həm əlavə maliyyə imkanları tələb edir, həm məscidlər elə dindarlar tərəfindən, öz işçiləri tərəfindən qorunur. Ona görə də xüsusi bir informasiya olmadan mühafizəni gücləndirmək əhalidə çaşqınlıq yarada bilər. Bu səbəbdən hər yer üçün ümumi mühafizə lazımdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|