"Bəziləri tutuquşu kimi təkrarlayır ki, Türkiyədə dünyəvi dövlət yoxa çıxır..." - deputat
Tarix: 19-07-2016, 08:49 | Çap et
15 iyulda Türkiyədə baş verənlər Azərbaycanda da narahatlıqla izlənildi. Bir millətin ikinci dövlətində yaşanan ağrılı olayların daha böyük faciələrə səbəb olmaması təbii ki, cəmiyyətimizin hər bir sağlam düşüncəli nümayəndəsinin əsas arzusu və istəyidir.
Ankara və İstanbulda xalq və ordu hissələrinin üz-üzə qaldığı saatlarda Azərbaycandakı Türkiyə səfirliyinin qarşısına da toplaşanlar az olmadı. Hətta səfirin ziyarətçilərdən evlərinə dağılışmağı xahiş etməsindən sonra da insanlar proseslərin nə ilə bitəcəyini məhz bu məkanda gözləməyi, bu jestlə qardaş Türkiyə dövlətinə dəstək verməyi üstün saydılar. Yeri gəlmişkən, siyasi partiya təmsilçilərindən ilk olaraq səfirliyin qarşısına Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yetişmişdi. Bu barədə facebook-da yayılmış videodan görünür ki, tərəfdarları ilə birlikdə səfirliyin binası önünə çıxan N.Pənahlı səfir İsmayıl Alper Coşkunun çıxışını dinləyir. Ancaq diqqətçəkən və təəccüblüsü budur ki, nə həmin gecə, nə də ondan sonrakı günlərdə Azərbaycan müxalifətinin çox azsaylı təmsilçiləri Türkiyədə baş verənlərlə əlaqədar, sadəcə, sosial şəbəkədə və mətbuatda fikir bildirməklə kifayətləndilər.
Azərbaycan Respublikasının keçmiş baş naziri və Xalq Partiyasının sədri Pənah Hüseyn isə “Yeni Müsavat” vasitəsilə Türkiyə olaylarını operativ dəyərləndirib. O, “Türkiyədə hərbi çevriliş cəhdinin xalqın meydanlarda ifadə olunan demokratik müqaviməti nəticəsində qarşısının alınması təkcə Türkiyə və türk milləti üçün deyil, dünyadakı bütün türklər və müsəlman sivilizasiyası üçün önəmli hadisədir”- deyib. P.Hüseyn bildirib ki, əgər Türkiyə bu olaylarda itkilərə məruz qalsaydı, Azərbaycan da itirəcəkdi: “Odur ki, 15- 16 iyul hadisələrində müqavimət qurbanları yalnız Türkiyə uğrunda deyil, bütün türk və müsəlman dünyası, Azərbaycan üçün şəhid oldular”.
Müxalifətin digər kəsiminin loyal yanaşması barədə sualımıza cavab olaraq KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, hadisələr birmənalı olmadığı üçün baş verənlərə də birmənalı münasibət yoxdur: “Təbii ki, bu, Türkiyənin daxili işləridir. Hətta bizim Türkiyənin Bakıdakı səfirliyinə göndərdiyimiz başsağlıqlarına da indiki böyükelçi etinasız qalır. Hansı ki, özündən əvvəlkilər belə deyildilər. Bu da onun məsələlərə baxışıdır. Ona görə də mən hesab etmirəm ki, Azərbaycan siyasi müxalifətinin rəy bildirməsinin Türkiyədəki hər hansı proseslərə təsiri, önəmi var və onlar buna önəm verəcəklər”.
M.Mirəlioğlu “Yeni Müsavat”n sorğusuna cavabında qeyd etdi ki, kimin nə deməsindən asılı olmayaraq, Türkiyə bütün hallarda proseslərdən güclü çıxacaq: “Ancaq bəzi məsələlər şübhələri artırır. Məsələn, ildırım sürəti ilə - hadisələrin üstündən sutka keçməmiş 3 minə yaxın prokuror, hüquq müdafiəçisi, yaxud vəkil həbs olunur. Bu siyahı necə tərtib olundu? Yaxud həbs olunanların sayı 6 minə yaxındır. Siyasi müxalifət dəstək verib, bu, sırf onların daxili işidir. Amma bu gün tutulan generalların hamısı onların 2014-cü ilin 17 dekabrındakı məşhur əməliyyatı zamanı təyin etdikləri şəxslərdir. Yəni Abdulla Gülün və Rəcəb Tayyib Ərdoğanın təyin etdikləri generallardır. Ona görə də xeyli şübhələr var. Hesab edirəm ki, bu, onların özlərinin də dediyi kimi, çox unikal bir ssenaridir, teatrlaşdırılmış bir məsələdir. Amma hələ son nöqtəsi qoyulmayıb. Bütün hallarda Türkiyə bu məsələlərdən qalib çıxacaq. Çünki Türkiyə Cümhuriyyəti belə hadisələri çox görüb”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da əməkdaşımıza açıqlamasında Türkiyənin proseslərdən qalib çıxacağını bildirdi: “Bu hadisəyə Türkiyədə ”çibanın deşilməsi" hadisəsi kimi baxılmalıdır. Türkiyə iqtidarı kimisə qane edə bilər. Yaxud başqası düşünə bilər ki, fərqli bir hakimiyyət olmalıdır, fərqli bir mövqe ifadə olunmalıdır. Bunlar hamısı anlaşılandır. Amma hər hansı bir şəkildə hərbi çevriliş yolu ilə hakimiyyət dəyişməsi Türkiyənin demək olar ki, 30-40 il geri düşməsi, zəifləməsi deməkdir. Bir çoxları o düşüncədədir ki, elə bil hələ də Atatürk hakimiyyətdədir və Atatürk bu günə qədər də hakimiyyətdə qalmalıdır. Türkiyədə dəyişən mühiti hələ də böyük əksəriyyət anlamaq gücündə deyil. Bəziləri tutuquşu kimi təkrarlayır ki, Türkiyədə dünyəvi dövlət yoxa çıxır, islamçı dövlət qurulur. Son hadisələr onu göstərdi ki, türk insanı, Türkiyə əhalisi hərbi çevrilişə qarşı mövqe, dirəniş ortaya qoyduğu kimi, hansısa bir şəriət dövləti, islam dövləti adı ilə hansısa bir qurumun olmasına da eyni cür dirəniş göstərəcək". F.Mustafa əlavə etdi ki, Türkiyəni anlayan insanların çoxu bunu bilir. Deputatın sözlərinə görə, hakimiyyət başında İslam dəyərlərinə bağlı insanların olmasına təbii ki, üstünlük verirlər: “Amma hətta dindar kəsimin içində böyük əksəriyyət Türkiyənin məhz demokratik dövlət olmasına üstünlük verir. Çünki İran təcrübəsinə, ərəb ölkələrinə baxırlar və aydın görürlər ki, Türkiyənin başqa quruluşda olması real deyil, mümkün də deyil. Ona görə də Atatürk modelli bir dövlət Türkiyədə hər bir zaman, hətta kommunist hakimiyyəti də olsa, qatı milliyyətçi, ya İslam dəyərlərinin daşıyıcısı da olsa, dəyişməyəcək. Odur ki, sadəcə, bilgisizlikdən, cahillikdən deyirlər ki, sanki Türkiyə hər şey uçuruma gedir”.
Deputat qeyd etdi ki, xalqın da iradəsinə qarşı bir sayğısızlıq var: “Sanki Azərbaycandan xalq daha yaxşı görür ki, hakimiyyətdə kim olmalıdır. Ona görə də mən o fikirdəyəm ki, Türkiyədə kimliyindən asılı olmayaraq, davranışından, üslubundan xoşumuz gəldi, ya gəlmədi, türk xalqının özünün seçimi var, o seçimə hörmət etmək lazımdır. Bəzən demokratiya uğrunda mübarizə apardığını iddia edən adamlar görürsən ki, diktatura arzulayır, bir hərbçinin hakimiyyətə gəlməsinə sevinir, istəyir ki, Türkiyədə hakimiyyət dəyişikliyi bu yolla olsun, seçki yolu ilə yox. Belə məsələlərdə Azərbaycanda düşüncə yanlışlığının olduğunu, Türkiyə haqqında təsəvvürlərin düzgün olmadığını müşahidə edirik. O baxımdan, hərbi çevrilişin baş tutmaması Türkiyənin yenidən dirçəlişidir. Sabah Ərdoğan gedər, yerinə başqası, milliyyətçi, ya İslam dəyərlərini qabardan insan gələr, fərq etməz. Amma 80-ci ilin darbəsindən sonra Türkiyənin iqtisadiyyatına və siyasi mövqeyinə vurulan zərbə o dərəcədə yüksək idi ki, hələ bu günə qədər onun fəsadlarını ortadan qaldıra bilmirlər. Təsəvvür edin ki, bir çevrilişdən sonra nə baş verdi: Yunanıstanın NATO-ya qəbul olunması həll olundu. Ona qədər Yunanıstan NATO-ya girə bilmirdi. Ancaq ondan sonra Yunanıstan Türkiyə ilə bərabərləşdirildi, özü də hərbçilərin hesabına. Xaricdən dəstəklənən çevriliş oldu və bunu həyata keçirdilər. Əvvəllər qınayırdılar ki, Türkiyə hakimiyyəti PKK-ya qarşı niyə yumşaq davranır? Bu gün PKK-nın bütün ocaqlarını darmadağın edirlər. Hərbçilərin hakimiyyətə gəlməsi o demək deyildi ki, PKK ilə bağlı daha sərt siyasət izlənəcəkdi. Bəlkə də həmin qüvvələr Ərdoğan hakimiyyətinin barışmaz mövqe tutduğuna görə bu addımı atırdılar. Ona görə də bu məsələlərdə daha əqli-səlib düşünməyimiz lazımdır. Türkiyə demokratiyasına Azərbaycan mühitindən dəstək verilməsi, bunun anlayışla qarşılanması bizim özümüzün xeyrinədir. Çünki Türkiyə həm də bizim üçün bir örnək, parlamentar demokratiyanın parladığı bir dövlətdir. Biz çalışmalıyıq ki, Türkiyə məsələsində mülahizələrimizdə yanlışlığa yol verməyək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|