Deputat homoseksualların Bakıdakı toyundan danışdı - “qanunla icazə verilir, mən neyləyim?”
Tarix: 27-07-2016, 08:49 | Çap et
“Son illər homoseksualların apardığı təbliğatlar evimizin içinədək gəlib çıxıb. Bunun üçün filmlərdən, seriallardan, verilişlərdən, musiqi kliplərindən, hətta cizgi filmlərindən belə istifadə olunur. Homoseksuallığın təbliği üçün illər uzunu hansı mərhələli görülən işlər öz bəhrəsini vermədədir”. Bu sözləri gununsesi.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli Bakıda cinsi azlıqların evlənməsi faktına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, son illər Azərbaycanda da bu məsələnin kifayət qədər təhlükəli səviyyədə artdığı və adiləşdiyi göz önündədir: “Əvvəllər homoseksualları, sadəcə, gecə vaxtları görmək mümkün idisə, hazırda artıq onlar gündüzlər də çəkinmədən şəhərin küçələrində gəzişirlər. Hələ bu azmış kimi şadlıq evlərində dəbdəbəli toy mərasimləri də keçirirlər. Onlar təşkilatlanaraq Almaniya, Niderland, Norveç, Böyük Britaniya , Belçika, İsveçrə, ABŞ səfirlikləri və Avropa İttifaqının Bakı nümayəndəliyi ilə görüşlər keçirir, tələblərini səsləndirirlər. Səfirliklər isə onlara bildirirlər ki, homoseksualların hüquqi statusunun qorunması məsələləri onlar üçün prioritetdir. Onlar bu toylardan görüntüləri mətbuata ötürmək və sosial şəbəkələrdə yerləşdirmək də marqlıdırlar. Deputat qeyd edib ki1990-cı ildə AR Ali Sovetinin deputatı seçildikdən sonra iclasda ilk çıxışım Mənəviyyat Dövlət Komissiyası və Əxlaq Polisinin yaradılmasıyla bağlı olub: “Hələ o vaxtlar bu məsələylə bağlı təhdid və təhlükələr var idi. İstəyirdim qarşısını alaq. Çünki qarşıdakı illərdə bunun baş verəcək fəsadlarını görurdüm. Sosializm hər şeyi qadağan edirdi, yaxşını da pisi də. Ona görə də sosializm dövründə müəyyən pis hallar da qadağan olunmuşdu. Kapitalizmdə isə tam əksinə, hər şeyə icazə verilir; yaxşıya da, pisə də. Ona görə də, ölkəmizdə eynicinslilər tandeminin yayıldığını görürdüm. Lakin təəssüf ki, mən dövlət rəhbərini inandıra bilmədim. Eləcə də parlamentdə inandıra bilmədim ki, bu pisliyin qarşısını indidən almaq lazımdır ki, artmasın. Həqiqətən də o zamanlar baxmayaraq ki, gənc idim, cavanıydım, amma özümü öldürürdüm ki, bunun qarşısını almaq lazımdır. Qarşısı alınmazsa, çox pis vəziyyətlərə gətirəcək. Lakin heç kimi inadıra bilmədim. Təkliflərim keçmədi. İndi isə Azərbaycan Avropa Şurasının üzvüdür. Ona görə də, bu qurumda qalmaq üçün onların şərtlərinə uymalıyıq. O vaxt – 16 il əvvəl yenə də Avropa Şurası qarşımızda şərt qoymuşdu ki, Azərbaycan Respublikası bu cür əxlaqsız hərəkətlərə icazə versin. Qeyd edim ki, AR CM-in 113-cü maddəsində belə mənəviyyatsızlıq üçün ciddi cəza nəzərdə tutulurdu. Çox təəssüf edirəm ki, nə qədər çalışdıqsa, qarşısını ala bilmədik. Açıq deyirəm, həm iqtidar, həm də müxalifət birlikdə Avropa Şurasına girmək məqsədiylə CM-dən belə biabırçı halları cəzalandırmalı olan maddələri çıxarıb aradan qaldırdılar. Özü də xalqın xəbəri olmadan”-, deyə o bildirib. Millət vəkili bildirib ki, Avropa Şurasına daxil olmaq üçün ölkədə bu cür murdarlıqları əks etdirən hallara icazə verilib: “Bunu deməkdən çəkinmirəm. Çox təəssüf edirəm ki, o zamandan indiyədək Azərbaycanda belə xoşaglməz hallar inkişaf edib. Bir şeyi nəzərdə saxlamq lazımdır ki, hüququn ən mühüm dayaq və mənbələrindən biri adət hüququdur. Bizim də milli adət-ənənələrimiz var. Hətta dini adətlərimiz də var. Məsələn, Çində və Yaponiyada milli adətlər var ki, belə şeyləri rədd edir, amma onlar müsəlman deyillər. Ona görə də, mən Azərbycan xalqının milli mənəviyyatını hər şeydən üstün tuturam. Eyni zamanda, bu dini mənəviyyatı da özündə ehtiva edir. Deməli, milli və dini ənənələri olan bir ölkədə belə biabrçılığa rəsmi icazə vermək, hətta şirnikləndirmək, televiziya kanallarında onlara aparıcı statusu vermək, təbliğini etmək, xaricdə və ölkədə baş verən bu biabırçılıqları qanuniləşdirmək, insanların gözlərini və qulaqlarını belə şeylərə alışdırmaq, adiləşdirmək Azərbaycan xalqının, təkcə bu günkü nəslinə yox, keçmişinə, gələcəyinə də xəyanətdir. Genefondumuza böyük zərbədir. Həyatda elə şeylər varki vazkeçilməz sayılır. Mənim üçün dünyada belə şeylər ən böyük vəzifədən də yüksəkdə dayanır. Bunu çəkinmədən deyirəm. Belə şeyləri eşidəndə ürəyim əsir. Bu mənim yaralı yerimdir. Üzr istəyirəm, gəncliyimdə o prinsiplərlə yaşamışam ki, iki göz iki gözə baxmalıdır, insanlar tək nikahlı, monoqamiya olmalıdır. Əxlaqszlıa yuvarlanmamalıdır. İnsanlar arasında saf sevgi, məhəbbət olmalıdır. Ailənin təməli bu cür qoyulmalıdır. Avropanın nikahı – vətəndaş nikahı da deyilir bu zibilə. Adətlərimiz təhrif olunur, Milli köklərimizə bağlı nənə-babalarmızda günümüzədək gəlib çıxan milli dəyərlərimizə zərbə vurulur. Keçmişimizin, namusumuzun üzərindən xətt çəkilir, biqeyrər gələcək yaradılır. Mən bunun qəti əlehinəyəm. Ürəyim yaralıdır, bu sahədə. Özümü “öldürdüm”, baxan olmadı. Demirəm bu müsbət haldır, amma indiyək də bir dəfə də olsun, bir qadınla belə avropasayağı rəqsi etmədim. Çimərliyə getmədim ki, qadınları paltarsız görməyim. Biz o cür tərbiyə olmuşduq ki, özümüzü müqəddəs duyuğularla yaşadaq. Hətta kartın üzərndə yarıçılpaq qadın görəndə baxmazdıq ki, gözlərimiz haram görməsin”. T.Kərimi baş verənləri tərbiyəsizlik adlandırıb: “Bu nə biabırçılıqdır, hər şeyi məhv elədilər, gələcəyimizi, balalrımızı əlimizdən aldılar. Cəmiyyət o qədər güclüdür ki, biz valideynlər daha onlara təsir edə blmirik. Biz olanları aradan qaldıra bilmirik. Yaşım 60-ı keçib. Özümün və ölkəmin gələcəyi üçün bu cür babırçılıqlardan çox narahatam. Gələcəyə biqeyrət nəsil yetişir. Balalarımızın, nəvələrimizin belə hala salınması məni yandırır, ona görə də, internet və sosial şəbəkələr, televiziya kanalları üzərində əxlaq nəzarəti qoymaq və gücləndirmək lazımddır. Senzura qoymaq azımdır”. Millət vəkili hesab edir ki, Azərbaycanda bu cür biabırçılıqların qarşısını alaq üçün mənəviyyat və əxlaq senzurasının qoyulmasına ehtiyac var: “Bu cür biabırçı hallara yol verən qanunvericiliyi təkrar dəyişmək lazımdır. Ona görə də, bəlkə də uzun illərdən sonra ilk dəfə məcbur olub emosional danışdım. Bax, bu çür halların artması məni çox ağrıdır. İmkan düşəndə bu haqda Milli Məclisdə fikirlərimi bildirirəm. Adətən, qanunlar müzakirəyə çıxarılanda, həmin ətrafda danışırıq. Bizim qanunvericilik təşəbbüsü hüququmuz var, amma bunu həyata keçirmək çox ağır proseduradır. Çünki, mən deputatların və hakimlərin toxunulmazlığı ilə əlaqədar təkliflər irəli sürmüşəm. Amma həmin təklifləri hələ də həyata keçirə bilməmişəm. Yenə deyirəm, bu mənim yaralı yerimdir. Fürsət düşdükcə, məsələləri qaldıracam. Ürəyim ağrayır ki, yaxın zamanda Azərbaycanda dövlət qulluqçularının etik davranış qaydalarıyla bağlı qanun müzakirəyə veriləcək. Dövlətinə biganəlik, öz dilini bilməmək utancverici haldır. Bir millətin ki, elitası öz Ana dilini bilmir, o millət nə Qarabağ dərdi çəkəcək? Bir millət ki, rus dilində danışa, doğma dilini bilməyə, o millətin nə qeyrətini çəkəcək? Nə dövlətin, nə torpağın, nə də namusun qeyrətini çəkəcək. Mən bu məsələləri Milli Məclisdə də qaldırdım, çox təəssüf ki, nail ola bilmirəm. Təəssüf ki, məni orada müdafiə edənlər də azdır. Əfsus ki, hər yandan üstümüzə töülürlər. Ona görə də, imkan olduqca, nə qədər ki, nəfəsimiz var, sonadək mübarizə aparacağıq”. sekx Tahir Kərimlinin sözlərinə görə, qanunları elə dəyişiblər ki, həm inzibati, həm mülkü, həm də cinayət qanunverciliyində onların cəzalandırılması mexanizmi yoxdur: “Yeganə məsələ o ola biər ki, əxlaqsızlıq yuvaları saxlamaq, əxlaqsızlığı təblig eləmək, yaymaqla bağlı qadağalar olsun. Bütün bunlar da ona gətirib çıxaracaq ki, deyəcəklər “qanunla icazə verilir, mən neyləyim?”. Ona görə də bu biabırçılığı qanunverici qaydada əvvəl aradan qaldırmaq lazımdır. Amma bizim əlimizdə onlarla mübarizə aparmaq üçün cəmiyyətə təsir göstərən nə mətbuat var, nə də televiziya yoxdur. Heç olmazsa, bunlar qansın, sosial qınaq formalşsın. İctimai qınağa səbəb olsun. Bu adamlar ar çəksinlər, utansınlar, çox təəssüf ki, indi xalqından millətindən utananlar da azdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|