YAP-dan Elnur Aslanov və Əli Abbasov barədə yeni açıqlama - "...partiyadan çıxarılması mümkündür"
Tarix: 25-11-2016, 08:39 | Çap et
Keçmiş hakimiyyətyönlü deputat, hazırda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli özünün facebook səhifəsində Yeni Azərbaycan Partiyasını Siyasi Şurasında Fetö-çülərə şərait yaratmaqda ittiham edib. Gültəkin Hacıbəyli fikrini belə əsaslandırıb:
“AXCP sədrinin köməkçisi Faiq Əmirlini guya maşınının baqajından Fətullah Gülənin bir kitabı çıxdığı üçün həbs ediblər. Sonra da məlum olub ki, kitaba ön sözü YAP-ın yaradıcılarından biri, baş prokuror Zakir Qaralovun əmisi, YAP İdarə Heyətinin üzvü Zahid Qaralov yazıb. Zahid müəllim haqq dünyasındadır, Allah ona rəhmət eləsin, onunla işimiz yoxdur. Bəs Azərbaycan gülənçilərinin lideri, imamı, əsas adamı olan Elnur Aslanovun bu günün özündə də YAP Siyasi Şurasının üzvü olmasına nə deyirsiniz, ay yapçılar?! Gülən imamı YAP-ın rəhbər orqanında-Siyasi Şurasında təmsil olunduğu halda, siz hansı üzlə və hansı haqla təmiz insanları şərləyirsiniz?!”
Qeyd edək ki, Elnur Aslanov Prezident Administrasiyasında siyasi təhlil və informasiya şöbəsinin müdiri vəzifəsindən çıxarılan zaman mediada onun Fətullah Gülən Hərəkatının Azərbaycanda təmsilçisi olduğu və buna görə vəzifəsindən azad edildiyi barədə çoxsaylı xəbərlər yayılıb. E.Aslanov Prezident Administrasiyasındakı vəzifəsindən xaric edildikdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri təyin edilmişdi. Təxminən iki il orada işlədikdən sonra E.Aslanov keçən həftə həmin vəzifədən də azad edilib. Elnur Aslanovun YAP Siyasi Şurasının üzvü olub-olmadığını araşdırdıq.
YAP-ın mətbuat katibi Hüseyn Paşayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Elnur Aslanov hazırda Siyasi Şuranın üzvüdür: “Elnur Aslanovun hansısa terrorçu təşkilat və ya fəaliyyəti qadağan olunmuş təşkilatla bağlılığı, fəaliyyəti barədə deyilənlər yalnız söz-söhbət səviyyəsindədir. Bu söz-söhbətin heç bir əsası yoxdur. Elnur Aslanova qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. Onun haqqında hüquq-mühafizə orqanları tərəfindən hər hansı bir cinayət işi qaldırılmayıb. Mediada Elnur Aslanovun işdən çıxarılmasına ehtimallardan biri kimi hansısa qadağan olunmuş təşkilatla əlaqəsinin olduğu yazılıb. Bu cür ehtimallar isə fakta söykənmir. Sadəcə olaraq, kimlərinsə ehtimalıdır. O cümlədən Gültəkin Hacıbəylinin də ehtimalıdır. Gültəkin Hacıbəyli və onun müdafiə etdiyi adamlar bu gün düşdükləri bataqlıqdan çıxış yollarını arayırlar. Bataqlıqda batan saman çöpündən də yapışar və ya suda boğulan meymun balasını da ayaq altına qoyar. Gültəkin Hacıbəylinin bugünkü hərəkəti də suda batan meymunun hərəkətlərinə bənzəyir”.
H.Paşayevdən keçmiş rabitə naziri Əli Abbasovun YAP-dan xaric ediləcəyi barədə son günlər yayılan xəbərlərə də münasibət bildirməsini istədik. O qeydi etdi ki Əli Abbasovun YAP-dan xaric edilməsi barədə hər hansı proqnoz verə bilməz.
Xatırladaq ki, “Rabitə işi” ilə bağlı yayılan məlumatlarda diqqətçəkən məqamlardan biri də Rabitə Nazirliyinin korrupsiyada ittiham edilərək həbs olunan vəzifəli şəxslərinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri olmasıdır.
Məsələn, “Azetelekom” MMC-nin keçmiş baş direktoru uzun müddət YAP-ın Mərkəzi Həzarət Təftiş Komissiyasının sədri olub. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş rəisi Beytulla Hüseynov da YAP üzvü olub. Bu şəxslər istintaqa ifadələrində “paket” aldıqlarını bildiriblər və bununla da korrupsiyaya bulaşdıqlarını etiraf ediblər. Onların hər ikisi artıq YAP-dan xaric edilib.
Keçmiş rabitə naziri Əli Abbasov isə uzun müddətdir YAP-ın Siyasi Şurasının üzvüdür. Onun müavinləri (indi də nazir müavinidirlər-red) hər ay “paket” aldıqlarını deyən Elmir Vəlizadə və İltimas Məmmədov da YAP-ın üzvləridir.
YAP-ın şöbə müdiri Aydın Mirzəzadə isə modern.az-a açıqlamasında YAP-dan hansı formada uzaqlaşdırılmağın mümkün olduğu barədə danışıb: “Yeni Azərbaycan Partiyasından 3 halda çıxmaq mümkündür. Birinci halda, şəxsi təşəbbüslə. Bu zaman partiyadan çıxmaq barədə ərizə ilə müraciət olunur. İkinci halda, cinayət hadisəsi törədərsə, üçüncü halda isə partiyanın imicinə xələl gətirən hərəkətə yol verərsə. Bu hallarda şəxsin partiyadan çıxarılması mümkündür”.
YAP-çı deputatın sözlərinə görə, hələ ki Əli Abbasovun YAP-dan çıxmaq məsələsi gündəmdə deyil: “Düzdür, Əli Abbasovla bağlı mətbuatda çox yazılar yazılır. Hələ ki onun haqqında nə məhkəmə qərarı, nə də cinayətlərdə iştirakı barədə rəsmi bir açıqlama var. Ona görə də partiya Əli Abbasovun üzvlük məsələsinə hələ ki baxa bilməz. Bu baxımdan prosesin gedişatından asılı olaraq, qərar da qəbul edilə bilər. Amma hələ ki bu məsələ gündəmdə deyil”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
|