Əli Kərimli Azərbaycanı necə xilas edir... - "Vay bəə... adamın hər şeyi virtualdı zatən..."
Tarix: 9-12-2016, 11:26 | Çap et
2005-ci ildən sonra hakimiyyət xeyli arxayınlaşmışdı. 11 il öncə bu günlər iqtidar parlament seçkilərini səs-küylə, qalmaqalla da olsa birtəhər yola verə bildi. Onu yıxmaq üçün siyasi müxalifətlə və Vaşinqtondan gələn “demokratiya desantları” ilə gizli ittifaq quran nazirləri türməyə doldurub hər kəsin gözünün odunu almağı bacarmışdı.
Müxalifətin ayağını meydanlardan kəsib, xeyli zəiflətsə də, narahatlığı qalırdı. Amma hökumət ümidliydi: 2006-cı ilin yayından BTC neft boru xətti istismara veriləcəkdi və ölkəyə neft pulları - milyardlar axacaqdı. Müasir dövrdə siyasətin pulla yönləndirilməsi, iqtidarların təkcə polis və orduyla yox, həm də pulla qorunduğu bir reallıqdı.
2008-ci ildə dünyanı silkələyən iqtisadi böhrandan Azərbaycan demək olar ziyansız ötüşdü. Böhran ölkəni, onun iqtisadiyyatını vurmadı. Əksinə, rəsmi təbliğat “dünya iqtisadi böhranı Azərbaycana heç bir təsir etmədi” tezisi üzərində qurulmuşdu həmin vaxt.
2007-ci ilin yanvar bahalaşmasını da hakimiyyət rahat və tez adlatdı. Çünki o dövrlər Azərbaycan büdcəsinə neft satışından hər gün yüz milyonlar daxil olurdu. Ölkə və onun iqtidarı sürətlə varlanırdı. Neft bumu başqa sahələri də canlandırmışdı - tikinti sektoru həmin dövrlər özünün pik nöqtəsinə çatırdı. Bakı yenidən tikilməyə başlayırdı. Azərbaycan neft milyardlarını qəbul etdikcə, onun vətəndaşları da varlanırdı. Ölkə böyük tikinti meydançasına bənzəyirdi. Yüz minlərlə insan təkcə tikinti sektorundan para qazanırdı. Hələ başqa sahələr də vardı ki, xeyli vətəndaş ordan qidalanırdı.
2015-ci ildən başlayaraq böhran açıq hiss edilməyə başladı. Dalbadal baş verən devalvasiyalar, bahalaşan qiymətlər, hər gün artan xərclər, milli valyutanın dəyərsizləşməsi fonunda qazın, elektrikin qiymətinin bahalaşması da bir yandan cəmiyyəti şok etdi.
Noyabrın 28-dən etibarən ölkədə hər kəs növbəti çaşqınlıq yaşayır. İş o yerə çatıb ki, hətta iqtidar deputatları, ştatlı diferambçılar da duruma açıq etiraz bildirirlər. Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra parlament üzvlərinin müxalif tonda çıxışları yerli medianın manşetlərini bəzəyir. Hakimiyyətin xeyir-duasıyla mandat alan, əksərinin böyük biznesdə payı olan MM üzvləri indi siyasi müxalifətin boşluğunu müəyyən qədər doldurur. Müxalifət isə hakimiyyətin indiki vəziyyətindən sanki yararlanmaq istəmir. Deyilə bilər ki, yararlanıb nə edəsidi?! Haqlı arqumentdi. Lakin bizim də həmişə təkrarladığımız arqument var: müxalifətin işi, missiyası hakimiyyətə qarşı olmaqdı, iqtidarı xalqa qarşı daha böyük yanlışlardan çəkindirməkdi, hökuməti müəyyən qədər öz iradəsinə tabe etdirməkdi. Fəqət bu bir gerçək ki, bizim ölkənin müxalifəti hakimiyyət üçün heç bir təhlükə törətmir, problem yaratmır. İllərlə aparılan yanlış siyasət, yanlış taktikalar öz nəticəsini verib. Azərbaycan müxalifəti hazırda iqtidarın düşdüyü iqtisadi böhrandan daha dərin olan siyasi böhran yaşayır.
Əslində bizim müxalifət uzun illər öncədən parçalanmağa, bölünməyə, bir-biriylə didişməyə meyllidi. Fundamenti necə qoyulubsa, o cür də gedir, heç dəyişməyib. Ona görə də bu siyasi qüvvə 23 ildən çoxdur, mövcud iqtidarı bələdiyyə seçkilərində belə uda, məğlub edə bilmir. Mənəm-mənəmlik, liderlik xəstəliyi, özünü təcrid düşərgənin sonunu gətirib. Müxalifətə liderlik edən şəxslərin gərəksiz iddiaları, bir-birinə düşmən münasibəti düşərgənin hakimiyyətə qarşı təşkilatlanmasına imkan vermir.
Hökumətin son 10 ildə bu günkü qədər zəif olduğu dövrü kim xatırlayır? Devalvasiyalar və bahalaşma onun ictimai rəydəki mövqelərini zəiflədib. Hətta hakim partiyanın deputatları, jurnalistləri belə son qiymət artımından açıq şəkildə narazılıq edirlər. Hələ danışmayan, fəqət durumdan, proseslərin gedişatından narazı olan xeyli yüksək rütbəli məmur var. Onların bizneslərinə çox ciddi zərbə dəyib son bahalaşmadan. Başqa səbəblər də var...
Normalda belə bir vaxtda siyasi müxalifət fəallaşmalı, etiraz aksiyaları keçirməli, tərəfdarlarının sayını çoxaltmalıdır. Ən azı, buna cəhdlər etməlidir.
“Rejimlə mübarizə aparırıq” deyib, zəhlə tökənlərin hətta facebookda narazı status yazdığını belə görmürük. 23 ildir ana müxalifət olmaq üstündə bir-birini qıran Müsavat və AXCP rəhbərliyini ətalət elə basıb ki, hətta qapalı məkanlarda belə tədbir keçirmirlər.
Bu, iflasın bir rəsmidir. Azərbaycan müxalifəti siyasi cəhətdən tam bankrot olub. Hakimiyyət dünyadakı qlobal böhrana ağ bayraq qaldırıb, onu Azərbaycana buraxmağa məcbur qaldığı, iqtisadiyyat tənəzzülə getdiyi bir zamanda, onun siyasi opponentləri də “oppalara” gediblər. Bu biabırçılığı hətta AXCP sədri Əli Kərimlinin, Milli Şura sədri Cəmil Həsənlinin sosial şəbəkədəki “fəallığı” da pərdələmək gücündə deyil.
Əli Kərimlidən söz düşmüşkən... İki-üç gün öncə onun facebookda bir statusunu oxudum. Azərbaycanın xilas düsturunu tapıb öz aləmində. Bir cocuq qarşokundan muncuq tapıbmış kimi sevincək olub müəllim... Xalqa müraciət edib. Deyib ki, hakimiyyətin yaratdığı böhranlı vəziyyətdən çıxmaq, ölkəni fəlakətdən qurtarmaq üçün siyasi fəallığı artırmaq və... AXCP-yə elliklə üzv olmaq lazımdı...
Gülüncdü. Hətta öz üzvlərini belə inventarlaşdırıb, ortaya siyasi fəaliyyət qoya bilməyən, ətrafındakı ən yaxın adamları da dağılan partiya sədri görün nəyə ümid bəsləyir..." Mən oturum evdə, xalq gəlsin mənə qoşulsun, təşkilatıma yazılsın..."
Sən özün, mənsub olduğun düşərgə aktiv deyilsə, passivlik yaşayırsa, fəlakətin rəsmən özüdürsə, xalq necə siyasi baxımdan fəallaşsın?! Kimə, hansı gücə arxayın olub, güvənib meydana çıxsın?!
AXCP-yə üzv olmaq istəyən vətəndaş hara getsin, Kərimlinin facebookda paylaşdığı elektron blankı doldurub hansı ünvana təqdim etsin? Virtual üzvlükmü? Vay bəə. Adamın hər şeyi virtualdı zatən.
Fikrimcə, bu müraciətdə məqsəd tamam başqadı əslində. İndiki böhranlı vəziyyətdə mühacirətə getmək istəyənlərin sayında artımın olması təbiidir. Azərbaycanlılar, xüsusilə də qeyri-siyasi təbəqənin xeyli nümayəndəsi xoşbəxtliyi, rahat həyatı Avropaya, qismən də ABŞ-a mühacirətə getməkdə görür. Belə bir şəraitdə qərargahı olmayan bir partiyadan bilet almaq xeyli çətindi təbii ki. Canlı, birbaşa əlaqə qurmaq xeyli zaman və enerji alır. Üstəlik, qərargahı olan Müsavat Partiyası bu məsələdə Əli Kərimliyə ciddi rəqibdi. Ona görə də Kərimli “dühası” buna da çarə tapıb. Elektron fəaliyyətə keçib, bazarda ciddi paya sahib olmaq istəyir. Beləliklə, AXCP sədri Əli Kərimli rəhbəri olduğu partiyanın üzvlük biletini mühacirət etmək istəyən vətəndaşımıza satıb, Azərbaycan xilas edəcək.
Bu qədər yəni...
Azər AYXAN \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
|