Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                 

"Bu konfliktin arxasında dayanan və indiyədək həll olunmasına imkan verməyən Rusiyadır" - deputat
Tarix: 28-01-2017, 10:43 | Çap et
"Bu konfliktin arxasında dayanan və indiyədək həll olunmasına imkan verməyən Rusiyadır"
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq Cəbhəsi” qəzetinə müsahibəsininin bəzi məqamlarını təqdim edir:

- Qüdrət bəy, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Lider TV-nin sabiq əməkdaşı Anar Həsənovun sualına verdiyi cavab Azərbaycanda ciddi rezonansa səbəb oldu və artıq xeyli müddətdir ki, müzakirə olunur. Həm jurnalistin sualına, həm də Lavrovun cavabına müxtəlif rakurslardan yanaşanlar var. Maraqlıdır, siz bu sual-cavaba hansı rakursdan yanaşırsınız?

- Zənnimcə, sual-cavabdan daha çox məsələnin mahiyyətinə diqqət yetirmək lazımdır. Doğrusu, Lavrovun cavabının bu qədər resonans doğurduğuna təəccübləndim. Bəzi insanlar elə bir yanaşma ortaya qoydular ki, sanki Lavrovun belə bir cavab verəcəyini gözləmirdilər. Əslində Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ortalıqdadır və hamı bilir ki, münaqişənin həll olunmamasının yeganə səbəbkarı Rusiyadır. Bu səbəbdən də biz partiya olaraq hər zaman bəyan etmişik ki, Azərbaycan əgər münaqişəni sülh yolu ilə həll etmək istəyirsə, danışıqları Rusiya ilə aparmalıdır. Lavrov da "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil” deməklə əslində dolayısıyla onu nəzərə çatdırmaq istəyib ki, bizimlə danışmalı və razılığa gəlməlisiniz. Sualın uğurlu, yaxud uğursuz olması barədə söylənilən fikirlərə gəldikdə isə, düşünürəm ki, məsələn, jurnalist Lavrova sualı bu cür də verə bilərdi: Rusiya öz suverenliyini qorumaq üçün Çeçenistanda antiterror əməliyyatı həyata keçirdi. Anoloji addımı Azərbaycan da atarsa, buna Rusiyanın və beynəlxalq birliyin münasibəti necə ola bilər? Misal üçün deyirəm. Sualı çoxsaylı və daha uğurlu variantlarda səsləndirmək olardı. Bununla yanaşı hesab edirəm ki, sualın qoyuluşunda bir problem axtarmaq lazım deyil. Bu hadisə mənə məşhur bir lətifəni xatırlatdı: Mollanın danasını oğurlayırlar. Bütün qonşular mollaya irad bildirirlər. Deyirlər ki, tövlənin qapısını möhkəm bağlasaydın, ayıq yatsaydın, işıqları yanılı qoysaydın, həyətdə it saxlasaydın... dananı oğurlaya bilməzdilər. Kəsəsi, hərənin ağzından bir avaz gəlir. Molla da sonunda dözə bilməyib deyir: “İndi nə deyirsiniz? Belə çıxır ki, dana oğrusunun heç günahı yoxdu?” İndi Lavrov qalıb bir kənarda, hamı düşüb jurnalistin üstünə... Əlbəttə ki, sual uğurlu da ola bilər, olmaya da... Əsas məsələ Lavrovun konkret fakta olan münasibətidir. Bunu da biz hamımız bilirik. İndi bəzilərimiz özlərini elə aparırlar ki, guya Rusiya vasitəçidir. Amma reallıqda bu konfliktin arxasında dayanan və indiyədək həll olunmasına imkan verməyən Rusiyadır.

“Bu siyasət Rusiyanın öz başında çatlayacaq”

- Səbəb nədir? Nə üçün Rusiya münaqişənin həll olunmasına imkan vermək istəmir?

- Düşünürəm ki, Rusiya münaqişənin həllinə imkan verməməklə hər iki ölkəni öz təsiri altında saxlamağa çalışır. Amma bu da çox yanlış siyasətdir. Bu yanaşma köhnə təfəkkürdən ayrıla bilməməkdən qaynaqlanır. Müasir, modern dünyanın nizamı tələb edir ki, ayrı-ayrı xalqlarla yaxın olmaq, onlardan dost münasibəti görmək üçün həmin xalqların sevgisini, etimadını qazanmaq, onlarla dost kimi davranmaq lazımdır. Amma Rusiya bu yolu seçməyib. Rusiya yalnız qorxutmaqla xalqları özünə tabe etdirmək yolu ilə gedir. Bu da XIX əsrə, XX əsrin əvvəllərinə xas olan bir siyasətdir. Bu da ona görədir ki, Rusiya özü modernləşə, yeniləşə bilmir. Bu siyasət isə sonunda Rusiyanın özü üçün ağır nəticələr doğuracaq. Rusiyanın etnik separatizmi dəstəkləməsi 20-dən artıq milli respublikanın, muxtar bölgənin yerləşdiyi bir ölkə üçün heç də xoşagələn bir siyasət deyil. Və Rusiyada yaşayan xalqlar da bunu görürlər. Ola bilsin ki, bu gün qorxurlar və bu səbəbdən səslərini çıxara bilmirlər. Lakin bir az tez, bir az gec - bu siyasət Rusiyanın öz başında çatlayacaq.

“Rusiyanın nə istədiyindən məlumatsızam”

- Lavrovla bağlı suala cavabınızda qeyd etdiniz ki, Rusiyanın xarici işlər naziri dolayısıyla onlarla danışmağın və razılığa gəlməyin vacibliyini bildirib. Nə istəyir Rusiya? Heç olmasa Rusiyanın istəklərinin konturları bəllidirmi?

- Sözün doğrusu, bəlli deyil. Mən dəfələrlə demişəm ki, bir millət vəkili olaraq, Rusiyanın nə istədiyindən məlumatsızam. Əgər mən millət vəkili kimi məlumatsızamsa, o zaman belə anlaşılır ki, vətəndaşlarımız tamamilə məlumatsızdırlar. Ayrı-ayrı ekspertlər, jurnalistlər bu barədə müxtəlif fərziyyələr irəli sürürlər. Amma Rusiya öz istəklərini heç vaxt açıq şəkildə dilə gətirməyib. Azərbaycanda rəsmi qaydada Rusiyanın nə istədiyini bəyan etməyib. Bu halda təbii ki, Rusiyanın nə istədiyin bilməyimiz də mümkün deyil. Amma qeyri-rəsmi sızan informasiyalarda belə söhbət gedirdi ki, Rusiya sərhədlərin birgə qorunması da daxil olmaqla Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında, Avrasiya İttifaqında görmək istəyir. Biz də söylədik ki, sərhədlərin birgə müdafiəsi istisna olmaqla – bu artıq suverenliyin itirilməsidir – digər məsələlərdə Rusiya ilə yaxından əməkdaşlıq edə bilərik. Hətta bizim xarici işlər naziri səviyyəsində bu, dilə gətirilib, amma qarşılığında Rusiya tərəfindən hələlik bir açıqlama yoxdur. Ona görə də mən hər zaman deyirəm, hökumətin borcudur ki, Rusiyanın bizdən nə istədiyi barədə Azərbaycan ictimaiyyətinə məlumat versin. Fakitiki olaraq, hökumət özünü elə aparır ki, guya Rusiya vasitəçidir. Bir çox hallarda Dağlıq Qarabağ probleminin həllində göstərdiyi səylərə görə Rusiyadan razılıq ifadə olunur. Ona görə də cəmiyyət baş verənlərin mahiyyətini bütün gerçəkliyi ilə başa düşə bilmir. Hesab edirəm ki, biz ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq.

“Azərbaycana ciddi hərbi müttəfiqlər lazımdı”

- 2017-ci ilin ilk günlərində yaşanan bu hadisələrdən sonra bu il ərzində problemin həlli ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Heç bir gözləntim yoxdur. Aprel hadisələrindən sonra müəyyən gözləntilər var idi, amma indi onlar tamamilə puça çıxıb. 2 apreldən sonra Rusiya yenə destruktiv mövqe sərgiləməyə başladı. Ermənistana təzyiq etmək əvəzinə bu ölkəyə “İsgəndər” və digər müasir raket kompleksləri verdi. Dolayısıyla Ermənistanı geri çəkilməmək üçün ruhlandırdı. Daha sonra isə Bordyujanın və Lavrovun məlum açıqlamaları və s. Bütün bunlar bir daha sübuta yetirdi ki, Rusiya bu münaqişədə tərəfdir. İndiki halda həll variantlarından biri budur ki, biz hər şeyi göz önünə alıb, yəni Ermənistana “özüm yansam da, səni də yandıracağam” deyib, böyük müharibəyə başlamalıyıq. Bunun üçün Azərbaycana ciddi hərbi müttəfiqlər lazımdı. Hələlik belə müttəfiqlərimiz yoxdur. Bildiyiniz kimi, Azərbaqcan Qoşulmayanlar Hərəkatının üzvüdür. İndiki reallıqlar çərçicəsində Azərbaycanın ata biləcəyi yeganə addım Ermənistanın atəşkəsi pozmasından istifadə edib işğalçı orduya çoxsaylı canlı qüvvə itkisinə səbəb olan dəqiq zərbələr endirməkdir. Bu, hər atəşkəs rejimi pozulduqda, mütəmadi olaraq baş verməlidir. İşğalçı əsgərlər Azərbaycan torpaqlarında öldürülməlidir. Belə olduğu təqdirdə Ermənistan cəmiyyətində gərginlik xeyli arta bilər. Bildiyiniz kimi, müstəqillik əldə etdikdən sonra Ermənistanın əhalisi 30 fazidən çox azalıb. Yəni ölkə əhalisinin 1/3-i bir daha geri qayıtmamaq şərti ilə Ermənistanı tərk edib. Bu BMT-nin açıqladığı rəsmi statistik göstəricilərdir. Bu illər ərzində hər il Ermənistanı 60 mindən 90 minədək insan həmişəlik tərk edib. Bunun ən böyük, bəlkə də 90 faiz səbəbi Qarabağdakı müharibə və savaşın yenidən başlamaq təhlükəsizdir. 10 faizi isə sosial ədalətsizlik, qanunun aliliyinin təmin olunmaması, hüquqların tapdanması və s. problemlərlə bağlıdır. Ermənilərin 10 faizi bu səbəblərdən ölkəni tərk edirsə, 90 faizi uşaqlarının müharibədə ölməməsi üçün çıxıb gedir. Ona görə də Azərbaycan çalışmalıdır ki, hər gün heç olmasa bir neçə erməni əsgəri öldürülsün. Genişmiqyaslı hərbi əməliyyatlara başlamasaq da belə, qeyd etdiyim məsələ ilə bağlı Silahlı Qüvvələrimizin qarşısında vəzifə qoyulmalıdır. Şübhəsiz ki, bununla yanaşı ordumuz daha da gücləndirilməlidir. Eyni zamanda çalışmalıyıq ki, Azərbaycan daha da sivil və cazibədar bir ölkəyə çevrilsin. Çox yaxşı haldır ki, son zamanlar ermənilər ölkəmizə gələrək Dağlıq Qarabağın Azərbayacana məxsus olduğu barədə bəyanatlar verirlər. Xocalı soyqırımı abidəsi önündə baş əyirlər. Biz Azərbaycanı gözəl bir dövlətə çevirməliyik. Buna nail ola bilsək, hesab edirəm ki, bu, münaqişənin həllinə mütləq öz ciddi töhfəsini verəcək.

“Bu, Ermənistana ünvanlanan yeni bir mesajdır”

- Qüdrət bəy, Azərbaycan prezidentinin Zəngilan rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı fərmanına münasibət bildirməyinizi istəyərdim.

- Prezident bir məqamı çox gözəl tutub... Yəni, bu məcburi köçkünlərin sosial problemlərinin həlli ilə yanaşı, siyasi-psixoloji yükü böyük olan bir məsələdir. Hesab edirəm ki, bu, həm Ermənistana, həm vasitəçi ölkələrə, həm də dünya birliyinə ünvanlanan yeni bir mesajdır: Azərbaycan bundan sonra yalnız öz torpaqlarını azad edəcək. Bu çox mühüm bir addımdır. Düşünürəm ki, Cocuq Mərcanlı kəndinin sakinləri də çox böyük həvəslə öz torpaqlarına qayıtmalıdırlar. Doğrudur, bunadək ərazi yaşayış üçün əlverişli vəziyyətə gətirilməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru