"44 yaşımda özümə ölüm arzuladım"
Tarix: 30-01-2017, 09:01 | Çap et
Modern.az saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətəni danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...
Layihəmizin növbəti qonağı “Vəhdət” partiyasının sədri, deputat Tahir Kərimlidir. O, məşhur qaçaq Zahidin sonbeşik övladı olan atası Zahid ağa Kərimlidən danışacaq. Sizi Tahir Kərimli və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:
“Atamın kitabxanası”
-Atam Zahid ağa Azərbaycan Milli Ensiklopediyasına adı düşən məşhur qaçaq Zahidin doğmaca oğludur. Atamı erkən, 12 yaşımda itirmişəm. Amma ondan bir çox nümunəvi xarakter, xüsusiyyətləri öyrəndim və onlar indiyə qədər də məni müşayiət edir. Atam çox iradəli, güclü insan idi. Elə fiziki baxımdan da güclü olub. Hətta uşaq olarkən, məşhur pəhləvanlardan biri, səhv etmirəmsə, İbrahim pəhləvan onu Şamaxıdan Bakıya gətirib. Haradasa, 14 yaşına qədər Bakıda sirkdə çalışıb. Amma sonradan oradan uzaqlaşıb. O, böyük xarakter sahibi, intellekt yiyəsi idi. Rəhmətə gedəndə 12 yaşım var idi, evim də böyük oğlu idim. Atamın kitabxanası, həm də çox böyük kitabxanası bir növ, mənə əmanət qaldı. Görürdüm ki, aqronom olmaqla yanaşı, az qala, bütün sahələrə aid kitabları oxuyub. Məni də o kitabxana yetişdirdi...
“Atam yenicə rəhmətə getmişdi...”
-Atam yenicə rəhmətə getmişdi. Bu bizim güzəranımıza da təsirsiz ötüşmədi. Vəziyyətimizi nisbətən yaxşılaşdırmaq üçün bir inək aldıq. Ona da ot lazım idi. Bir yoldaşımla otun yaxşı olduğu əraziyə gedib, yığmaq istədik. Çəpərdən içəriyə adlamışdıq ki, bir də gördük nəhəng bir adam gəlib bizi yaxaladı. Yəqin, o əraziyə nəzarət edən adam idi. Atamızı, kimlərdən olduğumuzu xəbər aldı. Babamın adını verdim, dedim, Məşədi Məhəmmədin nəvəsiyəm. Yoldaşım da dedi ki, Seyidin oğludu. Onu buraxıb məni saxladı. İndi yoldaşım kəndə tərəf gedib xəbər aparmaq istəyir ki, Tahiri saxladılar, cəzalandıracaqlar. Özüm də elə düşünürdüm. Amma o nəhəng adamın yanında çəpəri adlayıb, oradan uzaqlaşmaq mümkün deyildi ki... Bir də gördüm, həmin adam özü bir xeyli ot yığdı, dinib-danışmadan özü ot bağlamasını kürəyinə atıb, düz bizim evə gətirdi. Dedi, “bala, o vaxt biz MTS-də traktorçu işləyirdik. Sənin atan istənilən kolxoz sədrinə deyirdi ki, mənim traktorçum gəlib, ən bərk torpağı şumlayacaq, amma sən onun pulunu kəsmə. Yüzə yaxın tarktorçu idik, atan hamıya bu cür yardım edirdi. Amma o, rəhmətə gedəndən sonra çətin vəziyyətə düşdük. Onun bir sözüylə alacağımız əmək haqqınıın heç yarısını da ala bilmədik”. O zaman 13-14 yaşım olardı. Bu hadisə heç vaxt mənim yadımdan çıxmır. Atam o məqamda da bizə yardımçı olmuşdu. Onunla bağlı olan xatirə bizim əlimizdən tutmuşdu.
“Himayəçi ruhlar”
-Atamdan qorxmazlıq, ana babamdan zəhmətsevərlik öyrəndim. Onların hər ikisinin, xüsusən, atamın ölmüş adı belə, bizim himayəçimiz oldu. Yadıma gəlir, ailə qurduğum xanım üçün elçiliyə gedəndə də bu ad mənim əlimdən tutdu. Qohum olduğum ailə hörmətli, adlı-sanlı ailə idi, qayınatam kolxoz sədri vəzifəsində çalışırdı. Amma atamın ölmüş adı onun üçün çox dirilərdən üstün gəldi. Bu ad hər zaman bizimlə oldu. Bu ad onun xeyirxahlıq etdiyi hər bir insanın qəlbində yaşadı. Xatırlayıram, biz - onun övladları, xalam uşaqları, qohum-qonşu ilə evə gələndə, birinci çıxarıb onlara xeyli pul verərdi. Sonra biz uşaqlarına az pul bağışlardı. Umud adlı qoca kişi var idi, kimsəsiz və əlacsız... Atam onu gətirib evində saxladı, harasa gedəndə çox əziyyət çəkməsin deyə, ona motosiklet aldı. Atamdan bizə bu alturizm keçdi - yəni, özünü başqaları naminə fəda etmək. Bu səbəbdən də, qardaşlarım evdən gizlin Qarabağa-döyüşlərə yollandılar. Özüm neçə dəfə ölümü gözə aldım... Atamın bizə qoyduğu əmanətlər idi, bunlar...
“44 yaşın xəcaləti”
-Atam çox erkən, 44 yaşda dünyasını dəyişdi. Mənimsə, bugün-sabah 61 yaşım olacaq. Ağsuda, Şamaxıda özümün və ailəmin evlərində, elə Bakıda yaşadığım mənzildə atamın fotoları var. Mən o şəkillərdə atamın gözlərinin içinə baxa bilmirəm. Xəcalətlənirəm. 44 yaşım tamam olanda özümə ölüm arzuladım ki, atamın yaşından artıq yaşayıram.
“Atamın qonaqları”
-Atam rayonun baş aqronomu idi. Onunla bağlı o qədər xatirələr var ki, yazdıqca qurtarmaz. Uşaq idim, bizə atamın Rusiyadan, Ukraynadan qonaqları gəlirdi. Çoxu əkin sahələrinə təyyarə ilə dən, gübrə səpən təyyarəçilər idilər. Bizdə yeyərdilər, içərdilər, mahnı oxuyardılar. Daha sonra atam onları üstüaçıq “QAZ-51” maşınında ata yurdu Şamaxıya aparardı. Mən də aralarında olardım. Şamaxı yolunda malakanlar yaşayırdı. Malakan qızları rus qonaqlara gül-çiçək atardılar, eyni dildə danışardılar... Maraqlı günlər, maraqlı xatirələr idi... Atamın dostlarından biri Bakıda gəmiçilik zavodunda yüksək vəzifədə çalışan Lukov soyadlı şəxs idi. Atam rəhmətə gedəndən sonra Lukov bizim kəndə gəlmişdi. Vəfatından xəbəri yox idi, odur ki, insanlardan atamı soruşdu. Mən qabağa çıxıb rusca dedim ki, atam ölüb. Heç vaxt yadımdan çıxmaz, o, öz başını dəfələrlə taxta darvazaya çırpdı. Çox pis olmuşdu... Təəssüflənirdi ki, elə gözəl insan niyə erkən öldü?!
“Atamın adamları”
-Tək o deyildi ki... Atamın adının, xatirəsinin birləşdirdiyi insanlar- atamın dost-tanışı çox idi. Bütün kənddə, bütün rayonda bu insanların sayı bilinməzdi. Atam rəhmətə gedəndə başsağlığına gələn insan seli bitib-tükənmək bilmirdi. Mən evimizin pilləkənində oturub, maddım-maddım bu insan selinə baxırdım. Nə baş verdiyini bəlkə də, tam dərk etmirdim. Nurəddin adlı bir kişi var idi. Uzaqdan ancaq mənə baxıb ağlayırdı. Axırda ürəyi dözmədi, dedi, uşaqları buradan, camaatın içindən aparın... “Atamın insanları” məni toyumda da tək buraxmadı. Bunu deməyim bəlkə də, yaxşı deyil, amma daha qocalmışam, oxucular məni anlayar. Toyuma 300 adamı dəvət etmişdik, amma 800-dən çox adam gəldi. Hamısı da atama hörmət saxlayan adamlar... Dedilər, ilk övladının toyudur, gedək, iştirak edək... Əslində, o 800 adam yenə də, atamın işığına yığışmışdılar...
“Atamdan sonra...”
-Atam öləndən sonra anam, babam əllərindən gələni edirdilər, çox əziyyət çəkirdilər. Bizə deyirdilər ki, ancaq oxuyun! Düzdür, biz də bir işin qulpundan yapışmışdıq. Ev, həyət-baca işlərini görürdük, heyvan almışdıq, onları saxlamağa kömək edirdim. Evin üçüncü uşağı, böyük oğlu idim. Qardaşlarıma nümunə olmalı idim. Dərslərimdən “dörd” alımırdım ki, qardaşlarım görər, dərslərdən soyuyar. Siqaret çəkmirdim ki, görərlər, çəkərlər. Onlara pis nümunə olmaq istəmirdim, heç zaman. Anam da həmişə bizə deyirdi ki, siz ancaq oxuyun. Həyat ağır keçirdi. Atamdan sonra biz çox çətinliklər yaşadıq. Təsəvvür edin ki, atam öləndən sonra mən hər dəfə onu yuxuda görürdüm. Həmişə də ağ paltarda. Elə bilirdim ki, indi dirilib gələcək. Böyük həyətimizin meyvəsini - tutunu, alçasını bazarda satırdıq, dolanırdıq. Ana babam, Allah ona rəhmət eləsin, bizə çox yardım etdi. Mən o kişidən zəhmətsevərliyi öyrəndim. Yeznəmin atası atamın adına-şanına hörmət əlaməti olaraq, hər il bizə taxıl yollardı. Kolxoz sədri anbarın qapısını açanda ilk bizə taxıl satardı, sonra camaata. Atam adını bizim maddi yaşantılarımız üçün xeyriyyəçi kimi qoyub getmişdi.
“Bir də nişanlı vaxtı...”
-Nişanlı vaxtı çox ciddi maddi sıxıntılarım oldu. Heç bilmirdim ki, nə edim. Özümü də sındırmaq istəmirdim. Fikrət adlı yaxın dostum var, bu gün də onunla çox simsarıq. Allah canını sağ etsin. Bişinti sexi var idi, bir gün məni ora dəvət etdi. Elə bildim, məni də dəvət edib ki, bişmişlərdən bir az bizim evə yollatsın. Sən demə, məqsədi başqa imiş. Bir də gördüm, illərlə yığdığı pulların hamısını mənə uzatdı. Halbuki, o pulların cüzi hissəsi mənə bəs edirdi. Amma and–aman etdi, mən götürdüm. Məndən cəmi 2 yaş böyükdü Fikrət. Özü yalnız texnikum bitirib. Amma mən bu gün də onu özümə böyük qardaş sayıram.
“Atama müraciət”
Bunu demək mənə ağırdı. Amma deyim, o vaxt bizim ev kənddəki evlərdən böyük idi. Bu mənim ağırıma gedirdi. Deyirdim ki, necə olur, bütün evlərdən bu ev böyükdü? Hansı səbəbdən belə olub?! Oxuduğum kitablar məndə haqqa, hallalığa qarşı ifrat sevgi formalaşdırmışdı. İndi təbii ki, çox evlər bizim evdən böyükdü, o vaxt üçün deyirəm. Amma sonradan öz-özümə dedim ki, ata, məni bağışla ki, o vaxt belə düşünmüşəm. Nə yaxşı ki, sən bu evi tikib, bizim üçün qoydun. Biz üç qardaş ora üç gəlin gətirdik. Ailəmiz bütövləşdi, qazancmız anamızda oldu. Yoxsa, biz üç qardaş öz maaşımızla çətin ki, nəsə edə biləydik, ev olaydıq. Ata, sən sağ ol ki, bizi gələcəkdə üzləşə biləcəyimiz xəcalətdən qurtardın. Ruhun şad olsun!”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - BUNA GÖRƏ...
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
|