Qərbdən gələn təzyiqlərin pərdəarxası - demokratiya oyunu, yoxsa...
Tarix: 5-10-2017, 10:45 | Çap et
Son vaxtlar Qərbdən ölkəmizə qarşı təzyiqlər güclənib. Bu basqılar durmadan artır. Maraqlıdır ki, bu cür davranış Azərbaycanın Avropa ilə əlaqələrini daha da yaxşılaşdırmaq üçün yürütdüyü siyasət dövrünə təsadüf edir. Sanki Qərbdə rəsmi Bakının Avropa ilə əlaqələrinin yaxşı olmasını istəməyən qüvvələr var.
Bu istiqamətdə gedən müzakirələr də getdikcə çoxalır. Təzyiqlərin səbəbləri və arxasında duran niyyətlərlə bağlı ümumi bir fikir yoxdur. Amerika başda olmaqla, Qərb dairələrinin doğrudan da ölkəmizdə demokratiya və insan haqlarının bərqərar olması istəyinə inananlar da var, Qərbin belə vasitələrdən yararlanıb Azərbaycana qarşı təzyiq mexanizmlərini işə saldığını düşünənlər də. Bu cür təzyiqlərin arxasında duranlarla bağlı da ən müxtəlif mövqelər var.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "EurActiv" fondunun saytına verdiyi sensasion müsahibəsində bu məsələyə də toxunub. Səfir bildirib ki, Bakıya bu hücumları Avropa yox, başqa oyunçular təşkil edir: “Biz Avropaya yaxın olduqca, daha çox tənqid eşidirik. Bir çox hallarda bu tənqidlər sünidir. Və biz bilirik ki, bu tənqidlərin arxasında kimlər dayanır. Biz Avropaya yaxın olmaqda maraqlıyıq, ancaq bəzi qüvvələr bu inkişafın, bu hərəkətin qabağını almaq istəyir. Azərbaycan bu il Avropa Birliyi ilə 3 ayda 5 danışıq prosesinə təkan verib.
Bu tənqidlər, dediyim kimi, bir çox hallarda sünidir və məqsədi Azərbaycanın Avropa Birliyi ilə münasibətlərini korlamaqdır, siyasi qərarları ən azı təxirə salmaqdır".
Səfir hesab edir ki, bu təzyiqləri Azərbaycanın Avropaya yaxın olmasını, Azərbaycanın Avropanın bir hissəsi olmasını istəməyənlər edir.
F.İsgəndərov daha sonra deyir: “Biz Avropa Birliyinə yaxın olduqca həmin tənqidlər kəskinləşir. Bu hücumlar Avropa Birliyi qurumlarından gəlmir, başqa oyunçulardan gəlir. Bu qüvvələrin məqsədi Azərbaycanın, necə deyərlər, Avropa dəyərlərinə uyğun gəlməyən müsəlman-barbar imicini yaratmaqdır. Belə ölkə ilə danışmaq belə lazım deyil. İkinci məqsəd odur ki, biz Ermənistanla beynəlxalq qanun çərçivəsində danışırıq. Beynəlxalq qanunlar ölkənin ərazi bütövlüyünü, suverenliyini nəzərdə tutur. Bunu necə dəyişmək olar? Ona görə də qarşı tərəfi korrupsioner, davranışı bilinməyən, barbar kimi təqdim eləməyə çalışırlar”.
Politoloq, deputat Elman Nəsirov bildirdi ki, Qərbin müəyyən dairələri tərəfindən Azərbaycana qarşı dəfələrlə belə təzyiqlər olub: “Bu cür təzyiqlərin hədəfinə çevrilmişik. Xüsusilə çox mühüm tədbirlərə ev sahibliyi edərkən belə təzyiqlərin artdığının şahidi oluruq. Bir qədər də açığını desək, Azərbaycan mühüm uğurlara imza atarkən bu təzyiqlərin əmsalı daha da yüksəlməyə başlayır. Bu gün ölkəmizə qarşı hətta Avropa Şurasının rəhbərliyi səviyyəsində təzyiqlər artmağa başlayıbsa, məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, onlar Azərbaycanın yeni-yeni nailiyyətlərinin şahidi olublar. Görürlər ki, çox da böyük olmayan bir müsəlman ölkəsi dünya siyasətində çox böyük çəkiyə malikdir. Onlar bunu çox qısqanclıqla qarşılayırlar. Onu da görürlər ki, Dünya İqtisadi Forumu 2017-18-ci illərin qlobal iqtisadiyyatın rəqabət qabiliyyətini müəyyən edərkən Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb. İki pillə də mövqeyimiz güclənib. Bu faktın özü onların yuxusuna haram qatıb. Həm də onun şahidi olurlar ki, Azərbaycan dünyanın böyük 20-liyinə daxil olan ölkələri hətta üstələyib. Məsələn, dünyanın əhali baxımından ən böyük müsəlman ölkəsi İndoneziyadır. Azərbaycan 35-ci, İndoneziya 36-cı yerdir. Şimal qonşumuz olan nəhəng Rusiya 38-ci sıradadır. Hindistan kimi böyük dövlət 40-cı yerdə qərarlaşıb. 20-likdə böyük mövqelərə sahib olan İtaliya 43-cü yerdədir. Türkiyə kimi böyük dövlət də 53-cü yeri tutur. Bunların hamısını onlar analiz edirlər. Yaxşı başa düşürlər ki, bu gün Azərbaycan bu uğurlara imza atırsa, sabah yeni uğurları qazanacaq. Düşünürlər ki, müxtəlif yollarla bu inkişafın qarşısını alsınlar. Bu halda onlar ”Axilles dabanı" axtarır, Uydurma ittihamlar səsləndirir, müxtəlif ölkələrdə siyasi rejimləri devirmək üçün tətbiq etdiklərini işə salmağa çalışırlar. Nəticədə insan hüquqlarının olmaması, siyasi məhbusların olduğu kimi ittihamlar səsləndirirlər. Dəfələrlə şahidi oluruq ki, böyük dövlətlər öz geosiyasi maraqlarını həyata keçirmək üçün insan hüquqlarından bir alət kimi istifadə ediblər. İraq, Suriya, Liviya, Misir kimi dövlətlərdə bunu görmüşük. O yerlərdəki “Ərəb baharı”nı həyata keçiriblər, məlum olur ki, o yerlərdə əsas həyata keçirdikləri üsul bunlar olub. Bir çox hallarda da guya onlar demokratiya yaradırlar. Biz də indi eyni vəziyyətlə üz-üzə qalmışıq".
Deputat təzyiqlərin səbəblərinə də toxundu: “Birinci səbəb onunla bağlıdır ki, ölkə prezidenti cənab İlham Əliyev müstəqil daxili və xarici siyasət həyata keçirir, beynəlxalq təşkilatların, dövlətlərin diktəsi altında hərəkət etmir, öz millətinin, dövlətinin mənafeyinə uyğun siyasət aparır. Nəticədə bizdə səfərbər olunmuş, iqtidarla xalqın hakimiyyət birliyi formalaşır. Qərb də bunu həzm edə bilmir. Buna görə də bizi hədəf seçirlər. İkinci səbəb isə budur ki, Azərbaycan müsəlman ölkəsidir. Həmin islamafob qüvvələrin Avropada getdikcə əhatə dairələri genişlənməkdədir. Hətta bir sıra yerlərdə hakimiyyətə gəlməyə iddialıdırlar. Bu qüvvələr heç bir halda həzm edə bilmirlər ki, Azərbaycan adlı bir müsəlman ölkəsi İslam adında dünyada formalaşdırmaq istədikləri terrorçu planını alt-üst edir. Azərbaycan İslamın bir sülh dini olduğunu bütün dünyaya bəyan edir. Multikulturalizmin ən mühüm mərkəzlərindən birinə çevrilmişik. Azərbaycanda müxtəlif dinlərə sitayiş edənlərin necə harmonik ailə kimi yaşadığını dünyaya nümayiş etdiririk. Bu reallıq onların yuxularını ərşə çəkir. Bunların hamısı bizə gün kimi aydın məsələlərdir. Bu gün bizi həm də ona görə hədəf seçirlər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində diplomatik və hərbi üstünlük əldə edib. Bu isə ermənipərəst qüvvələrin çox ciddi narahatlığına səbəb olub. Ölkəmizə qarşı yalan iftiralarla dolu böhtanlar irəli sürməklə çalışırlar ki, beynəlxalq aləmdə tutduğumuz güclü mövqeyi zəiflətsinlər, Azərbaycana beynəlxalq aləmdə yanaşılan etibarlı tərəfdaş mövqeyimizə kölgə salsınlar. Bunu etmək üçün də çox fikirləşmirlər. Çünki müxtəlif ölkələrə qarşı etdikləri ənənəvi üsullar var, həmin ölkələri insan hüquqlarını pozmaqda ittiham etmək. Bu, onların ənənəvi silahıdır. Onların yalanlarına xalqımız inanmır. Niyyətlərinin ölkəmizdəki sabitliyi pozmaq olduğunu da hər kəs bilir. 90-cı illərdə həmin qüvvələrin hansı niyyətləri güdüklərini yaxşı görmüşük. Bu sabitliyi göz bəbəyi kimi qorumaq əsas vəzifələrimizdən biridir. Bu yolda xalqımız monolit birlik nümayiş etdirir”. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
|