“Mən müstəqilliyin tərəfdarı olmuşam” - Arif Rəhimzadə
Tarix: 20-10-2017, 08:53 | Çap et
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 26 il keçdi. Üstündən illər keçsə də, yenə həmin tarixi günlə bağlı yazılarda növbəti dəfə müstəqilliyə qarşı olanlardan bəhs edildi, ünvanlarına tənqidlər yağdırıldı. Biz “Yeni Müsavat” olaraq tənqidlərə tuş gələn qarşı tərəfə tribuna verdik, növbəti dəfə onların arqumentlərini dinləmək istədik. Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə ilə digər mövzulardan da danışdıq:
- Arif bəy, gec də olsa, Müstəqillik günü ilə bağlı sizi təbrik edirəm.
- Sağ olun, mən də sizi təbrik edirəm, cansağlığı arzulayıram.
- Təşəkkür edirəm. Arif bəy, deyəsən, sosial şəbəkələrdə yoxsunuz, eləmi?
- Varam. Ancaq sözün düzü, baxmağa vaxtım olmur.
- Öz adınızla varsınız?
- Bəli. Bu ildən facebookdayam. Ancaq çox aktiv deyiləm.
- Deməli, ordakı statuslardan, şərhlərdən xəbəriniz yoxdur. Qısaca deyim ki, müstəqilliklə əlaqədar təbriklərlə yanaşı, qınaqlar da oldu. O qınaqlara hədəf olan şəxslərdən biri də siz oldunuz. Müstəqilliyin əleyhinə səs verənlərdən biri kimi tənqid olunmağınızı necə qarşılayırsınız?
- Artıq 26 ildir müstəqilik, azı 25 dəfə buna cavab vermişəm və mənim artıq danışmağa sözüm yoxdur. Mən müstəqilliyə qarşı olmamışam, müstəqilliyin tərəfdarı olmuşam. İntəhası, mən demişəm ki, bu məsələ ümumxalq səsverməsi yolu ilə həll olunmalıdır. Burda nə pis şey demişəm ki?
- 1991-ci ilin 18 oktyabrında Ali Sovetdə Konstitusiya Aktına səs verdinizmi?
- Əlbəttə, səs verdim.
- Demək, 258 nəfərin sırasında siz də varsınız?
- Bəli.
- Amma adətən 1991-ci ilin 17 mart referendumunda SSRİ-nin saxlanmasının əleyhinə çıxan 43 deputatdan bəhs olunur. Həmin səsvermədə isə siz də daxil, böyük əksəriyyət SSRİ-nin saxlanmasına səs verib və buna görə qınaqlara tuş gəlirsiniz. Bu barədə nə deyə bilərsiniz?
- Açığını deyim, bütün o məsələlər mənim yadımda deyil. Ancaq mən heç vaxt müstəqilliyə zidd çıxış eləməmişəm. Bunu dəfələrlə demişəm və yenə deyirəm. Mən hesab edirdim ki, o məsələni bir-iki nəfər yox, xalq müəyyən etməlidir, referendum nəticəsində məsələ öz həllini tapmalıdır.
- Axı mart ayında referendum keçirilmişdi və rəsmən elan olundu ki, guya Azərbaycan seçicisinin 76%-i SSRİ-nin saxlanmasına “hə” deyib. Siz bu nəticəyə inanırdınız?
- Vallah, indi bunu demək çətindir. O vaxt SSRİ-nin saxlanmasının tərəfdarları az deyildi.
- Bəs demək olarmı ki, o vaxtkı kommunist hakimiyyəti xalqın səsini saxtalaşdırıbmış?
- Bunu deməkdən ötrü gərək bir fakt olsun. Mən desəm ki, saxtalaşdırılıb, ya yox, doğru olmaz. Gərək bu, yoxlanılsın.
- Hər halda, ortaya suallar çıxır: yazda keçirilən referendumda SSRİ-nin saxlanmasına “hə” deyildi, amma ilin son ayındakı referendumda mütləq əksəriyyət “yox” dedi.
- Çünki gördülər ki, mümkün deyil. Ondan sonra hamı başa düşdü ki, SSRİ-nin qalması mümkün deyil. SSRİ-nin tərkibindəki böyük respublikalar ayrıldılar, dedilər ki, biz imperiyanı istəmirik. Artıq hamı başa düşdü ki, SSRİ-nin saxlanması mümkün olan şey deyil. Həm də bir il əvvəl 20 Yanvar hadisələri olmuşdu. Ondan sonra tamamilə başqa fikir yaranmışdı. Xalqın əksəriyyəti fikirləşdi ki, müstəqillik lazımdır. Sovetlərin mövqeyi insanlara təsir eləmişdi.
- Arif bəy, özünüz də dediyiniz kimi, siz mart ayında SSRİ-nin saxlanması haqqında referendumun keçirilməsinə tərəfdar olduğunuz halda, oktyabr ayında müstəqilliyə səs verdiniz. Aradakı o müddətdə sizin rəyinizi dəyişən hansı amillər oldu?
- Əsas SSRİ-nin, onun rəhbəri Qorbaçovun Azərbaycana münasibəti, hərəkətləri məndə də çox mənfi reaksiya yaratdı. Mən həmişə hesab etmişəm ki, Azərbaycan müstəqil olmalıdır. Çünki Azərbaycana həmişə təzyiq olub, bizə ögey münasibət bəsləyiblər. Çar vaxtında da, sovet dövründə də həmişə qonşulara nisbətən, biz müsəlman olduğumuz üçün bizə həmişə təzyiqlər, ögey münasibət olub. Məsələn, Azərbaycan SSRİ-də 15 respublika arasında özünü təmin edən 4 donordan biri idi. Yəni Azərbaycan daxil, bu 4 respublika özünü təmin etməkdən əlavə, digər 11 respublikaya Azərbaycanın qazancından vəsait ayrılırdı. Beləliklə, qalan 11 respublika büdcədən bəhrələnirdi. Elə bizim bədnam qonşularımız, həmçinin Gürcüstanın özü də... Hələ o vaxt belə bir təsəvvür var idi ki, Azərbaycan müstəqil yaşaya bilər və bu respublikanın iqtisadiyyatı, resursları buna imkan verir.
- O zaman hesablama var idimi ki, Azərbaycan ildə nə qədər vəsaiti digər respublikalara, o cümlədən ermənilərə ayırır?
- O vəsaiti birbaşa ermənilərə ayırmırdı. O vəsait İttifaq Fonduna göndərilirdi. Daha sonra o Fondda bölgü həyata keçirilirdi, bəlli öldürdü ki, kimə nə qədər düşür.
- Dediyiniz kimi, əks-arqumentlərə dəfələrlə cavab verdiyiniz halda, yenə də tənqid olunursunuz. Tez-tez belə fikirlər səslənir ki, müstəqilliyin əleyhinə çıxanlar indi onun bəhrəsini görürlər. Bu yanaşmaya münasibətiniz necədir?
- Müstəqilliyin əleyhinə çıxış edənlər kim olub? Mən bilmirəm.
- Siyahı var, mətbuatda da, sosial şəbəkələrdə də yayılıb.
- O siyahıdakıların əksəriyyəti müstəqilliyin əleyhinə çıxış etməyiblər. Onlar düşünüblər ki, müstəqilliyi əldə etməkdən, müstəqilliyə keçməkdən ötrü xalqın fikrini öyrənmək lazımdır.
- 43 nəfər ki, o zaman SSRİ-nin saxlanması barədə ümumxalq səsverməsinin keçirilməsinə qarşı çıxdı, mərhum Heydər Əliyev də onlarla birlikdəydi. Maraqlıdır ki, siz hər zaman Heydər Əliyevi müdafiə etsəniz də, bu məsələdə fərqli mövqedən çıxış etdiniz. Fikir ayrılığınıza səbəb nə oldu?
- Mən həmişə Heydər Əliyevin siyasətinə rəğbətlə yanaşmışam, onun kursuna uyğun hərəkət etmişəm. İntəhası, mənim də öz fikrim olub. Hesab etmişəm ki, bu məsələdə məsləhətləşmək, xalqın səsinə istinad etmək lazımdır.
- Səsvermədən əvvəl siz Heydər Əliyevlə məsləhətləşmişdinizmi?
- Yox, məsləhətləşməmişdim.
- Bəs sonradan sizə bununla bağlı nə isə dedimi, sizə irad bildirdimi?
- Yox, heç nə demədi. O, demokratik bir insan idi. Heç vaxt mənə irad bildirməmişdi.
- 18 oktyabrda 360 deputatın 258-i səsvermədə iştirak etmişdi. Bəs digər 100-dən artıq deputatın həmin mühüm gün sessiyaya qatılmamasının səbəbi nə idi?
- İndi bunu deməyə çətinlik çəkirəm.
- Arif bəy, yuxarıda haqqında danışdığımız 43 deputatdan sağ qalanların sayı azdır. Vaxtaşırı onların statusu, pensiya təminatı və s. bağlı məsələ qaldırılır. Bir sıra ölkələrdə bunun nümunəsi var. Azərbaycanda da bu istiqamətdə addım atıla bilərmi ki, necə deyərlər, arada halallıq olsun?
- Bu məsələ bir neçə dəfə müzakirə olunub, müxtəlif fikirlər səslənib. Son nəticədə məsələ onlar istədiyi kimi öz həllini tapmayıb. Mən bu “Tarix Nadir”ə kökündən baxsam da, onu analiz eləsəm də, onlara heç nə edə bilmərəm. Çünki onların fikirlərini müdafiə etməyən əsaslı dəlillər də olub, məsələ öz həllini tapmayıb.
- Bu məsələyə yenidən qayıtmaq olarmı?
- Yəqin ki, olar. Amma bu dövrdə yox.
- 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq, prezident bununla bağlı sərəncam imzalayıb. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu nəzərə alsaq, həmin deputatların statusuna baxılması da çox yaxşı addım olar, elə deyilmi?
- Əlbəttə. İş burasındadır ki, bizim qanunvericilik konstitusiya qəbul olunandan sonra yaranıb və keçmişdə olanlar nəzərə alınmayıb.
- Arif bəy, Azərbaycana qarşı Qərbin təzyiqləri barədə də fikirlərinizi bilmək istərdim. Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrin keçirilməsində məqsəd-məram, sizcə, nədən ibarətdir? Adətən Rusiyadan gələn təzyiqlərdən danışılırdı, son zamanlar Qərbdən təzyiqlər artıb. Nə baş verir?
- Ona görə təzyiq edirlər ki, Azərbaycan tam müstəqil, heç kimə baxmadan özünün ədalətli siyasətini aparır. Azərbaycanı o tərəfə də, bu tərəfə də çəkmək istəyirlər, ancaq deyir ki, yox, mən öz yolumu seçmişəm, öz yolunla getməliyəm. Bax, əsas səbəb budur. Bundan ötrü erməni faktorunu da, başqa şeyləri də istifadə edirlər. Son nəticə də belədir ki, Azərbaycanın üstünə düşüblər, ona hədə-qorxu gəlirlər, təzyiqlər göstərirlər. Amma Azərbaycan buna baxmayaraq, çox real və düşünülmüş xarici və daxili siyasət yürüdür. Bu siyasət çərçivəsində də öz fəaliyyətini həyata keçirir.
- Bəzi ekspertlər hesab edir ki, Azərbaycan Qərbdən gələn təzyiqlərə cavab olaraq yenidən Rusiyaya üz tuta bilər. Bu, mümkündürmü?
- İş burasındadır ki, Rusiya bizim ən böyük qonşumuzdur, bizə böyük təsiri var. Rusiyada çoxlu azərbaycanlılar yaşayır. Rusiyanın da, İranın da, Amerikanın da maraqlarını nəzərə almalıyıq. Bizim siyasətimiz də bax, bundan ibarətdir. Məsələn, Azərbaycanın öz müstəqil siyasətinin bariz nümunəsi odur ki, Krımın müstəqilliyini, Rusiyanın tərkibinə daxil edilməsini qəbul etməyib. Belə misallar çoxdur. Ona görə də təzyiqlərə məruz qalır.
- Cenevrə danışıqlarından sonra Ermənistan prezidenti bütün beynəlxalq hüquqa zidd olaraq dünyaya meydan oxuduğu halda, işğalçı ölkəyə nə Qərb, nə Rusiya tərəfdən təzyiq olmadı. Bunun səbəbi nədir?
- Birinci növbədə istəyirlər ki, əvvəlcə Azərbaycanı sındırsınlar, ondan sonra Ermənistana qarşı başlasınlar. Söhbət bundan gedir. Ona görə yox ki, erməniləri sevirlər. Düzdür, xaricdə ermənilərin təsiri azərbaycanlılardan çoxdur. İndinin özündə Amerika Ermənistana da, Dağlıq Qarabağa da maliyyə yardımı göstərir. Digər qonşu, lap müsəlman ölkələr də həmçinin. Belə hal var. Mən sizə deməliyəm ki, düzgünlük, ədalət, normal münasibət nə qədər götür-qoy etsən, hamısından çox yəqin ki, elə Azərbaycandadır.
- Arif bəy, təzyiqlər gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ola bilərmi? Mümkündürmü ki, Qərb də, Rusiya də hakimiyyət başına öz namizədini gətirmək üçün hərəkətə keçib?
- Məndə belə təsəvvür yaranıb ki, Rusiya Azərbaycana çox da elə təsir göstərmir. Rusiyanın iqtisadi, digər maraqları var, ancaq Azərbaycanın siyasəti müəyyən qədər Rusiyanı da təmin edir. Rusiya tərəfdən bizə çox təhlükə görmürəm.
- Amma Ermənistanı silahlandırır. Elə bu yaxınlarda işğalçıya silah almaq üçün 200 milyonluq kreditin verilməsi təsdiqləndi. Bu, təhlükə deyilmi?
- Ermənistanı silahlandırır, çünki onun tərəfdaşıdır.
- Yəni dolayısı ilə təzyiqdir.
- Bəli. Rusiya iqtisadi maraqlarını güdür də. Ermənistana verir, bunun qarşılığında biz də almağa məcburuq.
- Azərbaycan bu təzyiqlərin qarşılığında Avrasiya Birliyinə qoşula bilərmi? Hazırkı situasiya nə deyir?
- Yəqin ki, indiki şəraitdə yox. Burada bir düzəliş olmasa, bu, çox çətin məsələdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
• Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40 |
|
|
|
• Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31 |
|
|
|
• USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
• Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24 |
|
|
|
• Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15 |
|
|
|
• `Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11 |
|
|
|
• “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55 |
|
|
|
• Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47 |
|
|
|
• "Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46 |
|
|
|
• Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44 |
|
|
|
• Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41 |
|
|
|
• Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35 |
|
|
|
• ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24 |
|
|
|
• Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16 |
|
|
|
• Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14 |
|
|
|
• "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14 |
|
|
|
• Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07 |
|
|
|
• USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05 |
|
|
|
• Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03 |
|
|
|
• Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35 |
|
|
|
• Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33 |
|
|
|
• Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28 |
|
|
|
• Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25 |
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
|