Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                 

Aqil Abbasdan Azərbaycan futbolu ilə bağlı ilginc açıqlamalar - “Berti Foqts kimi bir avaranı milliyə gətirmişdilər”
Tarix: 6-11-2017, 09:02 | Çap et
Aqil Abbasdan Azərbaycan futbolu ilə bağlı ilginc açıqlamalar
Ötən həftə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin rəhbərliyinə təyin edildi. Deputat Aqil Abbas məşqçimizin milliyə gedəcəyi xəbərləri yayılan günlərdən bunun əleyhinə çıxsa da, təyinatın reallaşacağı halda Q.Qurbanovu “Qarabağ”ı buraxmamağa çağırdı. A.Abbasdan təyinatdan sonra nə düşündüyünü soruşduq.

- Aqil bəy, yenə də əvvəlki fikirləriniz üzərində qalırsınız?

- Belə nümunələr indiyə qədər çox olub. Peskov bir müddət həm “Spartak”ı, həm də SSRİ yığmasını idarə edib. Lobanovski də belə oldu, Kiyev “Dinamo”sunu və SSRİ millisini eyni zamanda çalışdırdı. O, həmin vaxt əsas oyunçuları “Dinamo” dan gətirdi. Peskov da olanda “Dinamo” Kiyevdən cəmi üç oyunçu gətirdi, sevmirdi bu klubu. Bu nümunəni boşuna çəkmədim. Qurbana çağırış etdim ki, milliyə gedəcəksənsə, “Qarabağ”ı özündə saxla. Milli ildə 10 dəfə mənasız oyun oynayır. Qurban Qurbanov “Qarabağ”da da olanda Peskovluq edəsi deyil ki... Millimizə uzun müddət vaxt lazımdır, özünü toparlamaq üçün. Şəxsən mən istərdim ki, millimizə Böyükağa Hacıyev rəhbərlik edəydi. O böyük məşqçidir. İstənilən halda inanıram ki, Qurbanov nəsə edəcək. Amma Azərbaycanı 2020-ci ilin Avropa çempionatına çıxaracağını desəm, birdən yalançı olaram. Amma “Qarabağ”dan getsəydi, bu komanda olmayacaqdı. Lap ora gətirib Qvardiolanı qoysalar belə xeyri olmayacaqdır. Çünki Qurbanov orada 10 ildir çalışır. Komandanı gözüyumulu tanıyır. Yəni komanda ilə yaşamaq, gülmək, ağlamaq Qurbandadır. Futbola baxırsınız, məşqçilər qışqırırlar, atılıb-düşürlər, hətta yerə yıxılırlar. Qurbanda bunlar yoxdur, bu gün “Qarabağ”ı yaxşı klub edən onun soyuqqanlılığıdır. Heç qol vurulanda da hoppanıb- düşmür.

- Qurban Qurbanovun millidəki fəaliyyətinə maneçilik yaradılacağı ilə bağlı narahatçılıqlar var...

- İnanıram ki, ona imkan versələr, AFFA işinə qarışmasa, Qurban Azərbaycanı dünya və Avropa çempionatına çıxara bilər. Əks halda uğur qazana bilməyəcək.

- Təcrübəli məşqçimiz planlarını da açıqlayıb. Buna münasibətiniz?

- Bütün millilər yaş kateqoriyasından asılı olmayaraq, ona verilməlidir. Millidə “mənəm buranın sahibi” hərəkəti olmalıdır. Nə edirəmsə, məsuliyyəti mənlikdir. Baş məşqçi də deməlidir ki, nəzəriniz məndədirsə, millilər məndə olmalıdır. Futbol akademiyaları da onda olmalıdır. Azərbaycanda “Qarabağ”, “Qəbələ”, “Keşlə”(əvvəlki adı “İnter”) futbol akademiyaları var. “Neftçi” də var, amma bunlar səviyyəsində deyil. Əgər sadaladıqlarımı ona versələr, uğurları mütləq olacaq.

- Millinin çıxışı daim bizi üzür. AFFA, sizcə, bunlardan dərs götürəcəkmi?

- İnanmıram ki, o AFFA dərs götürsün. Berti Foqts kimi bir avaranı milliyə gətirmişdilər. İndi də işsiz qalıb. Gah onu Braziliyaya, gah da Argentinaya çağırdıqlarını deyirdi. Nağıllar danışırdı. Millinin toplanış vaxtı 3-4 günlük gəlirdi. Bir dəfə “İnter” və “Bakı” oynayırdı. O vaxt limit yox idi, hər iki klubda 10 nəfər xarici oyunçu oynayırdı. Onun məndən, mənim də ondan zəhləm gedirdi. Ona dedim ki, sən bura nə gəlmisən, buradan milliyə oyunçu gedəsidir ki? Başqa klubların oyununa baxmasını bildirdim. Acıq edib, getdi. Millimizin son məşqçisinin adını bilirəm, amma demirəm. Onu “adı dilimə yatmayan” baş məşqçi kimi yazırdım. Sən “Yeni Müsavat”da işləyirsən, müqavilən var, şərtləri ilə. Buna uyğun da maaş alırsan. Əgər deyilən yazıları verməsən, ya işdən çıxarılarsan, ya da töhmət alarsan. Mən də redaktoram, işçilərlə müqaviləm var. AFFA da əvvəl Foqtsu, ardınca da sonuncunu gətirmişdi. Müqavilə imzalanmalı idi ki, Foqts beş il burada olacaqsan, mənə nə verəcəksən, mən də buna uyğun sənə maaş verəcəm. Eləcə də, sonuncunu nümunə gətirə bilərəm. Onu da “məni Xorvatiya, Serbiya milliləri, ”Trabzonspor", “Bursaspor” kimi klublar çağırır" kimi yalanlar bitirdi. İndi də ortaqlıqda qalıb. İndi yerli məşqçimizlə müqavilə bağlanıb, onunla da şərtlər ortaya qoyulmalıdır. Deyilməlidir ki, qarşıdan gələn Avropa çempionatına bizi çıxarmağını demirik, amma ondan sonrakı yarışlarda uğur qazanmalıyıq. Əgər bunlar olmasa, müqaviləni pozacağıq, ondan o yana maaşları da verməcəyik. Xarici məşqçilərlə də eyni cür müqavilə bağlanmalı idi. Foqtsla beş ilə müqavilə bağlanır, bir söz deyə bilmirlər, çünki müqaviləni düzgün imzalamayıblar. Rövnəq müəllim dostumdur, həmkarıq, xətrini çox istəyirəm, Elxan Məmmədov yaxşı oğlandır, PFL rəhbəri Ramin Musayev yaxın dostumdur. Amma bunlar şərt deyil, əgər Qurbanın işinə qarışsanız, o da millidən gedib “Qarabağ”da işini davam etdirəcək, milli də əvvəlkindən pis günə qalacaq. Lakin əksi olsa, Qurban o millini düzəldəcək. Çünki Azərbaycan klublarında yaxşı oyunçular var. Qurban milliyə 3-4 günlük deyil, ilboyu rəhbərlik edəcək.

- Millidə “daydayılıq” aradan qalxacaqmı?

- Evimizi yıxan bu amildir. Birinin savadı, təcrübəsi və digər keyfiyyətləri yoxdur, deyirlər ki, ə buna bir iş ver. Qurbanın da millisində “daydayılıq” etsələr, nəticə sıfır olacaq. AFFA-nı başa salmaq lazımdır. Həmkarım Fazil Mustafa həm gözəl futbol oynayır, həm də futbolu gözəl bilir. Qüdrət Həsənquliyev də belədir. Biz oturanda futboldan danışırıq. Ziyalımız Çingiz Abdullayev “Neftçi”nin Müşahidə Şurasına gedəndə dedim ki, nəyə getdin. Əgər sözün keçmirsə nə Müşahidə Şurası? Bu Şura anekdotdur. Bankın Müşahidə Şurası olar. Komandanın prezidenti olur, onun sözü keçir. Əgər Qurbana kənardan təzyiqlər olarsa, “daydayılıq” davam edəcəksə, o zaman bacım oğlanları kimi haradasa işləyib maaş alacaqlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru