“Mitinqə müharibənin başlanması üçün təzyiq vasitəsi kimi baxırıq”
Tarix: 26-06-2018, 08:37 | Çap et
Qarabağ Azadlıq Təşkilatının (QAT) iyulun 21-nə Qarabağ mitinqi təyin etməsi hərb, yoxsa sülh məsələsini aktual edib. İndiki şəraitdə Azərbaycandan ötrü Qarabağ mitinqinin, yoxsa müharibənin lazım olduğu barədə suallar var.
QAT sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında yaranan suallara belə aydınlıq gətirdi: “Bizə hər şeydən öncə Qarabağın işğaldan azad olunması gərəkdir. Müharibə də, mitinq də bu məqsədə çatmaq üçün vasitələrdir. Mitinq Qarabağın dərhal işğaldan azad olunması tələbinin davamlı, daim, fasiləsiz, yəni 20-ci əsr inqilabçılarının dili ilə desək, permanent olaraq gündəmdə saxlanılmasına xidmət edir. Təsadüfi deyil ki, mitinq müraciətindən sonra Avropadakı qarabağsevərlər Qarabağ mitinqinə dəstək məqsədilə ”Permanent Qarabağ Mitinqi" adlı whatsapp qrupu yaratdılar.
Biz də facebookda eyni adda qrup yaratdıq. İndi hər iki qrupda və digər qruplarda mitinqlə bağlı təbliğat işlərimiz gedir. Biz onsuz da həmişə müharibə tələbi ilə çıxış etmişik. Eyni mövqe mitinqdə də qoyulacaq. Biz mitinqə müharibənin başlanması üçün təzyiq vasitəsi kimi baxırıq. Artıq hər kəs üçün aydındır ki, Qarabağımızın işğaldan azad olunması üçün müharibədən başqa yol qalmayıb".
Deputat Zahid Oruc bildirdi ki, Qarabağ adına iş görən hər kəs alqışlanmalıdır: “İstənilən halda hər bir iş onun nəticəsi ilə bölüşülür. Zaman etibarilə ötən əsrin 90-cı illərindən bu yana məsələnin beynəlxalq məkana çıxarılması, tanıdılması, obyektiv siyasi, hüquqi qiymət alması üçün çoxlu işlər görmüşük. Bu bütöv xalq adınadır. Burada dövlət başçısının gördüyü işlərin böyük miqyas aldığını deyə bilərik. Ən mühüm qapılar açılmaqdadır, beynəlxalq təşkilatlarla, ölkə başçıları ilə önəmli görüşlər keçirilməkdədir. Bunun kənarında QHT sektorlarının, ”beyin mərkəzləri"nin, siyasi institutların hər birinin fəaliyyətinin burada yeri var. Müəllim müəllimliyi, həkim həkimliyi ilə Qarabağa xidmət edir. Doğrudur, Qarabağ məsələsindən zamanında ölkə daxilində xal yığmaq üçün istifadələr az olmayıb. Konfliktdə olan ölkələrdə belə hallar çox yaşanır. Hər bir qüvvə çalışır ki, milli problemlərdən öz mənafeyi üçün istifadə etsin. Qarabağ mitinqi gerçəkdənmi bizi Qarabağa çatdıracaq? Bir milyon adam mitinqdə Qarabağı tələb edərsə, bunun gerçəkdənmi effekti çox olacaq? Bəlkə rəsmi qurumların, dövlət nümayəndələrinin, səfirliklərin və digərlərinin qatıldıqları tədbirlərin effekti daha çox olar? Bu gün gedib Qarabağa çatmadığımıza görə hətta ölkə daxilində belə ən uğurlu layihələr bizə bir qədər fərqli görünür. Tənqidi münasibətlər olacaq, bunun əhəmiyyətinin az olduğundan danışılacaq. Açığı, fikirlərimin Qarabağ Azadlıq Təşkilatının fəaliyyətini dəyərləndirmək kimi qəbul edilməsini istəmirəm".
Deputat onu da qeyd etdi ki, hər zaman effekt doğuran addımlar atılmalıdır: “Biz bir ovuc, qrup səviyyəsində milli davanı aparanda kənardan belə görünə bilir ki, yəqin bunu xalq özü istəmir, 50 adamın miqyasına enib, küçələşib, məhəllələşib və s. Qarabağ məsələsi bütün partiyaların, məmurların, hakimiyyət qollarının, insanların problemidir. Bununla hər kəs məşğul olmalıdır. Bəzən bu, deklarasiya olmadan baş verməlidir. Mənə gəldikdə, düşünürəm ki, Qarabağ məsələsində mitinq alternativ deyil. Daha artıq dərəcədə biz onu nəzərə almalıyıq ki, hazırkı reallıqda Ermənistanda hakimiyyətin dəyişməsi fonunda bəlli oldu ki, savaş gedəcəyi təqdirdə biz qalib gələcəkdik. Bunlar həqiqətdir. Göründü ki, Serj Sərkisyan rejiminin içərisində olanların nə qədər cinayətləri var. Qriqoryan kimi birisinin silah cəbbəxanası, maşın kolleksiyasının olması, əsgər yeməklərinə göz dikməsi, aprel döyüşləri vaxtı məğlub olanlara, yəni ermənilərə olan yardımların mənimsənilməsi, üzə çıxan məktublar sübut edir ki, müharibənin davam edəcəyi təqdirdə erməni xalqı da birləşib elə məktublar yaza bilərdi. Paşinyan hakimiyyətə gələ bilər, amma bu, o demək deyil ki, bu dəyişiklikdən sonra erməni ordusu formalaşacaq. Savaş qərarı mitinqlərə kimin çıxıb-çıxmamasından asılı olmayaraq, regional şəraitə baxılıb verilir. 26 iyunda həm bu dövlətin yüz illiyi şərəfinə, həm də ordusunun 100 yaşının tamam olması şərəfinə böyük bir parad keçiriləcək. Bu, hərbi, siyasi güc nümayişidir. Bunun kimin necə qəbul etməsi başqa bir mövzudur.
Reallıq ondan ibarətdir ki, həqiqətən son on illər ərzində Azərbaycan Silahlı Qüvvələri böyük bir inkişaf yolu keçib. İndi əsgərin yeməyinə barmaq uzadılmır, vətəndaş boğazından kəsib kasıbçılıqda əsgərə yemək aparmır. Belə görünməsin ki, səhəri gün Azərbaycan müharibə qərarı verəndə bu - Qarabağ Azadlıq Təşkilatının aksiyalarına son vermək, yaxud bunun əksi yönündə addım atır. Əsla belə deyil. Bu dövlətin, millətin uğrunda mübarizə apardığı torpağın bütövlüyünə ən çox çalışan ölkənin rəhbəridir. Savaş qərarı müdafiə nazirimiz Zakir Həsənovun son mətbuat konfransında dediyi kimi, bütün regional və beynəlxalq proseslərin təhlili kontekstində veriləcək. Hansı halda bu addımlar atılmalıdır və özü də necə? Açığı, mənim müharibəyə baxışım bir qədər fərqlidir. Subyektiv düşüncələrimi indi bölüşmək istəmirəm. Yalnız onu demək qalır ki, həqiqətən Cənubi Qafqaz regionunda ordusuz dövlət qura bilməzsən. Torpaq bütövlüyü çox vacib məsələdir, amma ordunu hər zaman güclü saxlamalısan - qarabağlı yaxud qarabağsız. Məgər Qarabağ problemi olmadan biz Gədəbəy, Tovuz, Qazax və digər təhlükəli nöqtələrimizi qorumayacaqdıq? Qarabağ mitinqimi yaxud müharibəsimi və ya savaş qərarı nə zaman verilməlidir kimi sualların cavabını tapsaq, mitinqləri tələb formasında keçirmək olar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
|