“Bu, təhlükəli, kimlərinsə işinə yarayacaq çağırışlardır” - Ayaz Mütəllibov
Tarix: 1-08-2018, 08:56 | Çap et
İşğalçı Ermənistanda maraqlı proseslər baş verir. Xüsusilə də baş nazir Nikol Paşinyanın Qarabağ klanına qarşı apardığı mübarizə, ölkənin keçmiş prezidentlərinə qarşı sərt tədbirlərə start verilməsi Azərbaycanda da diqqətlə izlənilir. Sabiq prezident Ayaz Mütəllibov bu mövzuda “Yeni Müsavat”ın suallarını cavablandırdı.
- Ayaz müəllim, Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbs edilməsini necə dəyərləndirirsiniz? Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkiləri öncəsi təhlükəli rəqiblərini zərərsizləşdirir, yoxsa əsas məqsədi erməni cəmiyyətini cinayətkarlardan təmizləməkdir?
- Köçəryanın həbs olunması Ermənistanda klanlararası mübarizənin təzahürüdür. Təbii ki, hakimiyyəti yenicə ələ keçirmiş qüvvələr öz reytinqlərini daha da yüksəltmək üçün xalqın nəzərində korrupsioner ad çıxarmış keçmiş iqtidar nümayəndələrini həbs etməkdən istifadə edirlər. 20 ilə yaxın rüşvətxorluq, klançılıq üsulları ilə idarə olunan xalq bu həbsləri təqdir edir. Bu vasitə ilə onlar həm öz rəqiblərini siradan çıxarmaq istəyir, həm də hakimiyyətdə möhkəmlənmək məqsədi güdürlər.
- Köçəryandan sonra Serj Sərkisyanın da həbsi gözləniləndirmi?
- Sərkisyanın da, digərlərinin də göstərdikləri “xidmətlərə” görə həbs olunmaqla “mükafatlandırılmaq şansı” var. Böyük ehtimalla bu, hələ başlanğıcdır.
- Azərbaycan dövləti Sərkisyan-Köçəryan cütlüyünün Qarabağdakı cinayətlərini əsas götürüb onları həm də keçmiş Azərbaycan vətəndaşları kimi geri tələb edə, yaxud Beynəlxalq Məhkəmədə mühakimə edilmələrinə nail ola bilərmi?
- Azərbaycanın nəinki onları, ölkəmizə qarşı hər hansı bir cinayəti törətmiş istənilən şəxs haqqında məsuliyyətə cəlb etmək üçün qərar çıxarmaq hüququ var. Niyə də olmasın? Əgər bu gün Paşinyan heç kimi saymadan beynəlxalq statusa malik, dünyanın ən böyük hərbi potensialarından birinə sahib olan Rusiyanın da təmsil olunduğu bir quruma rəhbərlik edən generalı tutub qandallayırsa, biz də buna oxşar addımlar ata bilərik. Lakin hadisələrə real baxmaq lazımdır, indiki vəziyyətdə onların Azərbaycana ekstradisiyası mümkünsüzdür. Paşinyan hakimiyyəti onları bizə təhvil verməz. Bu, erməni hakimiyyətinin nüfuzdan düşməsinə səbəb olar.
- Dediyiniz kimi, bu günlərdə hətta Ermənistanın KTMT-dəki nümayəndəsi, baş katib Yuri Xaçaturova qarşı da cinayət işi qaldırıldı. Paşinyan bununla “Rus NATO-su”ndakı adamına da güzəşt edilmədiyini nümayiş etdirdi. Bu, nəyə işarədir? Yəni Paşinyan Rusiyaya meydan oxuyur?
- Xaçaturovun istintaqa cəlb olunması onun təmsil olunduğu quruma qarşı saymazlıq və qudurğanlıqdır. Nəzərə alsaq ki, bu şəxs həmin quruma katibliyi həyata keçirirdi və orada Belarus və Qazaxıstan da təmsil olunurdu, Paşinyan hakimiyyətinin öz müttəfiqlərini saya salmaması göz qabağındadır. Demək istəyirlər ki, guya onlarda qanunun aliliyi, demokratiya hər şeydən üstündür. Amma öz övladlarını qonşu dövlətdən işğal etdikləri torpaqlara xidmət etməyə göndərməklə fəxr edirlər. Bu da onların əsl niyyətindən xəbər verir. Cinayətlərin kökünü ilk əvvəl Qarabağda kəsmək lazımdır - işğal etdikləri torpaqları əsl yiyələrinə qaytarmaqla.
- Ayaz müəllim, “Qarabağ klanı”nın rəhbərliyinin cəzalandırılması Azərbaycan ərazilərinin taleyi ilə bağlı nə vəd edir? Qarabağ erməniləri Bakıya üz tuta bilərmi?
- Klan rəhbərliyi yox, amma Qarabağda yaşayan xalqın Bakıya sığınmaq ehtimalı var. Mənim rəhbərliyim dövründə aparılan tədbirlər nəticəsində Qarabağ erməniləri tərəfindən separatçılardan yaxa qurtarmaq üçün danışıqlara başlamaq təşəbbüsü bir neçə dəfə qaldırılmışdı. Amma hər dəfə xəyanət nəticəsində bunun qarşısı alınırdı. O ki qaldı klan rəhbərliyinə, onların əli günahsız insanların qanına batıb, onları gözləyən aqibəti bilərək heç vaxt bu addımı atmazlar. Yalnız qaçıb aradan çıxmaqla canlarını qurtara bilərlər.
- Bu günlərdə ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edərək bildirib ki, onu da keçmiş prezidentlərin taleyi gözləyir. Yevseyev onu da vurğulayıb ki, Qarabağ münaqişəsində Paşinyan hökuməti Rusiyadan heç bir kömək gözləməsin və məsələni dramatikləşdirməsin, çünki bu, Moskvanın problemi deyil. Ekspert haqlıdırmı?
- Səhv etmirəmsə, Yevseyev Qarabağda rus qoşunlarının yerləşdirilməsi təklifi ilə çıxış edən təşəbbüskarlar qrupuna aiddir. Əvvəla, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olub və daim də olacaq, buna heç kimin şübhəsi olmasın. Dünya siyasəti gözlənilməz hadisələrlə doludur. Tam əminliklə deyirəm ki, Azərbaycan dövləti bütün sürprizlərə hazırdır. Zaman-zaman istər bizdə, istərsə də Rusiyada siyasətdən başı çıxmayan, 90-cı illərin əvvələrində baş verən təlatümlərin nəticəsində təsadüfən siyasətdə və idarəçilikdə peyda olmuş adamların məsuliyyətsiz bəyanatları xalqlara baha başa gəldi! O “siyasətçilərin” bir hissəsi hələ də ortadadır. Təbii ki, müəyyən şərait yaransa, onların bisavadlığı və bura xalqlar arasında münasibətləri korlamaq istəyən təxribatçıları da əlavə etsək, nəticədə gözlənilməz, arzuolunmaz situasiyalara gətirib çıxara bilər. Elə rus qoşunlarının Ermənistandan çıxacağı təqdirdə Qarabağda dislokasiya etmək çağırışları da bu qəbildən olan sərsəm, amma kifayət qədər təhlükəli, kimlərinsə işinə yarayacaq çağırışlardandır. Burada təkcə bizdən söhbət getmir. Bizim dövlət heç kimə yalvarmayıb ki, torpaqlarımızı qaytarın! Daima tələb qoyulub ki, işğal olunan ərazi geri qaytarılmalıdır! Paşinyan və ya qeyrisi olsun, fərq etməz, işğal etdiyi əraziləri dərhal boşaltmalıdır! Bu, tələbdir, bizim haqqımızdır. O ki qaldı Rusiyanın bəzi mərkəzlərinin Ermənistanı tənqid etməyinə, bu, onların öz işidir, onların maraq dairəsinə aiddir. Dünən qoruyurdular, bu gün tənqid edirlər və yaxud da qorumayacaqlar, bu məsələ heç nəyi dəyişdirmir.
- “Əgər fikirləşirlərsə ki, təhlükəsizlik zonasını verməklə Dağlıq Qarabağı saxlamaq mümkün olacaq, hərbi ekspert kimi buna ciddi şübhəm var. Bunun ardınca Qarabağ da bütünlüklə Azərbaycana veriləcək”. Bunu da rus ekspert deyib. Doğrudanmı Paşinyanın ətraf rayonları qaytarmaq niyyəti var?
- Təəssüflər olsun ki, SSRİ dağılandan sonra bu problem qlobollaşaraq, müəyyən ərazi problemi çərçivəsindən çıxıb daha da mürəkkəbləşdi, necə deyərlər, düyünə düşdü. Siyasətdə təsadüfi peyda olmuş diletant siyasətçilərin boşboğazlığı nəticəsində müəyyən güclərin maraq dairəsinə daxil olaraq, geosiyasi oyunlar məkanına çevrildi. Lakin Azərbaycan istədiyi zaman bu torpaqları geri qaytarmaq hüququnu özündə saxlayır.1992-ci il martın 2-də biz BMT-yə bu torpaqlarımızla bir yerdə qeydiyyata düşmüşük. Hesab edirəm ki, bu, o mürəkkəb dövr üçün bizim ən böyük qələbəmiz sayıla bilər. Beynəlxalq hüquq bizə əsas verir ki, biz öz torpaqlarımıza yiyə duraq. Sadəcə, müəyyən obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan aktiv hərbi əməliyyatlara gedib öz ərazi bütövlüyünü bərpa edə bilmir. Bir faktoru qeyd etmək lazımdır ki, münbit şərait yaranmasa, Azərbaycan təcrid olunmaq təhlükəsi ilə üzləşə bilər. Burada tək Rusiya faktorunu yox, digər amilləri də, xüsusilə regionda gözü olan güc mərkəzlərini, o cümlədən islam faktorunu nəzərə almaq lazımdır. Yaddan çıxarmaq olmaz ki, biz müsəlman aləminin bir hissəsiyik və son 10 ildə müsəlman xalqlarının başına gətirilən müsibətlər göz qabağındadır. Lakin bütün bu maneələrə baxmayaraq, bizə başqa çıxış yolu qalmasa, xalq öz dövlətinin ətrafında sıx birləşib məsləhət bildiyi yolla öz müqəddəs torpaqlarını geri qaytaracaq. Mən buna əminəm və dövlətimizin də buna kifayət qədər qətiyyəti var. Xalq-dövlət birliyinin qarşısında heç bir qüvvə davam gətirə bilməz!
- Bir neçə gün əvvəl Paşinyan və hətta həyat yoldaşı Qarabağla bağlı sülh mesajları verdilər. Amma oğul Paşinyan Qarabağa, hərbi xidmətə göndərilib. Bunun anlamı nədir?
- Anna Paşinyanın bu bəyanatını oxumuşam. Yəqin analıq hissi onu məcbur edib ki, bu təkliflə çıxış etsin. Çünki indi onun oğlu da hərbiyə cəlb olunub, deyilənlərə görə, Qarabağda xidmət edəcək. Paşinyan öz oğlundan da siyasətdə istifadə edir, bununla demək istəyir ki, “Qarabağ erməniləri, mən sizin yanınızdayam, mənim mübarizəm cinayətkar qarabağlılarladır, klan üzvləri ilə birgə”. Əslinə qalsa, bu, şou xarakterli bir gedişdir, süni vətənpərvərlikdir. Amma ana Paşinyan gözəl sözlər işlədib, mən də razıyam ki, heç bir hakimiyyət və mənfəət cavan əsgər övladlarımızın həyatından, qanından artıq deyil! Məsləhət görərdim ki, öz oğlunu od içinə göndərməkdənsə, yaxşı olardı ki, dərhal danışıq masasının arxasına keçib torpaqların geri qaytarılması prosesinə başlanılaydı. Nikol Paşinyandan soruşuram, bu, sülhün bərqərar olmasına daha yaxşı töhfə verərdi, yoxsa övladının əlinə silah verib öz həmyaşıdlarını öldürməyə göndərmək? Mənə elə gəlir ki, Anna Paşinyanın analıq hissi siyasi oyunlara qalib qəlib!
- Ayaz müəllim, Bakıda keçirilən “Jara” musiqi festivalında erməni-yezidi kürdü qarışıqlı Zaranın iştirakına sərt təpkilər oldu. Siz bu faktı necə qarşıladınız?
- Ümumilikdə festivalların və yaxud da digər beynəlxalq tədbirlərin, o cümlədən idman oyunlarının Bakida keçirilməsi ölkəmizi, xüsusilə xalqımızı dünyaya tanıtdırmaq baxımından böyük əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, bu saat dünyada islamofobiya yayılmaqdadır. Azərbaycan nadir müsəlman ölkələrdəndir ki, bu stereotipi dağıtmaq kimi ağır bir yükün altına girməyə məcburdur və bu işin öhdəsindən bacardığı qədər gəlir. Əks halda, bədxah və hiyləgər düşmənlərimiz islam faktorunu qabardaraq, bizi beynəlxalq aləmdə sıxışdırmağa çalışacaqlar. Bu isə öz növbəsində dəhşətli fəlakətlərə gətirib çıxara bilər. Kürd əsilli, əsl adı Zərifə Paşa qızı olan müğənninin bu konsertdə iştirak etməsinə gəlincə, düşünürəm ki, bu iştirak da həmin siyasətin bir elementi kimi qəbul olunmalıdır.
Digər tərəfdən, bir anın içində hər şeyini itirmiş, öz doğma ocağından didərgin düşmüş, əziz ailə üzvlərini itirmiş soydaşlarımızın hissləri də başadüşüləndir. İnsaniyyətlikdən kənar vəhşiliklə üzləşmiş bu insanlar ermənilərin Bakıya gəlməsini heç cür həzm edə bilmirlər. Buna da haqları var. Hazırda ermənilərin işğalı altında olan Qarabağ, Zəngəzur, İrəvan da bizim dədə-baba torpaqlarımızdır. Erməni separatçıları daima bizim çılğınlığımızdan, qanımızın qaynar olmağından istifadə ediblər. Ona görə başa düşməliyik ki, biz nə qədər ağır olsa da, ermənilərlə qonşu yaşamağa məhkumuq və bu qonşuluğun xalqımız üçün əbədi olaraq təhlükəsizlik baxımından maksimum dərəcəyə çatdırılması mexanizmi hazırlanmalıdır.
- Prezident Putinin mətbuat katibi Dmitri Peskov və Lavrovun mətbuat katibi Mariya Zaxarovanın da bu arada Bakıda olması, sizcə, hansı anlamı verirdi?
- Peskov və xanımının, Zaxarovanın Bakıya gəlməsi, Bakıya heyran olmaları, ümumilikdə vətənimiz və xalqımız haqqında xoş təəssüratların yaranması yaxın gələcəkdə çox faydalı ola bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47 |
|
|
|
• ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43 |
|
|
|
• Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37 |
|
|
|
• Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36 |
|
|
|
• Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34 |
|
|
|
• AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32 |
|
|
|
• Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22 |
|
|
|
• Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08 |
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
|