Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                 

“İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq?” - Ayaz Mütəllibov
Tarix: 2-08-2018, 08:49 | Çap et
“İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq?”
“ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinə eyni çərçivədən baxmaq olmaz. Əvvəla onu qeyd edim ki, Türkiyə prezidenti Ərdoğan uzaqgörən, öz sözünü deyən praqmatik siyasətçilərdən biridir. O imkan verməz ki, münasibətlər qərginləşsin”.

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu fikirləri ABŞ-ın İran və Türkiyəyə yönəlik mövcud siyasətini “Yeni Müsavat”a şərh edərkən söylədi. Onun fikrincə, R.T.Ərdoğan türk bayrağını, türk xalqının mənafeyini hər şeydən üstün tutan bir rəhbərdir, lazım gəldikdə, bu mənafe baxımından siyasətini həyata keçirir: “Son vaxtlar Rusiya ilə siyasətdə qəflətən müharibə əhval-ruhiyyəsinin yaranması və eyni sürətlə qəfil iki ölkə arasında dostluq və əməkdaşlığın bərpa olunması, siyasətlə məşğul olmaq istəyənlər üçün gözəl praktiki nümunə sayıla bilər. Bəs Ərdoğanın uğurunun mənbəyi haradadır? Xalqla dövlətin birliyində! Bu günlərdə bəyanat verdi ki, bu il Türkiyə 6 milyon rus turisti qəbul etməyə hazırlaşır. Bilirsiniz valyutaya çevirəndə bu nə qədər edir? Bura digər Avropa ölkələrindən gələnləri də əlavə etsək, ciddi bir rəqəm alınır. Üstəgəl, keçmiş sovet respublikalarına ixrac edilən kənd təsərrüfatı məhsulları. Təkcə Rusiya bazarının 65%-ni təmin etməyi öz üzərinə götürüb. Məhz buna görə də xalq 15 iyul hadisələri zamanı dövlətini qorumaqdan ötrü özünü tankın altına atdı”.

A.Mütəllibov ABŞ-ın avqust ayında İranı bombalayacağı barədə xəbərlərə münasibət bildirərkən dedi ki, İranla bağlı məsələ ciddidir: “İran artıq öz sərhədlərindən xeyli irəli gedərək demək olar ki, 5 və ya daha çox ölkəni öz nüfuzu altına alıb. Demək olar ki, İran ara-sıra baş verən kiçik narazılıqları çıxmaq şərti ilə, 30 ildir öz ərazisində siyasi kataklizmlər, çevrilişlər, müharibələr yaşamayıb. Hətta sağında - solunda baş verən çevrilişlər, dağıntılar belə onları büdrətmədi. SSRİ boyda nəhəng qonşunun parçalanmasından digər qonşularımız kimi onlar da məharətlə istifadə etdilər. Təbii ki, öz iqtisadi və hərbi potensialını gücləndirmək baxımından. Öz rəqiblərini, o cümlədən Səddam kimi düşmənlərini şərqlilərə məxsus müdrikliklə yola saldılar. Yenə də xalq və dövlət birliyi! Narazılıqlara baxmayaraq, İran xalqının yarıdan çoxu indiki hakimiyyəti dəstəkləyir. Həyati vacib məsələlərdə, istər xaricdə, istərsə də daxildəki vətəndaşları dövlətin yanında dururlar, milli birlik nümayiş etdirirlər. Demək olar ki, İran Qərbin Tunisdə başladığı ”ərəb baharı" inqilablar silsiləsinin qarşısını Suriyada “İran payızı” ilə dayandırmağa nail oldu.

Bir daha sübut olundu ki, Yaxın Şərq Şimali Afrika deyil. Xarabazara çevrilən isə Suriya oldu. Bir vaxtlar qədim mədəniyyətin nadir nüsxələrinin mövcud olduğu bir ölkə viran, Suriya xalqı isə parça-parça oldu. Bunun qarşısını almaq olardımı? Bəli, insan əli ilə törədilən fəlakətlərin qarşısını almaq mümkündür. Amma əksi baş verdi. Səbəbi çox bəsit - Bəşər Əsədin tərəddüdləri, ikibaşlı oyunlar qurması, kimlərəsə öhdəsindən gələ bilməyəcəyi barədə vədlər verməsi, qüvvələr balansını düzgün qiymətləndirməməklə realliqdan uzaq olması və sairə və nəhayət, ərəblərin birliyinin olmaması. İndi Əsəd sərhədləri olmayan, ordusu dağılmış, xalqı pərən-pərən olmuş bir dövlətin prezidentidir. Kimə lazımdır bu cür prezidentlik? Hətta özü və ailəsi də bu siyasətin qirovuna çevrilib, daimi nigarançılıq, dəhşət altında, gələcək taleyi qeyri-müəyyənlikdə. Bir ömürdə 2 milyondan artıq insanın qətlə yetirilməsində cavabdehlik və vicdan yükü də var".

Eks-prezident dedi ki, diplomatiyanın yerini söyüş və müharibə, qarşılıqlı təhdid və təhqir ritorikasının tutduğunu nəzərə alsaq, sonrakı proseslərin necə davam edəcəyini yalnız təxmin etmək olar: “İrana hücum arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bir onu qeyd etmək kifayətdir ki, Ermənistan tərəfindən faktiki blokadaya alınan qədim yurdumuz Naxçıvanla quru yolla əlaqə məhz İranın razılığı əsasında onun ərazisi vasitəsilə həyata keçirilir. Vətəndaşlarımız bu yolla öz doğma yerlərinə gedib-gəlirlər. Əgər müharibə başlasa, bu yolun aqibəti necə olacaq? Öz güzəranını, çörəyini bu xəttin vasitəsilə təmin edən sadə naxçıvanlıların, digər insanların vəziyyəti adamı düşünməyə vadar edir. Digər tərəfdən, İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq? İranla uzun bir sərhədə malikik, sərhədyanı bölgələrimiz hansı təhlükə ilə üzləşəcək? ABŞ-a nə var, okeanın o başındadır. Bombanı atanda məgər ayıracaqlar ki, bu farsdır, bu azərbaycanlıdır və yaxud da talış? Ya da ruhanidir, molladır, sadə iranlıdır? Müharibələrin ən böyük fəsadı sadə köməksiz əhaliyə, ələlxüsus qadın və uşaqlara dəyir. Allah göstərməsin! Bütün bunlar hamısı sual doğurur. Mən danışıqlar və sülh yolunun tərəfdarıyam. Müharibələr sadə insanlara əzab-əziyyət, faciədən başqa bir şey gətirmir”.

A.Mütəllibov durumun təhlükəli olduğunu qeyd etdi və konkret misallar çəkdi: “Dünya sürprizlərlə dolub, heç kimə inam qalmayıb. Kimin ağlına gələrdi ki, İraq kimi bir dövlətin tən yarısını bir dəstə oradan-buradan yığılma, heç bir ölkəyə tabe olmayan insanlar xaraba qoyardı və 21 əsrdə atom və kosmos əsrində dünyanın siyasi xəritəsində orta əsrlər qanunları ilə idarə olunan, gül alveri ilə məşğul olan yeni dövlət peyda ola bilərdi. Özü də haradasa küncdə-bucaqda yox, dünyanın demək olar ki, mərkəzində, sivilizasiyanın beşiyi sayilan Mesopotamiyada, sərhədlərimizin bir neçə min kilometrliyində. Dünyanın demokratik dəyərlərinin, insan hüquqlarının qorunmasında liderlik edən yekə-yekə dövlətlərin gözünün qarşısında. Həm gülməlidir, həm də acınacaqlı. Xeyr, biz taleyimizi heç kimə etibar edə bilmərik! Öz müqəddəratımızı özümüz təyin etməliyik. Götürək elə qardaş Türkiyəni, xalqa necə sərf edir o cür də hərəkət edirlər. Daha gözləmirlər ki, kiminsə xoşu gələcək, ya yox!”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru