“Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” - deputat
Tarix: 15-12-2018, 10:29 | Çap et
Dekabrın 13-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Xətai rayonunun icra başçısı Razim Məmmədov vəzifəsindən azad edildi. Ölkədə bir müddətdir ki, kadr dəyişikliyi siyasəti fonunda bir neçə icra başçısı, yüksək vəzifəli məmur da işdən çıxarılıb. Məlum olub ki, həmin məmurlar idarəetmədə yanlışlığa yol verib, əhalinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində heç bir iş görməyiblər.
İcra başçıları dəyişdirilir, bəs yerlərdə də vəziyyət dəyişirmi? Yeni başçılar etimadı doğrulda bilirmi?
“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, hər bir soydaşımız vəzifəyə təyin olunan zaman ölkə prezidentinin inam və etimadını doğruldaraq, qarşıya qoyulan vəzifələri yerinə yetirirlər:
“İndi tamamilə fərqli bir durumdur və dünya xeyli dərəcədə inkişafdadır. Eyni zamanda yaxınlarda, uzaqlarda ciddi xarakter daşıyan kataklizmlər də göz önündədir. Heç şübhəsiz ki, belə bir zaman kəsiyində hər məmur son dərəcə diqqətli, məsuliyyətli olmalıdır. Onlar, ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq vəzifələrini yerinə yetirməlidirlər. Belə də olur. Təyin olunan icra başçıları zaman-zaman ölkə prezidentinin qarşıya qoyduğu vəzifələri yerinə yetirirlər. O da etiraf olunmalıdır ki, ölkə prezidenti xüsusi olaraq son illərdə bütün sahələrdə olduğu kimi icra başçılarının təyinatına da daha diqqətlə yanaşıb, ölçülü-biçili addımlar atmağa üstünlük verir. Dəyişilən icra başçıları da təbii ki, təyinatdan öncə prezidentlə görüşlərində qarşılarına qoyulan vəzifələri əsas gətirərək, şəhərlərdə, rayonlarda lazım olan vəzifələri yerinə yetirirlər. Düşünürəm ki, uzun illər boyu bu və ya digər vəzifələrdə çalışanlar, bəzən arxayınlığa yol verirlər. Düşünürlər ki, onların gördükləri iş artıq kifayət edər. Fenomenal, üstün keyfiyyətlərə malik olan siyasi liderlərdən fərqli olaraq, bu cür insanlar bəzən potensialı da tükənir. Artıq yenilik xarakter daşıyan addımlar da atmırlar. Çünki düşünürlər ki, bunların hamısını ediblər. Bəzən görürük ki, rayonlarda, şəhərlərdə bununla bağlı geriləmələr, problemlər olur. Bütün bunları nəzərə alaraq, ölkə prezidentinin son dövrlərdə icra başçılarının dəyişdirilməsi ilə bağlı atdığı addımlar, onun idarəçilik prinsipinə və siyasətinə xidmət edir. Əminəm ki, yeni təyin olunan və xeyli müddətdir işləyən icra başçıları da ölkə prezidentinin 2018-ci il aprel seçkisindən sonra ortaya qoymuş olduğu idarəçiliyin yeni mərhələsinin xüsusiyyətlərinə uyğun olaraq, öz fəaliyyətlərini yenidən qurmağa çalışırlar. Bunu edə bilənlər, fəaliyyətlərini davam etdirirlər, edə bilməyənlər isə yeniləri ilə əvəz olunurlar. Təbii ki, yenilər də yeni potensialla, düşüncə ilə fəaliyyətə başlayırlar. Ümidvaram ki, onlar ölkə prezidentinin qarşılarına qoyduğu vəzifəni icra edib, xalqın xidmətçisi olacaqlar”.
Deputat bildirib ki, buna uyğun olan addımlar atmaq lazımdır:
“İcra başçıları xalqla ən çox təmasda olan, onların gündəlik ehtiyacları ilə üz-üzə qalan məmurlardır. Onlar elə etməlidirlər ki, vətəndaşlarımızın rayon və şəhərlərdə məruz qalmış olduqları bu və ya digər problemləri dərhal həllini tapsın. Həmin problemləri konkret olaraq öz fəaliyyətləri çərçivəsində aradan qaldırmağa çalışsınlar. Səlahiyyətləri çərçivəsində olmayan məsəlləri isə daha yuxarı səviyyələrdə qabartsınlar. İstər şəhər, istərsə də rayonlarda olan icra başçıları birmənalı olaraq, həftədə bir dəfə qəbul günü təyin etməklə kifayətlənməli deyil. Onlar hər gün xalqla təmasda olub, insanların içərisində olmalıdırlar. O icra başçıları ki, kabinetdən daha çox insanların içərisində olub, görüşlər keçirirsə, orada demək olar ki, problem olmur. Çox arzu edərdim ki, Bakı şəhərinin icra başçıları, eyni zamanda məhəllələrdə də görüşlər keçirsin. Məsələn, Bakı şəhərinin ətrafında Abşeron rayonu var. Abşeronun icra başçısı demək olar ki, qrafikinə uyğun olaraq bütün kəndlərdə görüşlər keçirir.
Yəni əhali ilə arasında açıq qapı var. Onlar gəlirlər, fikirlərini ifadə edirlər. Eyni zamanda yəqin ki, onun bir başçı olaraq həm də həftənin bir günü konkret olaraq rayon mərkəzində də görüşləri olur. Eyni zamanda digər rayonlardan da çoxsaylı misallar çəkə bilərəm ki, rayon icra başçıları kəndlərə gedib, orada görüşlər keçirirlər. Bakının rayonlarının icra başçılarına da eyni qrafiklə işləmələrini arzu edərdim. Müavinlərinin, şöbə müdirlərinin əraziyə çıxması ilə kifayətlənməsinlər. Yaxşı olar ki, özləri də məhəllələrə çıxıb, əhali ilə açıq dialoqa girsinlər. O demək deyil ki, hökmən bu, açıq yerlərdə olmalıdır. Bunu qapalı məkanda da etmək olar. Məsələ odur ki, insanlarla görüşlər keçirilsin, onlarla təmas olsun və problemləri dinlənilsin. Bu, eyni zamanda digər iri şəhərlərimizdə də ola bilər. Yaxşı haldır ki, ölkə prezidentinin vaxtilə qoymuş olduğu tələbə uyğun olaraq, ayrı-ayrı nazirlərimiz, komitə sədrlərimiz regional xarakterli görüşlər keçirib, öz sahələri ilə bağlı ortaya çıxan problemlərin həlli istiqamətində yerindəcə addımlar atırlar. Özlərindən asılı olmayan məsələləri isə ümumiləşdirərək, prezident aparatına təqdim edirlər. Nəticədə problem həll edilir. Azərbaycanda sabitliyin qorunub saxlanmasında bu cür metodla vətəndaşlarla təmasın saxlanmasının böyük əhəmiyyəti var. Ölkə prezidenti ilə xalqının vəhdətinin möhkəmlənməsində belə iş metodu, özünün əhəmiyyətini təsdiq etməkdədir. Arzu edirəm ki, ənənə davam etsin və geniş xarakter alsın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
|