“Bir-iki milyard kubmetr qaza qənaət üçün ölkəni risk altına qoymaq olmaz” - deputat
Tarix: 17-12-2018, 09:01 | Çap et
Son günlər Rusiyanın “Rosatom” dövlət korporasiyasının Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif etməsi barədə müzakirələr gedir. “Rosatom”dakı mənbə qeyd edib ki, Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. “Rosatom” təklif verib, Azərbaycan tərəfi düşünür.
Bu mövzuda deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə danışdıq.
- Əli bəy, Rusiyanın dövlət korporasiyası Azərbaycanda Atom Elektrik Stansiyasını tikmək istəyir. Hazırda Türkiyədə AES tikən Rusiyanın Azərbaycan marağı hardan irəli gəlir?
- Azərbaycanda AES tikilməsi təklifləri təzə məsələ deyil. Hələ Sovetlər Birliyi dönəmində SSRİ Nazirlər Soveti Azərbaycanda AES tikilməsi barədə qərar qəbul etmiş, müvafiq layihə və texniki-iqtisadi əsaslandırmalar hazırlanmış və bu işin Nəvai qəsəbəsi tərəfdə həyata keçirilməsi istiqamətində ilkin hazırlıq işləri də başlanmışdı. Lakin 1986-cı ildə Ukraynada Çernobıl AES-də baş verən qəza Azərbaycanda Atom Elektrik Stansiyası tikilməsi işini dayandırdı və həmin qəzadan 5 il sonra SSRİ-nin dağılması isə bu məsələni tamamilə gündəmdən çıxardı. Bir neçə ildir ki, Rusiyanın Azərbaycanda AES tikməsi barədə söhbətlər gedir. Fikrimizcə, Rusiyanın “Rosatom” dövlət korporasiyasının Azərbaycana AES tikintisi də daxil olmaqla nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq təklif etməsi hələ o demək deyil ki, Rusiya mütləq Azərbaycanda AES inşa edəcək. AES inşası çox mürəkkəb, xeyli tədqiqatlar aparılan və uzun çəkən prosesdir. Eyni zamanda, AES inşa bahalı olmaqla yanaşı, həm də yaxşı gəlir gətirən layihələrdəndir. Bununla yanaşı, AES tikintisi həm də strateji məsələdir. Ona görə də bu sahədə ixtisaslaşmış ölkələr, xüsusən də ABŞ, Fransa, Yaponiya, Rusiya yüksək qazanc və həm də strateji effekt götürməkdən ötrü AES tikintisi ilə bağlı müxtəlif ölkələrə müraciət edir.
- AES tikintisi kifayət qədər bahalı layihədir. Sizcə, Azərbaycan razılıq versə, nə qədər vəsaitindən keçməli olacaq?
- Azərbaycanda AES tikintisi və layihənin əsas parametrləri barədə rəsmi məlumat yoxdur. Olan məlumatlar isə onun dəyəri barədə dəqiq fikir yürütməyə imkan vermir. Ona görə də hələlik elmi-tədqiqat məqsədilə bir reaktordan və 3 milyard dollarlıq layihədən söhbət getsə də, bu da dəqiq məlumat deyil və əlavə araşdırmalara ehtiyac var. AES-in tikilməsinin dəyəri reaktorun gücü, avadanlığın hardan alınmasından, maliyyələşdirmə mənbələri və şərtlərindən və sair bu kimi amillərdən asılı olaraq, bir reaktorun qiyməti 2 milyard dollardan 5 milyard dollara qədər dəyişə bilir. Məsələn, Rusiyanın Belarusda tikmək istədiyi AES-in dəyəri 6 milyard dollar dəyərləndirilir, digər xərclərlə birlikdə isə bu rəqəm 9 milyard dollara da qalxa bilər. Bundan ötrü Rusiya Belarusa kredit dəstəyi də vermək istəyindədir. AES Özbəkistana 11 milyarda dollar başa gələcək, amma şərtlər tam açıqlanmır. Rusiyanın Türkiyədə tikdiyi AES-in dəyəri 20-22 milyard dollar arasında dəyərləndirilir və sair. - Dünya təcrübəsinə istinad etsək, Atom Elektrik Stansiyasının hansı üstünlükləri var? Müsbət tərəfləri ilə yanaşı, AES-in fəlakətli tərəfləri də var...
- AES-in rolu olduqca şişirdilir. Dünya miqyasında AES-lərdə elektrik enerjisinin istehsalı payı artıq psixoloji cəhətdən əhəmiyyətli hesab oluna bilən həddən aşağı enib, yəni onun qlobal elektrik istehsalına olan töhfəsi XX əsrin 80-ci illərdəki 18 faizlik pik nöqtədən 10 faiz ətrafına enib və getdikcə azalacaq. Yaponiyada 2011-ci ilin mart ayında güclü zəlzələ və bunun ardından təqib edilən sunami nəticəsində Fukusimada baş verən faciədən sonra AES-lərə münasibət dəyişir. Dünya miqyasında fəaliyyəti qapadılan nüvə reaktorlarının sayı qurulan reaktorların sayından iki dəfə çoxdur. Yaponiyada isə 330 yeni reaktor quraşdırmaq planı var idi. Onun yalnız 42-si tikildi. Realda isə cəmi 4-ü işləyir. Yaponiya hökuməti Fukusima faciəsinin maliyyə itkiləri xərclərini 193 milyard ABŞ dollarına qədər qiymətləndirir. Bir sıra ekspertlər isə zərərin bundan qat-qat çox olduğunu deyirlər. Almaniya öndə getməklə Qərb artıq AES-dən imtina etmək meyli götürüb. Almaniyanın və İsveçrənin ardınca digər Qərb ölkələri də AES-dən istifadə dairəsini daraldacaq.
- Azərbaycan kimi ölkənin Atom Elektrik Stansiyasına ehtiyacı nə dərəcədədir?
- AES inşası, infrastruktur yaradılması və ona xidmət milyard dollarla, bir sıra hallarda isə on milyard dollarla vəsait tələb edir. Rəsmi açıqlamalara görə, hazırda Azərbaycanın 2,6 trilyon kubmetr dəqiqləşdirilmiş çıxarıla bilən qaz, 1,5 milyard ton çıxarıla bilən neft-kondensat ehtiyatı, proqnoz ehtiyatlarını da nəzərə alsaq, Azərbaycanda 6 trilyon kubmetr qaz və 4 milyard ton neft ehtiyatı var. İndiyə qədər dünya bazarına çıxarılan neftin həcmi 482 milyon ton olub. Azərbaycanda karbohidrogen ehtiyatlarının kifayət qədər böyük olması, ölkəmizin seysmik cəhətdən təhlükəli zonada yerləşməsi, Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını çox geniş olması, AES-in tikintisinin, hökumət üçün həmin stansiyaya qurğu, avadanlıq, xammal, texnoloji xidmətlər, tullantıların xaric edilməsi və sair sahələrdə xidmət göstərə biləcək ölkələrə müraciət etməyə məcbur etdiyindən, onlardan asılı vəziyyət yaradacağı və sair bu kimi amilləri nəzərə alaraq, demək olar ki, hazırda Azərbaycanda AES inşasına ehtiyac yoxdur.
Hələ müfəssəl məlumat yoxdur ki, Azərbaycanda AES tikintisi hansı sxem üzrə həyat keçirilməsindən söhbət gedir. Azərbaycanın maliyyə imkanları yüksək olduğundan, böyük ehtimalla xərcləri də Azərbaycanın özü qarşılaması variantına üstünlük verilə bilər. Strateji effekti isə Rusiya götürəcək. Çünki AES vasitəsilə Rusiya Azərbaycanın əsas strateji sahəsi olan energetika sektoruna və deməli, energetika bazarına girə bilər. Yaponiyada AES-də baş verən qəza göstərdi ki, AES-nin lehinə söylənilən “yeni texnologiyalar təbii fəlakətlərdən tam sığortalamağa imkan verir” məsələsi həqiqəti əks etdirmir. Nüvə enerjisi çox riskli bir texnologiyadır. Bir-iki milyard kub metr qaza qənaət etməkdən ötrü ölkəni ekoloji təhlükə altına qoymaq normal məntiqə sığan bir şey deyil. Heç bir müasir texnologiya AES-də qəzaya 100 faiz qarantiya verə bilməz. AES-də qəzanın olmayacağına 100 faizlik qarantiyaya-yalnız AES tikməməklə nail olmaq olar. Təcrübə göstərir ki, nüvə elektrik stansiyaları alternativ enerji mənbələri ilə əvəz edilə bilər. Ona görə də hələlik Azərbaycanın nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə bu sahədə öndə gedən ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlıq etməsi daha çox elmi tədqiqatlar istiqamətində aparılması məqsədəuyğundur.
- Sizcə, Rusiyanın bu layihəni reallaşdırmaq istəyinə Qərb necə yanaşacaq? Fakt budur ki, şimal qonşumuz ABŞ və Avropanın sanksiyaları ilə üz-üzədir və Rusiyanın Azərbaycanın hesabına əlavə milyardlar qazanması müsbət qarşılanmaz. Elə deyilmi?
- Əslində AES məsələsi hələ yalnız təklif olduğundan, Qərb bu məsələni dəqiqləşdirməmiş reaksiya verməz. Hələlik ekspertlərin dili ilə müəyyən mülahizələr ola bilər və var. Ortada konkret bir iş olsa və Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara düşən məqamlar aşkarlansa, onda təbii ki, həmin məsələlər üzrə daha konkret reaksiyalar ola bilər. Ümumilikdə isə məncə, son illər bu məsələ dövriyyədə olsa da, onun AES hissəsi yaxın zamanlarda reallaşan məsələyə oxşamır. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
|