“İstəyirlər ki, Azərbaycanda da rəngli inqilablar baş versin, ölkə xaosa sürüklənsin...” - deputat
Tarix: 8-01-2019, 11:06 | Çap et
![“İstəyirlər ki, Azərbaycanda da rəngli inqilablar baş versin, ölkə xaosa sürüklənsin...” “İstəyirlər ki, Azərbaycanda da rəngli inqilablar baş versin, ölkə xaosa sürüklənsin...”](/uploads/posts/2019-01/1546931244_0001.jpg) ABŞ-ın nüfuzlu “Washington Post” qəzeti uzunmüddətli fasilədən sonra yenidən Azərbaycan iqtidarına qarşı sərt yazı dərc edib. Qəzetin redaksiya heyətinin adı ilə yazılan baş məqalədə blogger Mehman Hüseynovun azad edilməsinə çağırış edilib. Məqalədə Mehman Hüseynovun azad olunmasına çağırış edilməklə yanaşı, Bakıya qarşı sərt ittihamlar irəli sürülür və ABŞ-ın Azərbaycana yeni təyin olunan səfiri Azərbaycan hökumətinə təsir etməyə çağırılır.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, “Washington Post”un yenidən köhnə şakərini yadına salıb Azərbaycanla bağlı qərəzli yazı yazması təəssüf doğurur. B.Sadıqov hesab edir ki, belə bir yazının ortaya çıxmasında Azərbaycanın uğurlarını və müstəqil siyasətini istəməyən dairələrin rolu var: “2018-ci il Azərbaycan üçün çox uğurlu illərdən biri oldu. Azərbaycan yenə iqtisadi cəhətdən qüdrətləndi, siyasi nüfuzu artdı. Azərbaycanın əsas iştirakçısı olduğu transmilli layihələr gerçəkləşdirildi. Azərbaycan yenə müstəqil siyasət yürüdür, iqtisadi qüdrətini artırır, siyasi nüfuzunu yüksəldir, beynəlxalq tədbirlərin keçirildiyi mərkəz statusunu qoruyub saxlayır. Dünya xəritəsində kiçik bir dövlət olan Azərbaycanın bu cür inkişafı, öz müstəqil siyasətini yeritməkdə davam etməsi, heç kimin vassallığını qəbul etməməsi bir çox dairələrin xoşuna gəlmir. Azərbaycanın karbohidrogen ehtiyatlarından hansısa pay uman, güzəştli şərtlərlə Azərbaycana layihələr qəbul etdirmək istəyən dövlətlər, qüvvələr mövcuddur.
Bu sirr deyil. İndiyə qədər də belə olub, bundan sonra da olacaq. Amma Azərbaycan prezidenti cənab İlham Əliyev daim Azərbaycan dövlətinin və xalqının maraqlarını ön planda tutan addımlar atır. Bütün addımları atarkən məhz xalqın maraqlarını təmin eləməyə çalışır və buna nail olur. Təbii ki, bu da bəzi dairələrin xoşuna gəlmir. Azərbaycan ayrı bir təzyiq, təsir vasitəsi tapa bilmirlər, müxtəlif media orqanlarında qarayaxma xarakterli yazılara əl atırlar. İndi həmin “Washington Post" qəzeti Mehman Hüseynov məsələsini o cür qabardır və Azərbaycan hökumətinə öz aləmlərində təzyiq etdiklərini düşünürlər. Mehman Hüseynov məhkəmə qaydasında mühakimə olunub, məhkəmənin qərarı ilə məhkum olunub və cəzasını çəkir. ABŞ-da polisə qarşı müqavimət göstəriləndə və polis hesab edəndə ki, həyatına təhlükə var, dərhal həmin müqavimət göstərən şəxsi güllələyib öldürür. Biz dəfələrlə bu cür faktları görmüşük. Azərbaycanda isə bu cür hallar yoxdur. Mehman Hüseynov polisə xətər yetiribsə, nə edilməliydi? Amerikada bizə qarşı o yazıları yazdıranlar, yazanlar məgər istəyirlər ki, Azərbaycanda polisə müqavimət göstərən şəxsə heç bir cəza verilməsin? Axı belə olduğu halda anarxiya baş alıb gedər. O cür yazının meydana gəlməsi Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyən qüvvələrin işidir.
Lakin bilməlidirlər ki, o cür yazılarla Azərbaycana təzyiq edə və Azərbaycanı öz müstəqil siyasətindən döndərə bilməyəcəklər. “Washington Post” qəzeti zaman-zaman Azərbaycana, Azərbaycan hakimiyyətinə qarşı qərəzli yazılar verir. Hətta bir neçə dəfə “Azərbaycan” qəzeti onların bu cür yazılarına tutarlı faktlarla cavab da verib və sübut edib ki, məsələ sizin qələmə verdiyiniz kimi deyil. Əgər ABŞ-ı insan haqları bu qədər düşündürürsə, onda nə üçün ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi hüquqları Ermənistan tərəfindən pozulan 1 milyon azərbaycanlının hüquqlarının bərpa edilməsində bu cür canfəşanlıq göstərmir?! Niyə bu “Washington Post” bir dəfə də olsun Ermənistanı işğalçı adlandırmır?! Bunları etmirsə, onların insan hüquqları ilə bağlı hansısa yazı yazmağa, məsələ qaldırmağa mənəvi haqları yoxdur".
Deputat həmçinin istisna etmir ki, məlum yazının meydana gəlməsində Azərbaycanla ABŞ-ın münasibətlərini pozmağa çalışan qüvvələrin də rolu ola bilər: “O qüvvələr güclü müsəlman dövlətinin olmasını istəmir. Həmçinin istəmirlər ki, Azərbaycan-ABŞ münasibətləri inkişaf etsin. Həmin qüvvələr istəyirlər ki, Azərbaycanda da rəngli inqilablar baş versin, ölkə xaosa sürüklənsin, Suriyanın və digər xaos hökm sürən ərəb ölkələrinin gününə düşsün, vətəndaş qırğınları baş versin və dövlət dağılsın. Demokratiya və insan haqları adı ilə dövlətlərin daxili işlərinə qarışmaqda onların məqsədi həmişə bu olub”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.website/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
|