Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                 

Əli Kərimli “döyər”, yoxsa İlqar Məmmədov?
Tarix: 29-01-2019, 09:26 | Çap et
Əli Kərimli “döyər”, yoxsa İlqar Məmmədov?
Son zamanlar AXCP sədri Əli Kərimli ilə REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkələrdə daha çox müqayisə edilməyə başlayıb. Xüsusilə bu hal Milli Şuranın 19 yanvar mitinqindən sonra daha çox güclənməyə başlayıb.

Həmin mitinqdə hər iki siyasi lider ilk dəfə tribunada yanaşı dayandılar. Onların çıxışları zamanı İ.Məmmədovun çıxışının Ə.Kərimli ilə müqayisədə sönük görünməsi çoxsaylı müzakirələrə yol açdı, virtual savaş qızışdı. Hər iki partiyanın tərəfdarları öz liderlərinin digərindən güclü olduğu yönündə müqayisələr aparmağa başladılar. Hazırda bu müqayisə səngimək əvəzinə getdikcə güclənir.

Əslində İ.Məmmədov həbsdə olduğu vaxtdan tez-tez belə müqayisələr yaranırdı. Hətta bir neçə dəfə hər iki siyasətçi arasında sorğular belə təşkil olunmuş və o sorğularda daha çox həbsxana amilinə görə REAL rəhbəri qalib gəlmişdi. Amma İ.Məmmədov ötən ilin avqustunda azadlığa çıxdıqdan sonra dəngələr bir anda dəyişməyə başladı...

Siyasi şərhçi Natiq Miri “Yeni Müsavat”a açıqlamasında Ə.Kərimli-İ.Məmmədov müqayisəsinə bu cür şərh verdi: “Bu liderlərin keyfiyyətləri onların məşğul olduqları siyasətdə nəticələri ilə ölçülür. Təbii ki, bu gün AXCP sədri Əli Kərimlinin fəaliyyətini götürsək, bu daha uzunmüddətlidir. Açığı, cəmiyyətin müəyyən təbəqəsi tərəfindən az və ya çox dərəcədə dəstəklənir. Ortada müsbət mənada bir nəticə yoxdursa, 1993-cü ildən, yəni Xalq Cəbhəsi hakimiyyəti devriləndən sonra müxalifət düşərgəsində müxalif lider uğrunda mübarizə aparırsa, burada hansısa bir keyfiyyətdən danışmaq doğru olmazdı. Eyni söz İlqar Məmmədova da aiddir. Çünki REAL Partiyasının sədri bilavasitə AMİP kimi böyük bir partiyanın vaxtilə sədr müavini olub. O da artıq demək olar ki, 30 ilə yaxındır siyasi səhnədədir. Bu siyasi səhnədə olduğu sürəcdə onun adı ilə diqqətləri cəlb edəcək, yaxud ciddi siyasi nəticələr doğura biləcək bir gəlişmə görməmişik. Bütün bunlar onu deməyə əsas verir ki, bundan sonra bu yöndə hər iki siyasi liderdən ciddi mənada nələrsə gözləmək ciddi qəbul oluna bilməz. Biz bunu cəmiyyətin həmin liderlərə münasibətində də görürük. Bilirsiniz ki, cəmiyyətdə hər iki liderə münasibət birmənalı deyil. Bu baxımdan əgər indiki siyasi mübarizə kontekstində düşünürüksə, yeni bir siyasi təşkilata ehtiyac var. Burada söhbət hansısa bir partiya qurmaqdan getmir. Müasir təşkilatlanmadan, yeni bir ideoloji fikirlərin ortaya atılmasından doğan yeni bir liderin olmasına ehtiyac var. Hələlik biz bu gün bunları görmürük.

Bu məsuliyyəti üzərinə götürən hər hansı bir siyasi lideri də müşahidə etmirik. Bilirsiniz ki, indi siyasi nəticələr almaqdan daha çox ölkə daxilində hakimiyyətin müəyyən qanadından maliyyə almaq və xaricdəki bəzi qüvvələrdən, beynəlxalq təşkilatlardan qrantlar almaq fəaliyyəti ilə məşğul olma halları daha çoxdur. O da məlumdur ki, bu liderlər daha çox bu yöndə tanınırlar. Bunun üçün də müxalifət daxilində dağıdıcı, parçalayıcı siyasi amil olaraq xatırlanırlar. Ona görə də müxalifətdə səmimi, bu dağıdıcılıqdan uzaq duran bir siyasətçiyə ölkəmizdə çox böyük bir ehtiyac var. Çox təəssüflər olsun ki, biz hələ ki bunu müşahidə etmirik.

Bu gün Azərbaycanda gedən bütün siyasi proseslərin arxasında dolayısı ilə, yaxud da birbaşa ölkə hakimiyyəti dayanır. Bunu Azərbaycanda hesablamayan, bilməyən yoxdur. Ona görə də bu gün əli hakimiyyətin cibində olan şəxsləri ölkə ictimaiyyətini idarə edəcək, toparlayacaq şəkildə düşünmək doğru olmazdı. Düşünürəm ki, yeni idarəetmə formatında ortaya çıxan, cəmiyyəti toparlayan şəxslər liderliyə iddia edə bilərlər. Əks təqdirdə, düşünmürəm ki, Azərbaycan toplumu bu gün bu liderlərə inanaraq, onların arxasınca gedəcək. Hər iki liderin fonunda gələcək perspektiv də görmürəm. Sadəcə, nə qədər mümkündürsə, hakimiyyət içərisindən bu şəxslərə müəyyən maraqlar nə qədər mövcuddursa, ona qədər bu siyasi liderlər fəaliyyət göstərib, müəyyən manipulyasiyalarla müəyyən maliyyələr əldə edəcəklər. Hakimiyyət bundan imtina etdiyi təqdirdə bu siyasi liderlərin bitəcəyini düşünürəm. Çünki cəmiyyət bu şəxsləri onsuz da birmənalı olaraq qəbul etmir. Çox kiçik zümrə var ki, bunların ətrafında müəyyən maraqlar naminə birləşib fəaliyyət göstərirlər. Onların sayı da çox deyil. Bu narazı elektorat da Azərbaycanda nəyisə dəyişəcək gücdə deyil”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Bu gün, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Bu gün, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Bu gün, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04
"Sənətkar satılmamalıdır"
Bu gün, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru