Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                     Sonunda çanaq öz başlarında çatladı .....                     Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                 

"Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"
Tarix: 21-02-2019, 08:24 | Çap et
"Baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır"
2019-cu ilin ilk iki ayı sosial-iqtisadi islahatlarla yadda qaldı. Ölkə prezidentinin şəhid ailələri ilə görüşü, daha sonra şəhid ailələrinə 11 min manat vəsaitin ödənilməsinə başlanması müsbət bir tendensiyanın başlanğıcı oldu. Şamaxıda baş verən zəlzələnin ardından prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın bu rayona səfəri, sakinlərlə səmimi görüşlər, zərərçəkənlərə yeni evlərin tikilməsi ilə bağlı göstəriş verilməsi də cəmiyyət tərəfindən müsbət qarşılandı. Bunun ardından minimum əmək haqqı kəskin artaraq, 180 manata qaldırıldı. Pensiyalarla bağlı da oxşar addım atıldı, martın 1-dən əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılacaq.

Bu ay ərzində dövlət başçısının yaddaqalan addımlarından biri də Beyləqan rayonuna səfəri, orada əhali ilə keçirdiyi səmimi görüşlər, bu rayonla bağlı verilən qərarlar oldu. Bundan başqa, prezidentin Sumqayıta gəlişi də isti görüntülərlə yaddaqalan oldu.

Siyasi təhlilçilər bütün bunları ciddi açılım kimi dəyərləndirirlər. Bu kurs və atılan məlum addımlar hakimiyyət-müxalifət dialoqunu, yeni münasibətlər sisteminə keçidi də aktuallaşdırırmı?

Qeyd edək ki, Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoq, aktual mövzuların bir araya gələrək müzakirə edilməsi təcrübəsi var. Son illərdə bu təcrübənin ən parlaq və geniş müstəvini əhatə edən nümunəsi kimi 2015-ci il parlament seçkiləri öncəsi hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərləri arasında ard-arda keçirilən görüşləri xatırlamaq kifayətdir. Hər kəsin müsbət qiymətləndirdiyi o zamankı dialoq prosesi nədənsə sonradan dayandı.

VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, həqiqətən də hakimiyyət İlham Əliyevin timsalında siyasi dinamiklik nümayiş etdirir: “Belə davranış mövcud komanda üçün xarakterik deyil. Bir sıra daxili və xarici reallıqlar belə addımları şərtləndirir, fikrimcə. Səbəbin nə olmasından asılı olmayaraq, baş verən hadisələri müsbət qiymətləndirmək lazımdır.

Amma bununla yanaşı, diqqətli olmaq zəruridir. Belə yumşalmalar ictimai diqqəti azdırmaq üçün də ola və müvəqqəti xarakter daşıya bilər. Bütün güzəştlərin mabədi siyasi islahatlar olmalıdır. Çünki digər geriləmələrin daimiliyini siyasi sistem müəyyən edir. Orada dəyişim olmasa, transformasiya aldadıcı ola bilər. Siyasi dəyişikliklər isə bir neçə addımda görünə bilər. Misal üçün, dialoq, Seçki Məcəlləsinin dəyişikliyi, seçkidə siyasi iradəni nümayiş edəcək mövqe və sair. İnanmaq istəyirəm ki, atılan addımların ardınca bu addımlar da olacaq".

AĞ Partiyanın sədri Tural Abbaslı da bildirdi ki, iqtidarın siyasətini nisbətən dəyişmək xətti tutduğu görünür. Bu dəyişim cəhdləri hələlik özünü ancaq əhali ilə birbaşa təmasda və əhalinin sosial problemlərinin həllində göstərir: “Biz bir müxalifət partiyası olaraq təbii ki, bu yöndə olan müsbət addımları təqdirəlayiq hesab edirik. Eyni zamanda bu tədbirlərin qısa bir müddətə hesablanmış kiçik siyasi addımlar deyil, köklü sosial, iqtisadi, siyasi islahatların başlanğıcı olmasını arzulayırıq. Təəssüf ki, sosial, iqtisadi sahədə edilən nisbi açılımlar hələlik siyasi səhnədə özünü göstərmir. İstər siyasi məhbuslar, istər azad mətbuat, istər sərbəst toplaşma azadlığı, istərsə də siyasi partiyaların fəaliyyətlərini stimullaşdıracaq addımlara, islahatlara ehtiyac var. Bütün bu sadaladığım sahələrdə müsbətə doğru açılımlar və islahatlar olmasa, digər sosial, iqtisadi açılımların faydası az olar. Əgər hakimiyyət bu və ya digər səbəbdən islahatlara qərar veribsə, bu, tam və köklü edilməlidir, siyasi sahəni də əhatə etməlidir. Təbii ki, burada hakimiyyətlə müxalifət arasında normal, sivil ölkələrdə olduğu kimi dialoq qurulmalıdır. Siyasi münasibətlər sistemində dəyişikliklər edilməli və partiyaların ölkə həyatındakı rolu artırılmalıdır. Sözün həqiqi mənasında çoxpartiyalı sistemin mövcudluğu təmin olunmalıdır”.

AMİP katibi Əli Orucov da qeyd etdi ki, İlham Əliyev bir sıra sosial-iqtisadi problemlərin çözülməsi ilə bağlı əməli addımlar atmaqdadır. AMİP bunu təqdir etməklə bahəm, prosesin davamlı olmasını, siyasi sferanı da əhatə etməsini istəyir: “Nəzərə almaq lazımdır ki, iqtidarın vəzifəsi xalqa xidmət etmək, ona layiqli həyat şəraiti təmin etmək, dövləti normal idarə etməkdir. Bunu ölkə rəhbəri də açıq bəyan edir. Mən prezidentin son dönəmlərdəki fəaliyyətini kölgəyə salmaq niyyətində olmasam da, hesab edirəm ki, siyasi sistemdə də islahatlar olandan sonra bunları köklü islahatlar kimi qiymətləndirmək daha düzgün olacaq. Çünki ölkədə həm də siyasi və idarəetmədə, siyasi institutlarda ciddi problemlər qalmaqdadır. Bunlar bir-birini tamamlamasa, paralel getməsə, sosial-iqtisadi sahədə də arzu edilən ciddi uğurlar qazanmaq mümkün olmaz. Ölkədə siyasi dialoq, qarşılıqlı hörmət və etimad mühiti yaradılmalıdır. Başladılan islahatları davamlı, daha dərin qatlara aparmaq, eləcə də hakimiyyət daxilindəki bəzi mürtəce qüvvələrin müqavimətini dəf etmək üçün mütərəqqi qüvvələrə, konstruktiv müxalifət düşərgəsinin yardımına ehtiyac duyulacaq. Bu zərurətdir. Ona görə də iqtidar-müxalifət dialoqu qaçılmazdır. Əslinə qalsa, iqtidar-müxalifət dialoqu mütəmadi olmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Dünən, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Dünən, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Dünən, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Dünən, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Dünən, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Dünən, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Dünən, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Dünən, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Dünən, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Dünən, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Dünən, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Dünən, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Dünən, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru