Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                 

"Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin"
Tarix: 14-03-2019, 08:54 | Çap et
"Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin"
Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycana səfər etmək niyyətində olan ölkə vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda deyilir ki, Azərbaycanın Sərhəd Xidməti Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini əsas gətirərək erməni milliyyətinə mənsub olduğu birbaşa və ya dolayısı ilə bilinən şəxsləri-vətəndaşlığından asılı olmayaraq ölkəyə buraxmaqdan imtina edir. Bu, həmin şəxslərin təhlükəsizliyini təmin etməyin mümkünsüzlüyü ilə əsaslandırılır.

Bəyanatda sonra qeyd edilir ki, Rusiya tərəfi Rusiya Federasiyası vətəndaşlarını etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoymağın yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə müraciət etsə də, bu müraciətlərə etinasız yanaşılır: “Qeyd olunan vəziyyəti nəzərə alaraq Azərbaycana səfər etməyi planlaşdıran Rusiya vətəndaşlarına mümkün riskləri dərindən götür-qoy etməyi təkidlə tövsiyə edirik”.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, bu, Rusiya Xarici İşlər Nazirliyində hörümçək toru qurmuş tam və yarı ermənilərin növbəti təxribatıdır. Rusiyadan Azərbaycana turist axınının olması, ölkəmizə turizm və işgüzar məqsədlərlə səfər edən Rusiya vətəndaşlarının vətənimizlə bağlı xoş təəssüratlarını dilə gətirmələri Ermənistan Xarici İşlər Nazirliyi ilə sinxron rejimdə çalışan Rusiya XİN-in bəzi dairələrini narahat edir: “Azərbaycan Rusiya vətəndaşının pasportu ilə ölkəmizə səfər edən, əslində isə həm də Ermənistan vətəndaşı olan şəxsləri ölkəmizə buraxmır və bu mövqe tamamilə hüquqi əsasları olan bir mövqedir. Rusiya vətəndaşının pasportunu daşıyan əksər ermənilərin ikili vətəndaşlığı var. Rusiya qanunvericiliyi ikili vətəndaşlığı yasaq etmir, Ermənistan qanunvericiliyi isə təşviq edir. İndi Rusiya Xarici İşlər Nazirliyinin qərəzli, Azərbaycana düşmən kəsilmiş nümayəndələri bunu ”etnik əlamətə görə ayrı-seçkilik" kimi qiymətləndirirlərsə, bu onların öz problemidir. Yaxşı olardı ki, Rusiya Ermənistandakı etnik ayrı-seçkiliyə nəzər yetirsin. Ermənistanda Rusiyanın hərbi bazalarında çalışan Rusiya vətəndaşları istisna olmaqla, 1 nəfər də olsun rus və qeyri-millətin nümayəndəsi yaşamır. Bu ölkədə Rusiyaya və rus dilinə olan münasibət də ortalıqdadır. Erməni əsilli Rusiya vətəndaşlarının böyük əksəriyyətinin eyni zamanda Ermənistan vətəndaşlığı da var. Əgər təxminən 30 dəqiqə ərzində bu rəqəmləri hesablayıb nəticə çıxarmaq mümkündürsə, deməli, bunu Rusiyanın müvafiq dövlət qurumlarında kök salmış ermənilər və onların havadarları da çox yaxşı bilirlər. Onu da yaxşı bilirlər ki, Azərbaycan məhz bu amili nəzərə alıb işğalçı ölkənin vətəndaşlarını öz sərhədlərindən içəri buraxmır".

YAP-çı deputat Elman Nəsirov bildirdi ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanat real həqiqətlə-Rusiya-Azərbaycan münasibətləri ilə ziddiyyət təşkil edir: “Bu cür bəyanat və çağırış Rusiya-Azərbaycan münasibətlərinin yüksək strateji tərəfdaşlıq səviyyəsi ilə daban-dabana ziddir. Rusiyanın Xarici İşlər Nazirliyi unutmamalıdır ki, Azərbaycan dövlətinin rəhbəri müstəqil xarici siyasət kursu həyata keçirir və bu səbəbdən də Qərbin anti-Rusiya sanksiyalarına Azərbaycan qoşulmayıb. Buna görə də Qərbdən çoxsaylı təzyiqlərlə üz-üzə qalmışıq. Azərbaycan dövlətinin rəhbəri qətiyyətli mövqe ortaya qoyub və Rusiya ilə mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin fəlsəfəsindən çıxış edərək Rusiya əleyhinə olan heç bir təşəbbüsə qoşulmayıb. Azərbaycanla Rusiyanın prezidentləri arasında çox sıx dostluq münasibətləri var. Bu münasibətlər sınaqdan çıxmış münasibətlərdir. Odur ki, Rusiya XİN-in yaydığı bəyanat Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsində, ruhuna uyğun gəlmir və iki arasında münasibətlərə kölgə salmaq məqsədi güdür. Təəssüf ki, bu yeni hadisə deyil. Bir müddət əvvəl də Rusiya XİN-in sözçüsü Mariya Zaxarova oxşar bəyanatla çıxış etmişdi. Bir çox hallarda Rusiya XİN bütövlükdə dövlətinin strateji maraqlarını deyil, bu nazirlikdə işləyən bəzi məmurlar dar erməni maraqlarına xidmət edirlər”.

Deputat hesab edir ki, Azərbaycan XİN bu qərəzli bəyanatla bağlı mövqeyini ifadə eləməli və məsələ ilə bağlı Rusiya ilə təmaslar gücləndirilməlidir: “Eyni zamanda parlamentimiz də bu məsələ ilə bağlı fəallığı artırmalıdır. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun da bu məsələ ilə bağlı fəaliyyəti olmalıdır. Bəyan edilməlidir ki, Rusiya XİN-in bu addımı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərə xələl gətirir. Hər halda, bu məsələlərə aydınlıq gəlməlidir. Keçən il Azərbaycana 2 milyon 800 min turist gəlib. Onların təxminən 800 mindən çoxunu Rusiyadan gələn turistlər təşkil edib. Rusiyalı turistlər dəfələrlə bəyan ediblər ki, Azərbaycan qədər təhlükəsiz, sabit, onların özlərini rahat hiss etdikləri ölkə yoxdur. Ona görə də Rusiya XİN-də müəyyən adamların süni şəkildə problem yaratmağa çalışması yanlışdır”.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Rusiya XİN-in bu bəyanatı iki ölkə arasındakı əməkdaşlığın əleyhinə yönəlib. Halbuki iki dövlət arasında iqtisadi əməkdaşlıqda problem yoxdur: “Elə bu bəyanatın yayıldığı gün Bakıda iki ölkənin ticarət əməkdaşlığı və qarşılıqlı investisiyalar barədə toplantısı keçirilirdi. Azərbaycana ən çox turist Rusiyadan gəlir. İndi isə Rusiya XİN vətəndaşlarına bildirir ki, Azərbaycana getməyin. Bu həm də ”Azərbaycanın gəlirlərini artırmayın" deməkdir. Moskva vaxtilə eyni siyasəti Türkiyəyə qarşı istifadə etmişdi. Rusiya-Türkiyə münasibətlərinin gərgin olduğu dövrdə Rusiya XİN öz vətəndaşlarına müraciət edərək Türkiyəyə getməməyi məsləhət bilmişdi.

Rusiya ilə Azərbaycan arasındakı münasibətlər süni olaraq gərginləşdirilir. Kreml erməni separatçılarının Moskvada toplantısına icazə verməyə bilərdi. Digər tərəfdən, Azərbaycana buraxılmayan bir neçə erməni mənşəli Rusiya vətəndaşına görə Rusiya XİN kəskin bəyanat yayınlamaya bilərdi.

Ermənistan Azərbaycan torpaqlarını işğal edib, Xocalı və digər soyqırımlar törədilib. Bu baxımdan Azərbaycana gələn istənilən erməni təhlükəsizlik problemləri ilə üzləşə bilər. Buna baxmayaraq, son illər ərzində Azərbaycana müxtəlif ölkələrdən ermənilər gəlib. Sadəcə, bu haqda onlar Azərbaycanın dövlət strukturlarına əvvəlcədən xəbər veriblər və səfərin məqsədini açıqlayıblar. Həmin ermənilərin gəlişinə şərait yaradılıb. Həmin ermənilər Bakıda olub, onların təhlükəsizlikləri təmin olunub, heç bir problemlə üzləşməyiblər. Bakıya xəbərsiz gəlmək istəyən istənilən erməni isə obyektiv olaraq Azərbaycanın təhlükəsizlik orqanlarında suallar yaradır. Niyə gəlib? Məqsədi nədir? Rusiyada yaşayan azərbaycanlının Ermənistana səfərini təsəvvür etmək olarmı? Belə hal olmayıb. Çünki istənilən azərbaycanlı bilir ki, bilet alıb Ermənistana getsə, ciddi problemlərlə üzləşəcək. Belə olan halda Rusiyada yaşayan erməni Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana niyə səfər etmək istəsin? Deməli, Azərbaycana əvvəlcədən məlumat vermədən gəlmək istəyən erməninin gizli niyyəti var".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru