AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                 

“Hesabat anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır” - deputat
Tarix: 15-03-2019, 08:19 | Çap et
“Hesabat anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır”
ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Azərbaycana aid olan 40 səhifəlik hesabat kifayət qədər sərtdir.

Bildirilir ki, Azərbaycanda həbs edilən şəxslərə işgəncələr verilir. Cinayət törətməyən şəxslərin boynuna cinayəti yükləmək və ya əlavə cinayət maddələri tətbiq etmək üçün işgəncələrdən istifadə edildiyi qeyd olunur. Dəyənəklə ayaqların altına vurulması və bədənə elektrik şoklarının verilməsi kimi işgəncə metodlarının olduğu vurğulanır.

Hesabat Azərbaycanda kifayət qədər sərt qarşılanıb. Bir müsbət faktın belə yer almadığı 40 səhifəlik hesabatın qərəzli hazırlandığı bildirilir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesabata sərt reaksiya nümayiş etdirdi: “Təəssüf edirəm ki, Amerika kimi nüfuzlu bir ölkənin Dövlət Departamenti Azərbaycana qarşı hesabatlarda ifadə etmiş olduğu və həqiqəti əks etdirməyən qərəzli münasibətini davam etdirməkdədir. Bu hesabat ölkəmizdə gedən prosesləri olduğu kimi əks etdirmir. Əksinə, çox ciddi qərəz var. Burada Azərbaycanın demokratik inkişaf yoluna, sədaqətinə atılan böhtan var. Mənə elə gəlir ki, həmişə olduğu kimi, bu hesabatda da ”erməni barmağı" var. Erməni diasporasının maliyyəsi əsasında bir çox ölkələrdə, o cümlədən Amerikada, onun dövlət strukturlarında erməni lobbisi fəaliyyət göstərir, onların təsiri altında bu cür hesabatlar yazılır, dövriyyəyə buraxılır. Azərbaycan demokratik inkişaf yoluna sədaqətini nümayiş etdirməkdədir. Demokratik dəyərlərin ölkəmizdə tətbiq olunması üçün istər prezident, istər qanunlarımızın qəbulu baxımından Milli Məclis, istərsə də ayrı-ayrı qurumlar çərçivəsində görülən işlər göz qabağındadır. Bu gün Azərbaycan azad ölkələrdən biridir. Ölkəmizdə söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququ var. Siyasi mövqeyindən asılı olmayaraq istənilən vətəndaşımız öz fikirlərini ifadə edir. Hətta deyərdim ki, bütün əxlaqi dəyərlərdən uzaq olan sosial şəbəkələrdə fikirlər də ifadə olunur. Azərbaycanda heç bir siyasi partiya və onun funksionerləri, vətəndaş cəmiyyətinin üzvləri, KİV-lərin təmsilçiləri baxışlarına, yazı və fikirlərinə görə təqib olunmur, onlar haqqında hesabatda deyildiyi kimi işgəncə halları yoxdur.

Azərbaycan hüquqi dövlətdir. Burada kimliyindən asılı olmayaraq hər bir vətəndaş törətmiş olduğu cinayət əməlinə hüquqi qiymətini almalıdır. Bütün dünyada olduğu kimi, ölkəmizdə də hüquqi dövlətin başlıca fərqləndirici cəhəti qanunun aliliyidir, qanun qarşısında hər kəsin məsuliyyət daşımasıdır. Başqa ölkələrdən fərqli olaraq bu gün Azərbaycanda unikal bir davranış var. Əsası Heydər Əliyev tərəfindən qoyulan humanist, yəni cinayətə törətdikləri üçün məhkum edilən şəxslərin əfv sərəncamları ilə azad olunmaları ənənəsi var. Ölkə prezidenti bu ənənəni davam etdirməkdədir. Yaxınlarda əfv sərəncamı gözlənilir. Bununla bağlı hüquq müdafiəçilərinin də açıqlamaları var. Görünən budur ki, xeyli sayda vətəndaşlarımız azadlığa çıxacaq. Onların içərisində ən müxtəlif insanlar var. Siyasi partiya təmsilçiləri və digər cinayət törədənlər var ki, onların azad olunması gözlənilir. Bu ənənə başqa ölkələrdə yoxdur. Təəssüf edirəm ki, bu ənənənin üstün keyfiyyətlərini departamentdə ya görmürlər, ya da görməməzliyə vururlar. Mənə elə gəlir ki, Amerikanın ciddi qurumlarından sayılan Dövlət Departamenti məsələləri araşdırıb fikrini ifadə etsəydi, bu həmin qurumun imicinə üstünlük gətirərdi, nüfuzu artardı. Bu cür yanaşmalar onun nüfuzuna ciddi zərbə vurur. Belə hesabatlar Azərbaycanı istəməyən, ölkəmizə düşmən kəsilən anti-Azərbaycan və onun içərisində yer alan antimilli qüvvələrin yalan dosyeləri əsasında hazırlanır".

Deputat ABŞ Dövlət Departamentini ikiüzlülükdə ittiham etdi: “ Bizim üçün çox maraqlıdır, görəsən, bu gün Avropada gedən proseslər, xüsusilə Fransada 10 nəfərin ölümü, 7 mindən çox insanın həbsi ilə müşayiət olunan, ötən ilin noyabrından Fransada başlayan xalq hərəkatının hökumət tərəfindən amansızlıqla yatırılmasına edilən cəhdlər, atılan addımlar həmin hesabatda öz əksini tapıbmı? O hadisələrə olduğu kimi qiymət verilibmi? Məncə, belə deyil. Bu bir daha onu göstərir ki, Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirilir. Ölkəmizə qarşı təzyiqlər və təhdidlər artıq ənənə şəklini alıb. Məncə, Amerikada yaşayan dostlarımızın Azərbaycanla birlikdə səyləri nəticəsində ölkələrarası əlaqələrə xələl gəlməyəcək. Dövlət Departamenti Azərbaycan-Amerika münasibətlərinin daha yüksək səviyyədə qurulmasına, xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsinə xidmət edən fikirlərini hesabatlarda ifadə etsinlər. Bu, məncə, çox ədalətli olardı”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Dünən, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Dünən, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru