Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                 

Müxalifət cəbhəsində “xain axtarışları” - REAL-a sərt ittihamlar
Tarix: 9-04-2019, 09:10 | Çap et
Müxalifət cəbhəsində “xain axtarışları”
REAL Partiyası ilə Milli Şura arasındakı savaş qızışır. Partiya rəhbəri İlqar Məmmədovun məlum statusundan sonra başlayan, partiyanın nümayəndə heyətinin Brüssel səfəri və Avropada yaşayan sabiq səfir Arif Məmmədovun buna sərgilədiyi mövqe ilə davam edən qarşıdurma hər keçən gün əndazədən çıxır.

Hər iki düşərgə funksionerləri səviyyəsində bir-birinin ünvanına ən ağır ittihamlar, hətta təhqirlər belə səsləndirirlər. MŞ rəhbərliyi və tərəfdarları açıq şəkildə REAL-ı deputat mandatı almaq üçün hakimiyyətlə işbirliyində ittiham edirlər, hətta partiyadan 2-3 nəfərin üzümüzə gələn parlament seçkilərində deputat olacağı barədə fikirlər səsləndirirlər.

Brüssel səfərində iştirak edən REAL-ın icraçı katibi Natiq Cəfərlinin son statuslarından biri belədir: “REAL-a ilk olmayan, amma son bəsit hücum cəhdinin bircə açması, izahı var: Uzun illər müxalif camiə cəmiyyətə gizli-açıq mesaj verirdi ki, ölkədə dəyişiklik üçün mütləq ABŞ-Avropa dəstək verməlidir, yoxsa bu iş olmaz. Sədrimiz İlqar Məmmədov həbsdə olanda Qərb ölkələrindən və təşkilatlarından gələn ciddi dəstəyə qıcıq olurdular, nədən ona bu qədər diqqət olduğundan narahat idilər. Sonra gördülər ki, REAL təmsilçiləri tez-tez beynəlxalq tədbirlərə dəvət alırlar, elə son 1 ildə 10-a yaxın xarici səfərdə olmuşam, AB ölkələrində müxtəlif tədbirlərə qatılmışam. Hər görüşdən sonra başqa dəvətlər alırdıq.

Son Avropa Birliyinin paytaxtı Brüsselə AB-nin Azərbaycan səfirliyinin texniki dəstəyi ilə baş tutan səfərimizin əks-sədası ona görə dinmir ki, bəziləri təşvişə düşüb, elə bilir ki, Qərb REAL-ı hakimiyyətə gətirir, bunlar isə kənarda qalıblar - olanlar kor və dar qısqanclıqdan, siyasi paxıllıqdan başqa bir şey deyil".

MŞ Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli REAL-ı deputat mandatı qazanmaqda ittiham edib. Bu zaman xanım siyasətçiyə deputat olduğu dönəm xatırladılıb. MŞ funksioneri həmin illərdə ölkədə azad seçki mühitinin olduğunu və bu səbəbdən deputat seçildiyini bildirib. N.Cəfərli isə ona bu cür cavab verib: “Deməli, hörmətli Gültəkin xanım iddia edir ki, 2000-ci və 2005-ci ildə ölkədə azad seçki olub və rəqabətli mühitdə qalib gələrək parlamentdə yer qazanıb? Bəs necə olur ki, dəfələrlə özü də, MŞ rəhbərliyi də israrla ölkədə hakimiyyətin razılığı olmadan mandat almağın mümkünsüzlüyünü qeyd ediblər? Hansına inanaq? Gültəkin xanım mandatını halal qazanıb, başqa YAP-çılar saxtakarlıqla?”

Qarşıdurmaya MŞ-nin Koordinasiya Şurasının digər üzvü Eldəniz Quliyev də qoşulub. Kinodramaturq bu statusu paylaşıb: “REAL-çıların ağappaq yalana qıpqırmızı demək məharəti təəssüf doğurur. ”Azad söz" səhifəsində Natiq Cəfərli ünvanıma böhtan ataraq ərz elədi ki, Milli Şuranın rəhbərliyind? təmsil olunan Eldəniz Quliyev məni təhqir edib, barəmdə söyüş dolu ifadələr işlədib. İsrarla tələb edirəm: əgər belə bir fakt varsa, qoy, Natiq Cəfərli buyurub təqdim etsin. Əks-təqdirdə, yəni Natiq Cəfərli yalançı çıxmasın deyə, etmədiyim təhqiri və işlətmədiyim söyüşləri doğrultmaq məcburiyyətində qalacam".

REAL rəhbəri də susmur. REAL-ın İdarə Heyətin üzvü Erkin Qədirli onları satqınlıqda ittiham edənlərə sərt status həsr edib: “Cəbhəçilər REAL-ı dediklərinin nə anlama gəldiyini düşünmədən satqınlıqda ittiham edirlər. Bu söhbətə o qədər alışıblar ki, söhbətin REAL-a ən azı texniki baxımdan aid oluna bilməyəcəyini anlamırlar. Bir neçə yerə (AXCP, KXCP, BXCP və s.) bölündüklərini, aralarından YAP-a keçmiş olanları və s. nəzərə alsaq, cəbhəçiləri ”satqınlıq" mövzusuna bu qədər həssas yanaşdıqlarını anlamaq olar. Hərçənd o biri yandan, cəbhəçilərin kiminləsə yaxşı münasibətdə olduğunu da demək olmur. Hamıyla münasibətlərini pozurlar, ünsiyyət qura bilmirlər. Bir partiya adı çəkə bilərsinizmi AXCP ilə yaxşı münasibətdə olduğunu açıq və əminliklə söyləyə bilsin? Hamını damğalayırlar. 2013-cü ildə Milli Şuranın yaradılmasıyla bağlı danışıqların getdiyi dönəmdə biz REAL olaraq, təməl şərtləri və prinsipləri razılaşdırmağı, qırmızı xəttləri cizməyi, anlaşma imzalamağı təklif etmişdik. AXCP isə “geniş koalisiya” qurmaqdan danışırdı, hamını bir çətir altına yığmağa çalışırdı. Biz belə yanaşmayla razı olmadığımızdan Milli Şuraya qoşulmadıq. Cəbhəçilər hər yerdə deyirlər ki, guya REAL iqtidarla anlaşıb, bizə parlamentdə yer, ya da başqa vəzifələr vəd ediblər və s. Bu, yalandır. Bizim seçki strategiyamızda parlamentdə nəyin bahasına olursa-olsun yer almaq kimi bir yanaşma yoxdur. Biz heç bir bazarlamada iştirak etmirik. Örnəyi, İlqar Məmmədovun və Rəsul Cəfərovun üzərində məhkumluq var, onlar seçkilərə qatıla bilməyəcəklər. Bu gün hakimiyyətə qarşı dirəşdiklərini söyləyənlərin arasında iqtidarın özündən çeşidli vəzifə, mandat, pul və s. alanların REAL-a “biz o yolu keçmişik” deməsi ikrah doğurur. REAL siz getdiyiniz yolla getmir. Biz iqtidarı söymürük, ona düşmən gözlə baxmırıq, ondan pul, vəzifə və s. istəmirik, heç zaman da belə təkliflərə razılaşmadıq, kimsəni aldatmadıq. REAL-a satqın damğası yapışmaz".

Araşdırmaçı jurnalist Xədicə İsmayılın son statusu kifayət qədər diqqət çəkir. O hesab edir ki, REAL-ın timsalında hakimiyyət yeni müxalifət yaradır: “Arif Məmmədovun sübut edə bilmədən yazdığını da, Erkin Qədirli və Natiq Cəfərlinin də özlərinicə təkzib edən açıqlamalarını da beynimdən sildim. İlqar Məmmədovun bugünkü bloqunu oxudum. Parlamentdəkiləri müxalifət kimi sırımaq mümkün deyildi daha, hökumətə və onunla razılaşan Avropa siyasətçilərinə müxalifətdən istinad nöqtəsi lazım idi. Tapdılar!

Avropa Komissiyasından gələn bütün heyətlərə, ciddi insan haqları problemləri həll olunmadan bu sazişə imza atmayın deyirdik. Fürsətdir və açılımların açarı bu danışıqlardadır deyirdik. Vətəndaş Cəmiyyətinin fəaliyyəti bərpa olunmayınca, şəffaflığı təmin edən sistemlər işə düşməyincə imzalamayın deyirdik.

Erkin bəy və Natiq bəyin mövqeləri zatən bəllidir. Hər zaman görünməyən sıçrayış və islahatlardan, hökumət daxilindəki mifik qarşıdurmadan danışırlar. Brüsseldə də fərqli bir şey danışmayıblar. Daxili auditoriyaya nə yedirtmək istədikləri də mənə maraqlı deyil. Amma indi ziyanı azaltmaq lazım idi.

Çarəsi bu idi ki, partiya sazişin imzalanması üçün olmazsa olmazları ifadə edən bir bəyanat versin və mövqeyini həm burada, həm də Erkin və Natiq bəylərin görüşdüyü şəxslərə, həm vaxtilə bizim çağırışlarımıza səs verərək qətnamə qəbul edən Avropa Parlamentarlarına göndərsinlər ki, nə olur-olsun, imzalansın, mövqeyində müxalifət partiyası REAL-a istinad olunmasın. İlqar Məmmədov isə nə olur-olsun, imzalansın anlamına gələn bloq yazıb, hökumət üçün istinad yeri olmağa razılıq verdi. Yeni sistem müxalifətimiz mübarək".

Düşərgələr arasındakı bu qarşıdurmanın baş rolunda dayanan şəxslərdən biri də Fransada yaşayan qəzetçi Qənimət Zahiddir. O, A.Məmmədovu müdafiə edən bu statusu paylaşıb: “Bir dəstə adam ortaya düşüb, Arif Məmmədovdan Brüsseldəki söhbətin mənbəyini açıqlamasını istəyir. Aydın deyilmi ki, Arif bəy istinad etdiyi tanışının adını çəksə, bu həmin diplomatın işini itirməsilə də nəticələnə bilər? Arif bəy 20 ilin diplomatı bunu bilmirmi? O, heç deyərmi ki, filan diplomat mənə danışıb, bu xidməti söhbətin detallarını?

Arif bəyin dediklərində sizi yandırıb tökən hansı fikirdir? Siz axı həmin cəfəng fikirləri Azərbaycanda da deyirsiz, yazırsız, həm də təkrar-təkrar. Sadəcə, indi ictimai rəy üstünüzə gəlir ki, necə adınızı müxalifət qoyub, hökumətlə birlikdə müxalifətə müxalifətçilik edirsiz? Bu suala isə cavab vermək lazımdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru