!["Maliyyə amnistiyası elan edək, bəzi insanlar ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar" "Maliyyə amnistiyası elan edək, bəzi insanlar ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar"](/uploads/posts/2019-06/thumbs/1561624162_0001.jpg)
“Biz maliyyə amnistiyası elan etməliyik”.
APA-nın məlumatına görə, bunu bu gün millət vəkili Tahir Kərimli Milli Məclisin növbədənkənar sessiyasının iclasında bildirib.
"Maliyyə amnistiyası elan edək, bəzi insanlar ölkədən çıxardıqları vəsaitləri gətirib Azərbaycana sərmayə qoysunlar”, - deyə o qeyd edib.
T. Kərimli bildirib ki, qarşıdan bələdiyyə seçkiləri gəlir: “Xahiş edirəm ki, büdcədəki artımın yarımca faizi partiyalara ayrılsın. Bu, tək mənim deyil, bir neçə partiyanın təklifidir”.