![REAL üzvünün ölkədən çıxışına qoyulan qadağa götürülüb REAL üzvünün ölkədən çıxışına qoyulan qadağa götürülüb](/uploads/posts/2019-07/thumbs/1562934630_0001.jpg)
“Respublikaçı Alternativ” Partiyasının (REAL) üzvü Azər Qasımlının ölkədən çıxışına qoyulan qadağa götürülüb.
APA-nın xəbərinə görə, bu barədə A. Qasımlı özünün “Facebook” səhifəsində məlumat verib.
O qeyd edib ki, Nəsimi Rayon Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin tərəfindən ölkədən çıxışına 3 il əvvəl qoyulan qadağa ləğv edilib.