“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                 

"Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki..." - deputat
Tarix: 17-07-2019, 10:04 | Çap et
"Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki..."
“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a müsahibəsində deyib.

Növbədənkənar seçki ehtimalının nə dərəcədə real olub-olmadığına gəldikdə, Q.Həsənquliyev bildirib ki, bunu prezidentdən başqa heç kim birmənalı şəkildə deyə bilməz: “Bu, daha çox prezidentin iradəsindən asılı olan məsələdir”.

Hakimiyyət təmsilçiləri tərəfindən dəfələrlə bildirilib ki, parlament seçkiləri öz vaxtında, 2020-ci ilin noyabrında keçiriləcək. Lakin yenə də növbədənkənar seçkilərlər bağlı məlumatlara rast gəlinir. Bu arada Milli Məclis üzvlərinin sayının artırılması, proporsional seçki sisteminin bərpasından da danışılır. AXP sədri Pənah Hüseyn Sfera.az-a açıqlamasında parlamentin qarışıq sistemlə seçilməsinin daha düzgün olduğunu deyib. “Bu istiqamətdə köklü islahatlar və dəyişikliyə doğru bir qrup siyasi partiyanın müzakirə etdiyi sənəd mövcud idi. Həmin sənəddə Milli Məclis üzvlərinin sayının artırılması məsələsi bir sıra partiyalar tərəfindən gündəmə gətirilib. 1995-ci ilə nisbətən indi Azərbaycan əhalisinin sayı 40 faiz artıb. Ona görə də Milli Məclisdəki 125 üzvün bəziləri 150, digərləri də 200-ə qaldırılmasını təklif edirlər. Həmçinin bütün parlament üzvlərinin proporsional sistemlə, habelə yarıbayarı olmaqla qarışıq, majoritar sistemlə seçilməsi ideyası da gündəmdədir. Fikrimcə, parlament üzvlərinin seçilməsində qarışıq sistemin olması daha məqbuldur. Bu halın baş verməsi siyasi partiyaların inkişafına, həm də demokratikləşmə prosesinə müsbət təsir edəcək” - P.Hüseyn deyib.

Deputat Fazil Mustafa da sözügedən istiqamətdə səslənən fikirlərlə ümumən razıdır: “Fikrimcə, seçkilər yarı proporsional, yarı majoritar sistemlə keçirilməlidir. Bu olsa daha yaxşı olar. Ancaq bu kimi dəyişikliklərin olması barədə hər hansı bir fikir eşitməmişəm. Tam proporsional olsa da qoy olsun, fərqi yoxdur. Bu partiya demokratiyasını inkişaf etdirəcək”.

Qeyd edək ki, REAL sədri İlqar Məmmədov özünün facebook səhifəsində hakimiyyətin parlament üzvlərinin sayının artırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə müzakirələr keçirdiyini iddia edib.

Mövzu ilə əlaqədar YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırdı:

- Siyavuş bəy, hakim partiyanın növbədənkənar seçki çağırmaq planı varmı? Bununla bağlı müzakirələr aparılırmı?

- Buna zərurət yoxdur. Bir məsələ ilə bağlı o vaxt addım atılır ki, zərurət yaranır. Bu il görürsünüz, parlament nə qədər məhsuldar işlədi. Hətta iyulun 15-dək işlədi. Hansı ki, iyulun 1-də parlamentin plenar iclasları bitirdi. Ancaq bu dəfə 15-dək işlədi. Qanunlar qəbul olunmalı idi ki, əhalinin rifah halı yaxşılaşsın, sosial problemlər həllini tapsın. O vaxt hansısa qurumu buraxırsan ki, lazımsız olur. Yoxsa bizim parlament normal işləyir. Bu söhbətləri ortaya atan adam bunu zəruri edən məsələlərdən danışmır. Demir ki, parlamentin buraxılmasını zəruri edən nədir? Kiminsə parlamentə seçilməyə arzu-istəyi varsa, bir az səbr eləsin. Seçkiyə cəmisi 1 il qalıb. Yəni 1 il səbr eləyə bilmirlər? Hələ o da seçilsə... (Gülür) Hələ ki gündəmdə belə bir məsələ yoxdur.

- Bəs parlament üzvlərinin sayının artırılması təşəbbüsünə necə baxırsınız? Belə yanaşmalar var ki, əhalimizin sayı artdığı üçün parlamentin say tərkibində də dəyişiklik edilməlidir, Milli Məclis 150, yaxud 200 nəfərdən ibarət olmalıdır. Bu barədə nə deyə bilərsiniz?

- Bütün bunlar hamısı referendumla qəbul olunan məsələlərdir. 1995-ci ildə keçirilən referendumla say müəyyənləşdirilib. İndi bununla əsaslandırırlar ki, o vaxt əhalinin sayı 7,5 milyon idi, indi artıb, 10 milyon olub. Məgər Amerikada, ya Böyük Britaniyada əhalinin sayı artmayıb? Amma ötən əsrdə konqresmenlərin sayı nə qədər idisə, o qədər də qalıb. Say artdıqca seçici sayı da artır. Əvvəl 37-40 minə 1 nəfər düşürdüsə, indi artıq 45 minə çatır seçici sayı.

- Bəzi həmkarlarınız proporsional seçki sisteminin bərpasını təklif edirlər. Sizin yanaşmanız necədir?

- Bunlar hamısı referendumla həllini tapa biləcək məsələlərdir.

- Siz hakim partiyanın rəhbərliyində təmsil olunan şəxs kimi, buna zərurət görürsünüz?

- Bilirsiniz necədir? Hansı formada olursa-olsun YAP həmişə seçkilərə hazırlaşıb və 25 ildən artıqdır ki, bütün seçkilərdə qalib gəlib. İstəyir belə təmsilçilik olsun, ya başqa cür, fərq etməz. Birbaşa təmsilçilik daha yaxşıdır. Yəni hər kəs öz dairəsini təmsil edir. Proporsional sistemin də özünün bir çox xüsusiyyətləri var. Bunların yadında Azərbaycandakı proporsional seçki sistemi qalıb ki, adlarını birinci, ya ikinci yazacaqlar və parlamentə seçiləcəklər. Məsələn, sədr və müavin adını yazacaq, iki yer parlamentə düşəcəksə, onlar keçəcəklər. Amma proporsional sistemin başqa formaları da var. Verilən səslərə görə sıralanma olur. Götürək ki, hər bir partiya 25-30 namizəd irəli sürüb və partiya ilə yanaşı, həmin şəxslərə də seçici gəlib ayrıca səs verir. Kim çox səs toplayırsa, o, birinci olur, az səs toplayan axırıncı yerdə qərarlaşır. Bu sistemin belə forması da var. Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki, hər partiya öz siyahısı ilə namizədlərini irəli sürdü, qurtardı getdi. Əslinə qalsa, bizdə yarımproporsional sistemdir. Yəni hər bir partiya namizəd irəli sürür, namizədə imza toplayır, ona dəstək verir, təbliğat-təşviqatını aparır, plakatlarını çap edir, maliyyə dəstəyi göstərir. Proporsional elə budur da. Bunlar əgər siyasi partiyanın güclənməsi fikri ilə proporsionalı ortaya atırlarsa, mojaritarın özündə də yarımproporsional mövcuddur. Siyasi partiyanın 60 dairədən yuxarıda namizədləri qeydə alınıbsa, vahid şəkildə təbliğat-təşviqat işi aparır, televiziyada pulsuz efir vaxtı qazanır və s.

- Siyavuş bəy, ümumilikdə parlament seçkilərinədək Seçki Məcəlləsinə dəyişikliklər məsələsi gündəmdədir?

- Hələ ondan qabaq, dekabrda bələdiyyə seçkiləri var. Bələdiyyə seçkiləri ilə əlaqədar bizim də bir sıra təkliflərimiz var. Gərək əvvəlcə bu məsələlər öz həllini tapsın. Mən uzun müddətdir seçki ilə məşğulam. Prezidentliyə namizədə hansı sənədlər tələb olunursa, bələdiyyə üzvünə də o sənədlər tələb olunur. Hər bir bələdiyyə üzvünə 70 səhifədən artıq sənəd hazırlayıb ayrı-ayrı dairələrə təqdim etməlisən. Üst-üstə gələndə, 17 mindən yuxarı bələdiyyə üzvü var, 20 min namizəd irəli sürəndə təsəvvür edin ki, 100 min səhifəlik material təqdim etməlisən. Bu da əlavə çətinlik yaradır.

- Bəs gözləmək olarmı ki, digər sahələrdə olduğu kimi, siyasi sahədə də islahatlara start veriləcək?

- Təbii ki. Yəqin payızda ümumi qaydada müzakirələr olunar və ondan sonra bu məsələlərə baxılar.

Söhbətimizin sonunda S.Novruzov bildirdi ki, deputatlara yay tətili verilsə də, o, iş başındadır. İcra katibinin müavini dedi ki, Çindən böyük bir nümayəndə heyəti gələcək, ona görə də qonaqların qarşılanması üçün hazırlıqlar görülür: “Tək bu məsələ də deyil. Hazırda ”Yay məktəbləri"nə heyətlər göndəririk, qayıdanları digərləri ilə əvəz edirik. Digər tədbirlərimiz də var, sosial layihələr həyata keçiririk. Normal iş rejimində çalışırıq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru