Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                 

Leyla Yunusun Elçibəyə ittihamları və... - Çox gecikmiş “ifşa”
Tarix: 20-07-2019, 09:30 | Çap et
 Leyla Yunusun Elçibəyə ittihamları və...
Hüquq müdafiəçisi Leyla Yunusun son videoçıxışına səbrlə qulaq asdım.

Çıxışın rusca olmasına heç bir iradım yoxdur. Zatən, L.Yunus özünü bu dildə daha yaxşı ifadə edir.

Onun səsləndirdiyi bir çox fikirlərin, xüsusilə də klan hakimiyyətinə dair dediklərinin cavabını da başqaları verməlidir.

Ancaq Leyla Yunusun milli-azadlıq hərəkatının lideri Əblüfəz Elçibəy barədə dedikləri, onu Naxçıvan-Ermənistan klanının gizli və köhnə üzvü sayması xeyli dərəcədə mübahisəlidir.

Xüsusilə də, köhnə hərəkatçılar, 1989-93-cü illər arasında AXC üzvü olmuş şəxslər bu ittihamların üstündən sakitcə keçə bilməzlər.

Bu, onsuz da gələcəyi mübhəm olan insanların öz şanlı keçmişləri ilə öyünmək, qürur duymaq imkanını belə əllərindən alır.

Elçibəy təxminən 50 il öncə bağrından qopduğu millətin təməl haqları, azadlığı, suverenliyi uğrunda mübarizəyə, antisovet fəaliyyətə başlayanda nə DTK əməkdaşı, nə də klan üzvü ola bilməzdi.

DTK o dövrdə, eləcə də ondan əvvəl və sonra antisovet ovqatlı heç kəsə təhəmmül etməz, cəzasını dərhal kəsər, ya da bəzi məşhur dissidentlərlə davrandığı kimi davranar, aparıb ölkənin sərhəd qapısından o tərəfə keçirərdi.

Elçibəy ölkə xaricində diplomatik fəaliyyətdə olduğu zaman, söz yox ki, DTK-nın əməkdaşları ilə təmasda olub, ancaq bu, bu idarənin qarşısında hər hansı bir daimi öhdəlik götürmək anlamına gəlmir.

Yəni SSRİ dönəmində Xarici İşlər Nazirliyinin strukturlarında çalışanların, eləcə də ölkə xaricində işləməyə gedənlərin hamısı ucdantutma DTK agenti ola bilməzdi. Bu, absurd olardı. O işə adamları həmişə seçərək cəlb ediblər.

Təəssüf ki, tək bizim ölkəmizdə deyil, keçmiş sosialistdüşərgəsinə daxil olan ölkələrdə, eləcə də SSRİ respublikalarında DTK ilə, XİN-lə uzaqdan-yaxından təması olan hər kəsə “agent” damğası vurulur və onda bir (lap olsun, iki, üç) halda hədəf düz vurulmuş olur, qalanında yanlış ittiham və şər-böhtan səciyyəsi daşıyır.

İkincisi, ötən əsrin 60-cı illərində ölkəmizdə klan hakimiyyəti bərqərar olunmamışdı. Bu iş sonradan 70-ci illərin axırında, səksəninci illərin əvvəlində təşəkkül tapmağa başladı.

Hətta onun rüşeymləri 70-ci illərdə qoyulsa belə, heç kəs antisovet fəaliyyətilə məşğul olan “etibarsız şəxs”i öz sıralarına daxil etməzdi. Çünki sözügedən klan “sovet-kommunist ideyaları uğrunda çarpışan əqidəli kommunistlər”in nomenklaturası üzrə formalaşdırılırdı. Sovet dövlətinə qarşı olan şəxs kimə lazım idi?

Elçibəyin dissident olduğu halda az cəza almasına və sonradan Əlyazmalar İnstitutunda işə düzəlməsinə gəlincə, 60-cı illər yumşalmasından sonra bizim ölkəmizdə də bir xeyli milli düşüncəli kadrlar vardı və onlar xalqı düşünən, Azərbaycan davası aparan şəxsləri bu və ya digər şəkildə qoruyurdular.

Elə olmasaydı, təkcə “Gülüstan” poemasındakı fikirlərə görə Bəxtiyar Vahabzadə, eləcə də Azərbaycan dilinin dövlət dili sttausu qazanması uğrunda çalışan, bu yolda öz yüksək dövlət vəzifəsindən götürülən yazıçı Mirzə İbrahimov, antosovet baxışlarına görə bir müddət həbsdə yatan yazıçı Gülhüseyn Hüseynoğlu kimi ziyalıları da məhv edərdilər.

L.Yunusun indi açıqladığı bəzi məqamlara gəlincə, kaş o, bunu Elçibəyin iqtidar komandasında təmsil olunanda (Müdafiə Nazirliyinin önəmli isimlərindən biri olduğu vaxt), yaxud da mərhum prezidentin sağlığında açıqlayaydı və onun bu ittihamlara cavab vermək imkanı olaydı.

Rəhmətə getmiş, özünü müdafiə etmək iqtidarında olmayan tarixi personaların ünvanına ittihamlar səsləndirmək çox asandır.
Üstəlik, başqaları nə qədər müdafiə etsələr də, bu, ittiham olunan şəxsin cavabları qədər effekt verməyəcək.

Elçibəy Azərbaycanın tarixində mühüm rol oynamış və bütün yanlışlıqları, doğruları ilə birlikdə xalqın yaddaşında parlaq iz qoymuş şəxsiyyətdir.

O, hakimiyyətdə cəmi bir il olub, amma devrildiyi gündən keçən 26 ildə elə bir gün olmayıb ki, mediada, ictimaiyyət arasında adı çəkilməsin. Vəfatından keçən bu 19 ildə də o, bir gün olsun unudulmayıb.

Bəlkə də biz Elçibəy haqqında bir çox həqiqətləri bilmirik, amma əminəm ki, onun ən yaxın silahdaşları mərhum prezidentin barəsində çox şeyləri bilirlər. Onların içində geniş ictimaiyyətin bilməli olmadığı şeylər də var, şübhəsiz.

Ancaq tarixi şəxsiyyətləri “ifşa etmək”, ölkənin indiki durumuna görə onları baiskar elan etmək ənənəsinə də son qoyulmalıdır.

Unutmaq olmaz ki, hər bir siyasi xadim bu xalqın içindən çıxıb, bizdən biri olub. Onun yerində ölkənin ən kristal, ən təmiz, ən ideal şəxsi olsaydı da, mütləq səhvlər buraxacaqdı və mütləq həmin ideal şəxsiyyəti də ifşa etmək istəyənlər tapılacaqdı.
Xalid KAZIMLI
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru