Müxalifətin payız gözləntisi alınmadı, ümid qışa qaldı
Tarix: 26-07-2019, 09:04 | Çap et
Yayda və ya payızda növbədənkənar parlament seçkilərinin olacağı barədə iddialar belə görünür ki, gerçəkləşmədi. Müxalifət düşərgəsində bir çoxları hətta buna köklənmişdi və hazırlıqlara başlamışdı. Artıq əminliklə söyləmək olarmı növbədənkənar seçki olmayacaq? Müxalifətin bu il üçün hədəfi qışda-dekabrın sonunda keçiriləcək bələdiyyə seçkiləri olmalıdırmı?
AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, əslində hazırda Azərbaycanda çox mürəkkəb siyasi proseslər davam edir. Bunu sezməmək mümkün deyil. Ölkə seçkiyə bu vəziyyətdə gedir: “Yəni vəziyyətin ilk baxışdan göründüyü kimi sadə olduğunu qətiyyən düşünmürəm. Mən hələ növbədənkənar parlament seçkilərinin olmayacağına əmin deyiləm. Bu iqtidarın idarə metoduna və siyasi xarakterinə bələd olan biri kimi deyə bilərəm ki, istənilən an istənilən qərar verilə bilər. Müxalifət isə öz fəaliyyətini iqtidarın atacağı addımlara görə planlamamalı və qurmamalıdır. Biz AĞ Partiya olaraq siyasi fəaliyyət proqramımızı özümüz hakimiyyətin addımlarından asılı olmadan qururuq və həyata keçirməyə çalışırıq. Ancaq eyni zamanda təbii ki, iqtidarın da addımlarını diqqətlə izləyir, analiz edir və nəzərə alırıq. Seçki elə bir məsələdir ki, hər bir partiya hər an seçkiyə hazır olmağa çalışmalıdır. Çünki seçkilər hakimiyyətə gəlməyin yeganə sivil yoludur və partiyaların ümumən işləri də seçkidə iştirak edib nəticə əldə etməkdir. Odur ki, məncə, hələlik bu mövzular barədə tələsik qərarlar vermək doğru deyil.
Ən azından bizim yaxın keçmişdə müşahidə etdiyimiz növbədənkənar prezident seçkiləri və buna aparan proseslər var. O zaman da təqribən indiki kimi müxtəlif zamanlarda müxtəlif şayiələr, dedi-qodular, təkziblər və sair vardı. Hətta prezident seçkilərinin standart keçirilmə zamanına uyğun olaraq MSK işə də başlamışdı. Ancaq seçki zamanına 6 ay qalmış növbədənkənar seçkilər keçirildi. Odur ki, hər an hər şeyə hazır olmaq lazımdır. O ki qaldı ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə, burada vəziyyət nisbətən fərqlidir. Çünki faktiki olaraq Azərbaycanda bələdiyyələr nüfuzsuz, təsir imkanları olmayan formal bir seçkili orqandır. Bələdiyyələrin Azərbaycanın istər siyasi, iqtisadi, mədəni istərsə də sosial həyatına real bir təsiri yoxdur. Ancaq buna baxmayaraq, bələdiyyə seçkilərində iştirak üçün hüquqi tələblər kifayət qədər ağır və bürokratik çətinliklərlə doludur. Ona görə də inanmıram ki, hansısa siyasi partiya bu seçkiləri ciddiyə alsın və aktiv şəkildə iştirak etsin”.
ALDP sədri Fuad Əliyev isə bildirdi ki, bu il növbədənkənar parlament seçkilərinin olmayacağını artıq əminliklə söyləmək mümkündür: “Artıq bələdiyyə seçkilərinə az vaxt qalıb. Dekabrda keçiriləcək bələdiyyə seçkiləri kampaniyasına oktyabrda start verilməlidir. Oktyabra isə az vaxt qalıb. Hesab edirəm ki, növbədənkənar parlament seçkiləri gələn ilin mayında keçirilə bilər. Hər bir halda biz müxalifət olaraq payız və qışın ilk ayını parlament seçkiləri deyil, bələdiyyə seçkilərinə yönəlik prosesləri müşahidə edəcəyik. Çox az ehtimal olsa da bələdiyyə seçkiləri ilə eyni gündə parlament seçkiləri qərarı verilməsini də tamamilə istisna etmək olmaz. Bələdiyyələrin funksiyalari, qanunla verilən səlahiyyətlərinin çoxunun həyata keçirilmədiyinin şahidiyik. Bələdiyyələr müstəqil deyil. Dolayısı ilə icra hakimiyyətinin bir strukturu kimi fəaliyyət göstərir. Odur ki, biz ALDP olaraq bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun hesab etmirik. Bələdiyyə seçkiləri kampaniyasının verəcəyi az-çox ictimai aktivliyi biz növbəti parlament seçkilərinə hazırlıq üçün istifadə etməyi məqsədəuyğun sayırıq. İlk bələdiyyə seçkilərində - 1999-cu ildə 600 ALDP üzvü bələdiyyə üzvü seçilmişdi. İkinci və üçüncü dəfə keçirilən bələdiyyə seçkilərində isə bir nəfərin də seçilməyinə imkan verilmədi. Həm də buna görə bu il keçiriləcək bələdiyyə seçkilərinə qatılmağı düşünmürük və bələdiyyə seçkiləri üçün hazırlaşmırıq. Partiya üzvləri sərbəstdirlər seçimlərində. Kimlərsə iştirak edə bilər, amma partiya onlara dəstək verməyəcək”.
AMİP katibi Əli Orucov qeyd etdi ki, ölkədə növbədənkənar seçkilərin bu ilin sonunadək keçirilməsi məqsəduyğun olardı. Növbədənkənar seçkilərin keçirilməsi üçün müəyyən şərtlər olmalıdır. Ya prezident ona verilən müstəsna səlahiyyətdən istifadə edərək parlamenti buraxmalıdır, ya da parlament özü-özünü buraxmalıdır. Bunların heç biri də aktual deyil. Çünki parlamentin növbədənkənar keçirilməsinə cəmiyyətin özündə və ictimai-siyasi proseslərin gedişində təsirli basqılar, yaxud da tələbat hiss edilmir: “Yəni indiki parlament belə görünür ki, prezidenti, ali hakimiyyətin başında duran şəxsi də, cəmiyyəti də qane edir. Halbuki dərinliklərdə indiki parlament onun səlahiyyətləri, fəaliyyəti dövrün tələblərinə cavab vermir. Üstəlik də ictimai narazılığı hakimiyyətə qarşı körükləyən bir quruma çevrilib. Ayrı-ayrı parlament üzvlərinin hər hansı bir sözü və səsləndirdiyi fikirlər belə cəmiyyətdə kəskin qıcıq yaradır. Parlament seçkilərinin erkən keçirilməsi ilə bağlı deyilənlərə inamım olmasa da, hər halda, buna inanalar indi də var. Məncə, müxalifət seçkilərin ilk etabı olaraq bələdiyyə seçkilərinə ciddi hazırlaşmalı, cəmiyyəti də bu ruhda hazırlamalıdr. Baxmayaraq ki, bələdiyyələrə və bələdiyyə seçkilərinə inam və etimad qalmayıb. Cəmiyyət bələdiyyələrə bir vacib institut kimi yanaşmır. Bizim də əsas məqsəd və fəaliyyətimiz uzun illər formalaşdırılımış bu stereotipləri dağıtmaq, insanları yerli özünü idarəyə həvəsləndirməkdən ibarət olmalıdr. Yerli sakinlər anlasa ki, özləri öz problemlərini həll etmək, yerli idarəçiliklə çox şeylərə nail olmaq mümkündür, o zaman davamlı olaraq digər seçkili qurumlara da maraq artacaq”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
|