“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     ərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                     Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... .....                     Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır .....                     Yediyimiz YAĞDAN xəbəriniz varmı? .....                     Mehin Hümbətova Türkiyədə mükafat aldı .....                     Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... .....                     Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... .....                     Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ .....                 

“Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər” - Sülhəddin Əkbər
Tarix: 20-07-2020, 10:08 | Çap et
“Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər”
Ermənistanla sərhədin Tovuz istiqamətində baş verənlər Azərbaycanda gündəmin başlıca mövzusudur.

“AzPolitika.info” bu xain hücumun arxasında duran niyyət və məqsədlər, habelə hücumdan sonra paytaxt Bakıda on minlərlə insanın küçələrə axışaraq Azərbaycan Silahlı Qüvvələrinə dəstək verməsi və bundan sonra baş verən hadisələrlə bağlı Azad Demokratlar Partiyasının (AzDP) sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərlə söhbətləşib.

- Sülhəddin bəy, Sizcə iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən erməni hücumunun arxasında hansı məqsədlər dayana bilər?

- Dünyanın qloballaşdığı, yeni dünya düzəni quruculuğunun son mərhələyə keçdiyi, geopolitik qarşıdurmanın həlledici etapa daxil olduğu bir dövrdə belə hadisələrə lokal qiymət vermək cəhdi məncə, yanlışdır. Ona görə də, biz bu mənzərəyə geniş, heç olmasa regional səviyyədə baxmalıyıq.

Mən iki məsələyə xüsusi diqqət çəkmək istərdim. Binların birincisi, Rusiya-Türkiyə qarşıdurmasıdır. Bu qarşıdurmada Azərbaycanın əhəmiyyətinin, eyni zamanda Cənubi Qafqazın enerji, nəqliyyat və kommunikasiya dəhlizinin önəminin artması xüsusi önəm daşıyır.

İkincisi, Putin Rusiyasının yeni aqressiv xarici siyasət dalğası başlatmasıdır ki, bu amil də nəzərə alınmalıdır. Bütün ekspertlərin də fikri belədir ki, Putin son referendumdan sonra postsovet məkanı ilə bağlı daha aqressiv xarici siyasət kursu aparmağa başlayacaq. Biz hazırda Belarusda bunu görürük. Eləcə də bu, Ukrayna ilə münasibətlərdə və müəyyən mənada Pribaltikada görünür. Və sözsüz ki, bu meyl Azərbaycanla da bağlı müşahidə olunur. Mənim fikrimcə, getdikcə gərginlik artacaq, gərginlik artdıqca da bu, geopolitik sınma xətləri üzərində hiss ediləcək. Bu sınma xətlərindən biri də Cənubi Qafqazda Gürcüstan-Azərbaycan xəttindən keçir. Sözsüz ki, bu məqamda Ermənistanla Azərbaycan arasında açıq müharibənin getdiyini unutmamalıyıq. Hansı ki, əslində bu, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Bir sözlə, burada yeni dünya düzəni quruculuğu, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması fonunda qeyd etdiyim iki məqam diqqətə alınmalıdır.

Məsələyə Putinin keçmiş SSRİ-ni yenidən yığmağa başlamaq istəyi və Rusiya-Türkiyə qarşıdurmasının güclənməsi fonunda baxılmalıdır. Sonuncu halı biz Liviya və Suriyada görürük. Mənim fikrimcə, indi Rusiya Azərbaycan-Ermənistan sərhədində yeni bir cəbhə açır. Təbii ki, burada Rusiyanın əlaltısı olan Ermənistan da öz maraqlarını önə çıxarmağa cəhd göstərir. Amma bu, daha aşağı səviyyəli maraqlar kateqoriyasına aiddir.

- Yəni gərginliyin davam edəcəyi anonsunu verirsiniz...

- Bəli.

- Sizcə, bu gərginlik geniş miqyaslı hərbi əməliyyatlara keçə bilərmi?

- Bilirsinizmi, indi müharibələr artıq strateji xarakter daşıyır. Burada klassik hərbi güclə paralel olaraq, yumşaq gücün çoxsaylı komponentlərindən istifadə olunur. Ola bilsin ki, indiki mərhələdə dövlət sərhədində geniş miqyaslı təxribatın törədilməsi ön plana çıxırsa, sabahsa başqa bir ünsür önə çıxsın. Məsələn, hansısa separatçı hərəkat yenidən başlaya və ya rəsmi Bakıya siyasi təzyiqin artırılması istiqamətində addımlar atıla, ölkə daxilində “beşinci kolon”un gücləndirilməsi və s. müşahidə edilə bilər. Eləcə də kibersavaş elementləri, informasiya, psixoloji savaş və s. ola bilər. Müasir strateji savaşda vasitələr toplumu çox zəngindir. Xüsusilə, yumşaq güc vasitələri. Buraya kəşfiyyat müharibəsini də əlavə etmək lazımdır. Rusiya bu zəngin müharibə dəstindən bütün dünyada istifadə etdiyi kimi, Azərbaycanda da istifadə edə bilər.

- Bəs buna qarşı Azərbaycanın hansı imkanları var?

- Azərbaycan görməlidir ki, müasir savaşlar artıq klassik savaşlar deyil. Yəni köhnə savaşlara hazırlaşmamalıdır. Əksinə, müasir strateji savaşlara hazır olmalıdır. Yəni hərtərəfli savaşa. Bunun siyasi, iqtisadi, mədəni, sosial, hərbi, kəşfiyyat-təhlükəsizlik və digər tərəfləri var. Bu səbəblərdən Azərbaycan kompleks hazırlıq görməlidir. Azərbaycan təkbaşına bütün potensialından, xüsusilə, milli güc mənbələrindən səmərəli və hərtərəfli istifadə etməli, digər tərəfdən potensial müttəfiqlərlə münasibətlərini daha yüksək səviyyədə qurmalıdır.

- Müttəfiqlər deyəndə konkret kimləri nəzərdə tutursunuz?

- NATO, Avropa Birliyi, İsrail, ABŞ və qardaş Türkiyə ilə. Türkiyə ilə münasibətlər tamamilə yeni səviyyəyə qaldırılmalıdır. Azərbaycan vaxt itirmədən strateji müttəfiqlik qurmaq üçün aktiv siyasi dialoqa başlamalıdır, bunun ilk addımı da hərbi-strateji ittifaq müqaviləsinin bağlanması və Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması olmalıdır. Məncə bu, ilk olaraq atılmalı addımdır.

- Sülhəddin bəy, iyulun 14-də insanlar Bakının küçələrinə axın edərək, Azərbaycan ordusuna dəstək ifadə etdilər. Bildiyimizə görə, Siz də bu aksiyada iştirak etmisiniz. Həmin aksiya ilə bağlı qənaətiniz nədən ibarətdir?

- Açığı, aksiya haqqında mətbuat və sosial şəbəkə vasitəsilə məlumat aldım. Gecə saat 23:30-dan 01:30-a qədər aksiyada iştirak etdim. Hadisələri Milli Məclisin qarşısında izlədim. Baş verən hadisəni müsbət qiymətləndirirəm. Bir tərəfdən sözsüz ki, artıq Azərbaycanda yeni gənc nəsil yetişib. Bu nəslin prosesə belə qızğın reaksiya verməsi müsbət haldır, qürurvericidir. Digər tərəfdən, hakimiyyətin buna imkan verməsi, şərait yaratması da müsbət hadisədir. Həmçinin, bunun təhrik və təxribatlara açıq olduğu da nəzərə alınmalıdır. Hansı ki, biz bunu da müşahidə etdik. Mən həmin gün Milli Məclisdə baş verən hadisəni nəzərdə tuturam. Orada tanıdığım siyasətçilər və jurnalistlər var idi və onlara təhriklərin mümkün olduğunu bildirdim. Təəssüflər olsun ki, bir neçə saatdan sonra bu baş verdi.

İnsanlar yaranan ağır vəziyyətə, torpaqlarımızın işğal altında qalmasına, sərhədlərimizin pozulmasına dözmək istəmirlər. Bu ağır durumu dözülməz hesab edirlər və baş verənlər bunun ifadəsi idi. Gənc və yeni nəsil bu durumla barışmaq niyyətində deyil və bu niyyətini ifadə etdi.

- İnsanlar həmin aksiyada “Qarabağ” şüarı səsləndirir, Azərbaycan Ordusunu müdafiə edirdilər, siyasi hakimiyyət məsələsi yox idi. Bu prosesə milli həmrəylik və birlik addımı kimi baxıla bilərmi?

- Bəli, həmrəylik və birlik nümayişi idi, bu səbəbdən prosesi müsbət qiymətləndirirəm. Gənclər açıq şəkildə Ali Baş Komandanın, Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımları müsbət qiymətləndirir, cəbhədə döyüşlərdə iştiraka hazır olduqlarını bildirirdilər. Sözsüz ki, hakimiyyət bunu nəzərə almalı, apardığı siyasətdə korrektələr etməlidir. Və Azərbaycanda artıq mütləq milli siyasətə keçilməlidir.

- Sizcə, niyə bu aksiyada insanların qarşısına nüfuzlu siyasətçi və ya ziyalılar çıxmadı?

- Mən bunu düzgün hesab etmirəm. Aksiya zamanı yaxın ətrafda hakimiyyətə yaxın siyasətçiləri də gördüm, onların da narahatlığı hiss edilirdi. Açığı, bu aksiya bir qədər gözlənilməz oldu. Hakimiyyətin prosesə dəstək verdiyi, şərait yaratdığı göz qarşısında idi. Nədən hadisələr təbii axarına buraxıldı, niyə çıxış olmadı məsələsini isə anlamadım.

Müxalifətin yaranan vəziyyətdə fürsətçilik etməməsi əlbəttə, müsbət haldır. Bütün müxalifət eyni mövqedən çıxış etdi. Amma hakimiyyətin davranışını mən bu mənada adekvat hesab etmədim. Hakimiyyət nümayəndələri mütləq bu aksiyada çıxış etməliydilər. Məncə, oraya toplaşan insanlara hakimiyyətin təşəkkür borcu var idi. Düzdür, insanlar vətəndaşlıq borcunu yerinə yetirirdi, amma hakimiyyət də öz borcunu yerinə yetirməli idi. Yəni vətəndaş dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də vətəndaşlar qarşısında məsuliyyət daşıyır. Məncə, vətəndaşların qarşısına çıxılmalı, onlara təşəkkür edilməli, milli birlik və həmrəylik daha yüksək səviyyədə göstərilməli idi. Həmçinin, real vəziyyət haqqında insanlara mümkün qədər informasiya verilməli idi. Təəssüflər olsun ki, biz, bunu görmədik.

- Aksiyanın sonunda təxribata yol verildi. Sizcə, bu təxribat kimə lazım idi?

- Mən bu hadisənin detallarını bilmirəm. Belə hadisələr zamanı proqnozlaşdırma çox çətindir. Çünki orada hər xarakterdə insan qrupları olur. Sosial qruplar bəzən bir-biri ilə müqayisədə fərqliliklər nümayiş etdirirlər. Bu hal hadisələrin təbii axarındamı baş verdi, yoxsa burada təxribat elementi oldumu məsələsinin xüsusi araşdırmaya ehtiyacı var. Hazırda cinayət işi başlanıb və yəqin ki, istintaq orqanları lazımi məlumatı ictimaiyyətlə paylaşacaq. Məncə, istintaq orqanlarının borcudur ki, bu hadisə ilə bağlı ictimaiyyətə hərtərəfli, obyektiv məlumat versinlər. Və belə hallar gələcəkdə təkrar edilməməlidir.

- Bu təxribat “beşinci kolon”un əməli ola bilərmi?

- Təbii ki, mümkündür. Ümumiyyətlə, Azərbaycan ərazisinin böyük hissəsi işğal altındadır, müharibə vəziyyətində olduğumuz, münaqişənin qaynar fazaya keçdiyi, döyüş əməliyyatlarının başladığı bir mərhələdə bu hala xüsusi diqqət göstərilməlidir. Nəzərə alsaq ki, bu konfliktin arxasında Rusiya dayanır və onun Azərbaycanda güclü “beşinci kolon”u var, habelə son dövrlər yarımçıq olsa da, bu kolona qarşı addımlar atılır, deməli bu, xüsusi həssaslıq tələb edən məsələdir. Və təhlükəsizlik xidməti bu hallara diqqət ayırmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
ərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31
Putin Bakıdan nə istəyir? - Son “kart” işə salındı
Bu gün, 07:24
Ermənistan böyük hücuma hazırlaşır? – Sabiq dövlət müşaviri açıqlayır
Bu gün, 07:21
Tanqo iki nəfərlik rəqsdir - Trampdan Putinə ismarış
Bu gün, 07:18
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru