“İnqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm” - deputat
Tarix: 30-07-2020, 09:00 | Çap et
İctimaiyyət nümayəndələrinin, ekspertlərin yeni təhsil naziri haqda rəyləri necədir? “Yeni Müsavat”ın bu sualına cavab verən millət vəkili Fazil Mustafa “Təbii ki, ölkə prezidentinin bu təyinata dair öz mülahizələri, məqsədləri var və onlarla kadrın arasından Emin bəy üzərində dayanıbsa, bu, o deməkdir, onun kimliyi, peşəkarlığı, siyasi yetkinliyi və bilgi tutumu üzərində ciddi araşdırma aparılıb və yekun nəticəyə gəlinib”, - deyə qeyd etdi: “Bu təyinatdan sonra insanlar standart ifadələri bir-birinin ardınca həmişəki kimi işlədirlər, sevindiklərini büruzə verən statuslar yazırlar, cəmiyyətə ümidverici mesajlar verirlər ki, təhsilimizdə hər şey yaxşıya doğru dəyişəcək.
Təbiidir ki, illərdir təhsil problemlərinin içində olan, yenilikçi baxışları ilə seçilən nisbətən gənc bir məmurun bu vəzifəyə təyinatı ümidverici aura yaratmalıdır".
Fazil Mustafa yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: “Mənim anlayışıma görə, Təhsil Nazirliyi ölkənin Müdafiə Nazirliyindən də önəmli bir dövlət qurumudur. Məhz təhsil siyasəti sağlam zəmində aparılmayan bir ölkənin müdafiə sistemi də arzulanan səviyyədə ola bilməz. Bu, yeganə sahədir ki, inqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm. Toplumumuzun indiki təhsil anlayışını və sistemini söküb yenidən və həm də böyük sürətlə yenidən yığmaq lazımdır. Təhsilin mənası, hədəfi dəyişməlidir. Təcili elm sahələri ilə birləşdirilmiş təhsil infrastrukturu yaradılmalıdır.
Əslində bizim günümüzün təhsili elmlə arasında uçurum yaradılmış təhsildir. Uşaq bağçasından, məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər dəyərlər və hədəflər doğru müəyyən olunmalıdır.
Xüsusilə də üç sahədə köklü dəyişikliklər vacibdir: Pedaqoji, tibb və hüquq. Tədqiqat universiteti modelini qurmaq zəruridir. Müharibə şəraitində yaşamağa məhkum olmuş dövlətin xarakterinə uyğun olaraq orta məktəblərdə bütün oğlanlar və qızlar üçün hərbi dərslər bərpa olunmalıdır. Obyektivliyi ilə tanınan mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılmalıdır. Xaricdə ölkəmiz üçün vacib ixtisaslarda təhsil alan xüsusi istedadlı bakalavr, magistr və doktorantlar müəyyənləşdirilib dövlət dəstəyi ilə təmin olunmalıdırlar".
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında yeni naziri yaxından tanıdığını deyib:
“Emin Əmrullayevi 6 ildir ki, tanıyıram. Kifayət qədər təhsil bilicisidir, təhsildəki proseslərdən xəbərdardır. İnanıram ki, vətəndaşların müraciətlərinin cavablandırılması qısa müddətdə həyata keçiriləcək”.
Kamran Əsədov yeni təhsil nazirindən gözləntilərini də qeyd edib: “Dərsliklərin şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı ortadadır. Yeni dərslik mərkəzi yaradılmalıdır. Ali təhsil müəssisələrimiz dünya reytinqində yoxdur. Azərbaycana xarici ölkələrdən gələn tələbə sayı azdır. Bu istiqamətdə əməli addımlar atılmalıdır. Həmçinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də işlər görülməlidir. Məsələn, 1 ştat dərs yükünün 18 saat deyil, 12 saat edilməsi istiqamətində addımlar atılmalıdır. Bölgələrə müəllimlərin işləməyə getməsi üçün stimullaşdırıcı tədbirlərin əhatə dairəsi genişlənməlidir. Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir. Elektron məktəb, elektron universitet layihələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi attestasiyadan keçirilməli, lazım olarsa yerləri dəyişdirilməlidir”.
Təhsil eksperti Məlahət Mürşüdlü də qeyd etdi ki, yeni təhsil naziri Emin Əmrullayevi yaxından tanıyır:
“Onunla 2013-cü ildə bir layihədə işləmişik. Çox müasir düşüncəli gənc, islahatçıdır. 2013-cü ildə həyata keçirilən istər struktur dəyişikliklərdə, istərsə də şagird biliklərinin qiymətləndirilməsi, layihələrin verilib-işlənməsi və digər məsələlərdə Emin Əmrullayev çox mühüm, hətta deyərdim aparıcı rol oynayıb. O, təhsil problemlərini çox gözəl bilir. Həmçinin araşdırmalar, müqayisəli təhlillər, təqdimatlar ona xas olan keyfiyyətlərdir.
Beləliklə də Emin Əmrullayevin təhsil naziri təyin olunmasını alqışlayıram. Hesab edirəm ki, bu, yerində olan bir təyinatdır. Dinamik, mobil, çevik hərəkət edən təşkilatçıdır.
Əlbəttə ki, Təhsil Nazirliyində görüləcək, yarımçıq qalmış xeyli işlər, islahatlar var. Xüsusən də təhsilin keyfiyyəti, dərsliklərin yenidən işlənməsi, müəllim kadrlarının daha da inkişafı, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər var. Düşünürəm ki, Emin Əmrullayev bütün bu işlərin öhdəsindən gələcək, çünki özü də həmin islahatların başlamasında fəal iştirak edib".
Məlahət Mürşüdlü Təhsil Nazirliyində yarımçıq qalmış və öz həllini tapmalı olan məsələləri bir daha vurğulayıb:
“Məsələn, 2014-cü ildə Regional Təhsil Şöbəsinin yaradılması ilə bağlı qərar verilmişdi, lakin nədənsə bu qərarın icrası dayandırıldı. Düşünürəm ki, Pedaqoji Universitetin nəzdində müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün inkişaf mərkəzinin açılması zəruridir. Sirr deyil ki, müəllimlərimiz məktəbə hazır vəziyyətdə gələ bilmirlər. Yəni, valideynlərlə işləyə, ünsiyyət yarada bilmirlər. Yəni müəllimlərə bilik verilsə də, sosial bacarıqlar kifayət qədər verilmir. Düşünürəm ki, qeyd etdiyim mərkəzlər açılsa, müəllimlərin bir növ pedaqoji internatı da dəyişər.
Daha sonra dərsliklərin, xüsusən də humanitar, ədəbiyyat, tarix dərslikləri artıq müasir standartlara cavab verən dərsliklər olmalıdır. Məsələn, ədəbiyyat fənnindən “Leyli və Məcnun”u götürək. Axı şagirdlər nə qədər Leyli və Məcnunun nakam eşqinə şahidlik edib, qəm çəkməlidirlər? Nizaminin, Nəsiminin əsərlərinə baxış dəyişməlidir və sairə".
İctimai fəal Bəxtiyar Hacıyev isə qeyd edib ki, yeni təhsil naziri 15 ildən artıqdır ki, gənclər və təhsil sektorundadır. O, bir çox gənclə birlikdə müxtəlif layihələrdə, o cümlədən təhsil sahəsindəki layihələrdə birgə çalışıb, hər zaman ətrafında onu tanıyanlar tərəfindən müsbət insan kimi xarakterizə edilir: “Mən də onu bu günə qədər yaxşı insan kimi, vətənimizi və vətəndaşlarımızı sevən bir gənc kimi tanımışam. Bu baxımdan onun nazir təyin olunmasına insan olaraq sevindim və bunu təqdir edirəm.
Ancaq bu barədə yazdıqda sosial şəbəkə istifadəçiləri əvvəllər də gənc kadrların təyin edildiklərini, lakin ciddi dəyişikliklər baş vermədiyini bildirib, bu təyinata müsbət yanaşanları, o cümlədən məni də tənqid etdilər. Onları da anlayıram. Keçmişdə bəzi ümidlər həqiqətən də puç olub. Ümumilikdə vətəndaşların hakimiyyətə və sistemə etibarsızlığı var və bu da yeni nazirin üzərinə daha böyük bir məsuliyyət qoyur. Yeni nazir bu ümidləri doğrultmaq istiqamətində səlahiyyətləri çərçivəsində bütün imkanlardan istifadə etməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10 |
|
|
|
• AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05 |
|
|
|
• Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02 |
|
|
|
• Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00 |
|
|
|
• DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57 |
|
|
|
• “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52 |
|
|
|
• “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47 |
|
|
|
• Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46 |
|
|
|
• Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38 |
|
|
|
• Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34 |
|
|
|
• Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32 |
|
|
|
• Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29 |
|
|
|
• "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23 |
|
|
|
• "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04 |
|
|
|
• Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03 |
|
|
|
• "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56 |
|
|
|
• Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50 |
|
|
|
• “AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42 |
|
|
|
• Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39 |
|
|
|
• Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37 |
|
|
|
• NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35 |
|
|
|
• "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26 |
|
|
|
• Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23 |
|
|
|
• Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20 |
|
|
|
• Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15 |
|
|
|
• 25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11 |
|
|
|
• AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59 |
|
|
|
• “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57 |
|
|
|
• “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52 |
|
|
|
• Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49 |
|
|
|
• Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47 |
|
|
|
• “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45 |
|
|
|
• Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41 |
|
|
|
• Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30 |
|
|
|
• Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04 |
|
|
|
• Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00 |
|
|
|
• Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56 |
|
|
|
• Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54 |
|
|
|
• Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50 |
|
|
|
• Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39 |
|
|
|
• Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35 |
|
|
|
• Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26 |
|
|
|
• Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22 |
|
|
|
• İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34 |
|
|
|
• Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31 |
|
|
|
|