Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... .....                     Jurnalistlərə qadağa qoyuldu .....                     “Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb .....                     Saleh Məmmədova yeni müavin təyin edildi .....                     Simonyan Putini ittiham etdi .....                     Paşinyan elə bilir ki, Əliyev bunu görmür? .....                     “Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” .....                     Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub .....                     Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür .....                     Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib .....                     Azərbaycanda artıq .....                     AZAL təyyarəsinin vurulması .....                     Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin .....                     Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... .....                     DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                 

Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik” – AXCP-yə ağır ittihamlar
Tarix: 3-08-2020, 11:28 | Çap et
Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik”
Tanınmış jurnalist Elxan Şükürlü dostu, AXCP-nin keçmiş sədr müavini, orduya dəstək aksiyasına görə saxlanılan və işgəncələrə məruz qaldığı bildirilən Fuad Qəhrəmanlı ilə bağlı maraqlı yazı yazıb. O, F. Qəhrəmanlının işgəncələrə məruz qalması və hətta öldürülməsi ilə bağlı yayılan yalan məlumatların arxasında siyasi maraqların dayandığını bildirib və buna görə də AXCP rəhbərliyini ittiham edib. Jurnalist iddia edib ki, vaxtilə Qəhrəmanlının ailəsində ciddi problemlər olduğu bir vaxtda AXCP rəhbərliyi onu partiyadakı vəzifəsindən uzaqlaşdırmaqla ona çox böyük zərbə vurub. Yazı müəllifinin iddiasına görə, F.Qəhrəmanlı bu zərbələrdən dərin depressiyaya düşərək intihara cəhd edib: “Biz onu son anda xilas etdik”.

Mövzunun aktuallığını nəzərə alaraq Elxan Şükürlünin həmin yazısını olduğu kimi təqdim edirik:

Fuad Qəhrəmanlı intihara cəhd edibmiş: “Son anda xilas etdik”

İki gün əvvəl Azərbaycan cəmiyyəti xaricdən ölkənin informasiya mühitinə ötürülən növbəti dezinformasiyanın şokunu yaşamalı oldu: guya, AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı həbsxanada işgəncələrə dözməyərək, dünyasını dəyişib!

Jurnalist həmkarlarımız Fuadın qardaşlarının nömrəsini tapmaq niyyətiylə zəng vurub bu “faciəvi ölüm” xəbərini verəndə, ani olaraq özümü başına ildırım düşmüş quru ağac kimi hiss etsəm də, ağzımdan çıxan ilk söz bu olmuşdu: “Ola bilməz, inanmıram!”

Ona görə yox ki, özümü itirmişdim, yox, belə qəfil ölüm xəbərləri almağa artıq alışqanam mən, sadəcə, Allahını tanıyan və Onun ədalətinə, mərhəmətinə əminliyi olan, hər insanı da bir missiya ilə yaratdığı düşüncəsiylə yaşayan biri kimi, Fuad Qəhrəmanlının bu cür “faciəvi ölüm”ü haqq etmədiyinə, bir növ, ilahi missiyasını tamamlamadan Allahın onun bu dünyadan köçməsinə razılıq verməyəcəyinə daha çox inanırdım...

Budur, şükür ki, artıq zaman bu inamımda da məni peşiman etmədi və həmişəki kimi, haqlı çıxardı: Fuad sağdır, ölməyib və ona yad olmayan həbsxana divarları arasında yenidən qeyri-müəyyən müddətə dustaq həyatını yaşayır!

Baxmayaraq ki, Fuadın polad iradəli və polad dəyanətli qardaşı Poladla birgə həmin an axtarışlarımızla yayılan xəbərin arxasında konkret siyasi məqsədlər yatan dezinformasiya olduğunu tezcə müəyyənləşdirmişdik, hətta bunun doğma Şahbuzumuza - ürəyi xəstə anasına və yaşlı atasına gedib çatmaması üçün onu yayanlardan bu dezinformasiyanı səhifələrindən dərhal yığışdırmalarını da xahiş etmişdik.

Ancaq kimə deyirsən?! Aşkar görünürdü ki, “Fuad həbsxanada öldürülüb!” dezinformasiyası və bu dezinformasiya üzərində də yaradılan siyasi gurultu bir əli xarici kəşfiyyatın, bir əli hakimiyyət içərisindəki “köhnələr”in ətəyində olan bir şəbəkəyə hədsiz dərəcədə gərəklidir!

Biz onlara “Yalandır, yığşdırın!” deyirik, onlarsa israrla “Hakimiyyətin içindəki mötəbər mənbəmiz öldürüldüyünü deyir” inadında davam edir, üstəlik, bunu daha geniş miqyasda tirajlamağa da cəhd göstərirlər...

Di yaxşı, bir halda ki indi hər şey dəqiqləşib, heç soruşdunuzmu o“hakimiyyətdəki etibarlı mənbələriniz”dən sizə bu cür dezinformasiyaları niyə soxuşdurduqlarını?! Di açın də sizi bu cür gülünc və axmaq vəziyyətdə qoyan əlaqələrinizi, niyə açmırsınız?! Bəs başqa vaxt deyirsiniz ki, hakimiyyətlə heç bir əlaqəniz yoxdur?! Bəlkə, deyəsiniz, cəmiyyət də görsün, tanısın “siyasi perespektivinizə inanaraq” istintaq təcridxanalarından sizə belə “səhih xəbərlər”lə yatırım qoyan o “mötəbər köstəbəklər”inizi?!

Heç utanırsınızmı?! İllərlə xalqa yalan sırıyan və indi bu yalanları ucbatından “Yalançı çoban” nağılındakı çobanın gününə düşən və hər gün söydüyünüz hakimiyyətdən sizin bir fərqiniz varmı?! Görmürsünüz ki, illərlə siyasi maraqları naminə cəmiyyətə, xalqa yalan dediklərindən indi söylədikləri həqiqətlərə də inanan tapılmır?! O halda niyə siz də onların yolunu gedirsiniz?! Fərqiniz varmı, sizin tənqid etdiyiniz bu hakimiyyətdən?!

Başqası tanımasa da, mən sizi yaxşı tanıyıram: yoxdur fərqiniz, eyni ağacın ayrı-ayrı budaqlarısınız! Sizin toxumunuzu torpağa əksək, yenə də cücərib-böyüyüb bu hakimiyyət, hətta ondan daha betəri olacaqsınız!

Bunlar yalançıdırsa, saxtakardırsa, siz onlardan da betər yalançı və saxtakarsınız!

Hakimiyyət illərlə öz maraqları naminə adamları qurban verdiyi kimi, siz də öz ətrafınızı – illərlə cani-dildən sizə xidmət etmiş insanları, bax, beləcə, heç nədən, bir balaca canınıza qorxu, vəlvələ düşən kimi, o dəqiqə satır, qurban verir, ölümünə çalışır, hətta öldürür və üstəlik, o ölümü üzərində də siyasi oyun qurursunuz!

“Fuad işgəncə altında öldü” xəbərini yayarkən, heç ani olaraq fikirləşdinizmi onun yorğan-döşəkdə öz ölümünü gözləyən anasının, atasının halını; Fuadın yaşadığı həyat ucbatından ürəyi xəstə olmuş bacısının, saçları bir gecədə ağarmış qardaşlarının halını?! Qoydunuzmu özünüzü, doğmalarınızı o atanın, o ananın, o qardaşın, o bacının yerinə?!

Başqası bilməsə də, mən bilirəm: yox! Çünki siz Fuadı ilk dəfə deyil ki, öldürürsünüz!

Bir neçə ay əvvəl Fuad doğma evinin içindən xəyanət zərbəsi alıb büdrəyəndə, yıxılanda, siz onun əlindən tutmadınız, saxlamadınız! Ömrünü, bütün gənclik illərini, ailəsini uğunda qurban verdiyi partiyasında tutduğu vəzifəsindən çox rahatca uzaqlaşdırdınız – siyasi baxımdan öldürdünüz onsuz da dərddən və həbsxana divarları arasındakı nəmişlikdən ciyərləri parçalanıb çürüyən, vərəmləyən bu adamı!

Halbuki məhz onda, indi efirlərdən kükrəyən sinənizi və uzanan boyunuzu qabağa verib, Fuada mənəvi dayaq durmaq, onun əlindən tutub saxlamaq, qaldırmaq və düşmənlərinizə, rəqiblərinizə “Mən öz əsgərimi meydanda heç bir halda tək qoymaram, sonadək qoruyacam onu!” mesajını vermək gərəkdi!

Sizsə “Amandır, feministlər, LGBT-çilər üstümüzə gəlir, Qərb bizdən küsər” təlaşıyla onu tək-tənha, yalnız buraxıb, Mehdiabaddakı həyətində intihar ağacının altına itələdiniz!

Və nə yaxşı ki, yenə də qüdrətli Allahın mərhəməti və hikməti sayəsində, Poladla birgə, son anda Fuadı boynuna keçirdiyi kəndirdən xilas edə, həyata qaytara bildik, özünü öldürmək fikrindən birdəfəlik daşındırdıq! O kəndirin izləri hələ də qalır Fuadın boynunda!

Fuad onda da ölmədisə, demək ki, Allah onun qədərinə bu cür – izi başqasının üzərində qalacaq “naməlum şərait”də ölümü yazmayıb hələ!

Tanıyanlar yaxşı bilir: mən Fuadın siyasi mövqeyini bölüşməsəm də, onu bir partiya çərçivəsindən daha böyük görmüşəm, ideallarına sayğı duymuşam həmişə! Çünki Fuadı təmənnasız olaraq bu millətin davasını aparacaq, ömrünü milli davaya həsr etmiş azsaylı yetkin siyasət adamlarımızdan biri kimi tanımışam! Dönməzliyinə, yoluna və düşərgəsinə sadiqliyinə, sadəliyinə və səmimiyyətinə heyrət və pərəstiş etmişəm: dəfələrlə “yanlış yolda” olduğuna inandırmaq istəsəm də, etiraf edim ki, tutarlı arqumentləriylə o məni haqsız çıxarıb, qınayıb, suçlayıb həmişə!

O, düşərgəsinin, partiyadaşlarının səhv hərəkətlərini, “yanlış yolda” olmasını ifrat təəssüb hissiylə yaxın buraxmasa da, təəssüf ki, düşərgədaşları ona adekvat olmayıblar - həmişə ən çətin anlarında onu müdafiəsiz və yalqız qoyublar, seçdirmək, fərqləndirmək istəməyiblər. Halbuki Fuad seçilən, fərqlənən idi...

Son günlərin “Fuad öldürüldü!” xəbəri də bir daha bunu sübuta yetirdi - adamlar özlərinə indidən alibi yaratmaq, gələcəkdə hansısa proseslərdən sığortalanmaq üçün məhz Fuadın adı üzərində ictimai diqqəti fokuslamaq, oyun qurmaq qərarı veriblər!

“Fuaddan işgəncə yoluyla sədrinin əleyinə ifadə almaq istəyiblər” arqumentini dövriyyəyə buraxsalar da, unutdular ki, Fuad 23 yaşında “Müxalifətin mitinq taktikası”nı yazmaq üstə tutulanda da, 40 yaşında “Nardaran işi”ndə həbsə atılanda da, o, kimsənin əleyhinə ifadə verməyibsə, 45 yaşında bunu heç etməz!

Fuadın üzünə durmağa isə nə çox adam – o, artıq qətiyyən buna təəccüblənməz...

Təqsiri Fuadda yox, özünüzdə, öz əməllərinizdə axtarın, cənablar, mərd adamları isə ləkələməyin!

Məncə, hakimiyyət dairələri də kimlərinsə Fuadın həyatı üzərində hansısa oyunlar qurduğunun fərqində olmalı və onun içəridə qorunmasını mütləq şəkildə təmin etməlidirlər! Çünki bu “kimlərsə” kimdirlərsə, bu ölkənin gerçək düşmənləridir – onu içdən və kənardan əlbir olub, qarışdırmağı planlayanlardır...

Allah Səni qorusun, əziz Dost! Allahdan qüdrətli heç kim yoxdur! Sənin ölümünü arzulayanları, ona çalışanları bu dəfə də Allah özü məyus edəcək, əmin ol!
//bakupost.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vəzifələrini itirsələr də, milyonluq sərvətləri kimi yekəxanalıqları da yerindədir... - MƏMMƏDYAROV KİMƏ “QARINAĞRISI” VERİR?
Bu gün, 13:00
Jurnalistlərə qadağa qoyuldu – məhkəmə portalından senzura…
Bu gün, 12:56
“Rus Evi” loqosundan istifadə etməklə saxta məlumat hazırlanması ilə bağlı açıqlama yayıb - "Bu saxta məlumatlara..."
Bu gün, 12:53
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:49
ABŞ Ukraynada sülh planı üzərində işi dayandırıb - “The Telegraph”
Bu gün, 12:48
Saleh Məmmədova yeni müavin təyin edildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Simonyan Putini ittiham etdi
Bu gün, 12:39
Paşinyan elə bilir ki, Əliyev bunu görmür? - Verdyan
Bu gün, 12:36
“Azərbaycan ilə münasibətlərin gərginləşməsi Rusiyadan qaynaqlanır” - ONA GÖRƏ DƏ...
Bu gün, 12:31
Hərbi qulluqçularımız "Qış təlimi-2025"-i uğurla başa vurub - VİDEO
Bu gün, 12:25
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru