Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                 

“Vətən müharibəsi cəmiyyəti kökündən dəyişəcək” - MÜSAHİBƏ
Tarix: 3-11-2020, 10:26 | Çap et
“Vətən müharibəsi cəmiyyəti kökündən dəyişəcək”
Azərbaycan bu gün uğurlu Vətən müharibəsi aparır. Bu müharibədə ordumuzun haqq savaşını dəstəkləyən daxili qüvvələr birlik nümayiş etdirir. İstər ictimai təşkilatlar, vətəndaşlar, istərsə də siyas partiyalar Qarabağ məsələsində vahid mövqedən çıxış etdi, hakimiyyətə birmənalı dəstəyini bildirdi. Bu proseslərin yaranmasına qədər isə təbii ki, bir çox işlər görülüb.

Cəmiyyətdə müşahidə olunan milli birliyi qənaətbəxş saymaq olarmı? Qarabağ müharibəsi hansı mərhələdədir? Hərbi arsenalın əhəmiyyətli hissəsi sıradan çıxmış düşmən nə zaman təslim aktına qol çəkəcək?

Cebhe.info-nun bu və digər suallarını Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin üzvü Fazil Mustafa cavablandırıb.

“Düşünürlər ki, yenə yalanlarını qəbul etdirəcəklər”

-Fazil bəy, bu gün Azərbaycan Ordusu ardıcıl uğurlu əməliyyatlar aparır. Ermənistan çox sayda canlı qüvvə, hərbi texnika itirib. Bununla yanaşı, artıq beynəlxalq dəstək də ala bilmir. Amma hələ də Azərbaycanın şərtlərini qəbul etdiklərini bəyan etməyiblər. Necə düşünürsüz, ermənilər indi kimə və nəyə güvənir?

-Onların ümidi xarici qüvvələrədir. Kiminsə onları himayəyə götürüb ermənilərin adı ilə bizə təzyiq edəcəkləri ümidləri hələ də qalıb. Bu xəstə millət hər zaman öz ölümündən də istifadə edib. İndiyə qədər Osmanlı dövründə baş vermiş hadisələri necə spekulyasiya edirlərsə, indi də düşünürlər ki, edə biləcək, yalanı qəbul etdirəcəklər. Amma bu dəfə əvvəlki dövrlərdən fərqli olaraq beynəlxalq hüququn prinsiplərini aşmaq mümkün olmur. Onlar da anlayırlar ki, beynəlxalq hüquq imkan vermir, başqa ölkəyə, Azərbaycana hər hansı bir şəkildə təzyiq göstərsin, müdaxilə etsin. Müdaxilə olsa belə, Türkiyə dövlətinin qətiyyətli mövqeyini bildiklərinə görə bu məsələdə açıq mövqe ortaya qoymaqda da çətinlik çəkirlər. Bu məsələnin kökü. Onlar son ümidə qədər bunu daşıyırlar. Yoxsa müqavimət göstərib, Azərbaycanı geriyə çəkilməyə vadar etmək kimi bir düşüncələri yoxdur. Ola da bilməz. Çünki Azərbaycan Ordusu hərtərəfli şəkildə problemi həll etmək üzrədir. Ona görə də bu kimi məsələlərdə ermənilər ancaq ümidlərini buna bağlayıblar. Bu da yetərli olmayacaq. Əksinə, ermənilər daha çox itki verərək, sıradan çıxaraq gələcəkdə artıq Dağlıq Qarabağ sözünü belə unudacaqlar. Azərbaycan da buna imkan verməyəcək ki, ermənilər bu dəfə tarix boyu etdikləri vəhşiliyin təkrarlasınlar. Tarix boyu inkişaf etdikləri yalana yeni bir yalan qoşub cəmiyyəti, dünyanı aldatsınlar. Ona görə də proses onların olan qalan azacıq ümidlərini puça çıxarmağa doğru gedir, biz də onu edəcəyik.

“Bu marginal qruplar da ictimai rəyə təsir göstərə bilmirlər”

-Qarabağ müharibəsində Azərbaycan Ordusunun uğurları ilə yanaşı, həm də ölkədə bir vahid birlik müşahidə edirik. Siyasi partiyalar, hətta bəzən radikal mövqe nümayiş etdirənlər də bu prosesə dəstək verdi. Necə düşünürsünüz, Qarabağ müharibəsinin gətirdiyi birlik davamlı olacaqmı? Perspektivdə nələr gözləyirsiniz?

-Ölkədə 51 siyasi partiya bu prosesdə birmənalı siyasi mövqe bildirdi. Cəmi 1 partiya, o da ABŞ-dan, Avropadan, müəyyən qüvvələrdən asılı olan, onun iradəsi ilə siyasət həyata keçirən siyasi təşkilat olduğuna görə sadəcə fərdi qaydada prosesi dəstəklədiklərini bəyan etsələr də, ilk fürsətdə yenə də özlərinin pis niyyətlərini ortaya qoydular. Gördük ki, Moskvada sənəd imzalanan kimi həmin partiyanın üzvləri dərhal bir etiraz demarşı etdilər. Sonra məlum oldu ki, Moskvada sadəcə “humanitar atəşkəs” epizodik məsələ idi. Əsas məsələ isə Azərbaycan hökumətinin qətiyyən geri çəkilməməsidir. Amma ilk fürsətdə “Azərbaycan hakimiyyətini necə ifşa edək” yanaşmasına davam edirlər. Bu da onu göstərir ki, bu marginal qruplar da ictimai rəyə təsir göstərə bilmirlər. Hələ xaricdə olan bir sıra namussuzlar da var idi, “youtube”da Prezident, ayrı-ayrı siyasi xadimlər haqqında ağızlarına gələn tərbiyəsizliyi edirdilər, onlar da ermənilər qədər sındılar.

Çünki onlar indiyə qədər təbliğat aparırdılar ki, Azərbaycan hakimiyyəti Qarabağı ermənilərə satıb, almaq niyyətində deyil. İndi onların hamısının dedikləri suya düşdü. Bu isə o deməkdir ki, artıq ölkədə sağlam düşünən insanların hamısı birləşdi. Xəstə insanlar da erməniləri kimi öz mövqelərini də, tezislərini də sıradan çıxardılar. Ona görə də bu proses həm də Azərbaycanın birliyinə gətirdi. Bu prosesi davam etdirməliyik, düzdü itkilərimiz də olsa, amma bu Vətən savaşıdır və bu savaşı birlikdə aparmalıyıq.

“Onun səyi nəticəsində bütün siyasi qüvvələr bu mübarizəyə cəlb olundu”

-Hakimiyyətin təşəbbüsü ilə siyasi partiyalarla dialoq məsələsi var idi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiya sədrləri ilə görüşlər keçirirdi. Hesab olunur ki, siyasi partiyaların bu gün vahid hədəfə vurmasında da bu görüşlər böyük əhəmiyyətə malikdir. Hakimiyyətin təşəbbüsü ilə keçirilən bu proses siyasi partiyalara nə verdi və gələcək prespektivdə nə vəd edir?

-Bu proseslər hakimiyyətin təşəbbüsü ilə əvvəllər də olub. Amma bu prosesi davamlı, inkişaf edən şəkildə aparmaq önəmlidir. Burada da konkret tapşırıq alan məmurların və ya dövlət adamlarının necə davranması vacibdir. Bu məsələdə şübhəsiz ki, Prezidentin iradəsi ilə baş tutan məsələ idi, amma həm də, bu prosesi davamlı edən, onun əziyyətinə qatlaşan Ədalət Vəliyevdir. Onun səyi nəticəsində demək olar ki, bütün siyasi qüvvələr bir yerdə bu mübarizəyə cəlb olundu. Hamısı ilə ayrı-ayrı görüş keçirmək, yeni münasibət sərgiləmək olduqca vacib idi. Bu da Azərbaycanda yeni konsensusun yaranmasına imkan verdi.

Ona görə də Ədalət Vəliyevin bu xidmətini xüsusi olaraq vurğulamalıyıq. Amma bütövlükdə Azərbaycan cəmiyyətində alt qatlarda da bu birlik olduğuna görə, siyasətçilərin isə cəmiyyətdən sifariş aldıqları üçün bu birliyə məhkum oldular. Hamı başa düşdü ki, burada başqa bir alternativ yol yoxdur. İndiyə qədər də mənasız çıxışlar edən, xalqı küçələrə səsləyən, hakimiyyətə etinadsızlıq göstərən bir neçə siyasi partiya rəhbərinin bu gün televiziyalarda "bülbül kimi ötməsinə" baxanda görürsən ki, siyasi uzaqgörənliyin olmaması nə qədər problemlər yaradır. Ümid edək ki, bundan sonra daha ağıllı siyasət yürütməyə çalışacaqlar.

“Ermənilər hakimiyyət zəif olduğu üçün məğlub olurlar”

-Vətən müharibəsi uğurla bitəndən sonra siyasi sferada nə dəyişəcək?

-Çox şey, ən azı anlayışlar dəyişəcək. Başa düşəcəklər ki, dövləti zəiflətmək olmaz. Hətta sənə əks olan hakimiyyətin belə, zəif olması bizim kimi müharibə aparan ölkələr üçün təhlükəlidir. Bu gün ermənilərin durumuna baxsaq, onlar həm də hakimiyyət zəif olduğu üçün məğlub olurlar. Bunu diqqətdən qaçırmaq olmaz. Düşünürəm ki, artıq bunu hamı anlayacaq. Anlamayanlar isə kənarda qalıb ancaq müşahidəçi rolunda çıxış edəcək.

“Təzyiq edənlər bizimlə hesablaşmağa məcbur olacaq”

-Bu gün Qarabağa görə bizə təzyiq etmək istəyən Fransa kimi dövlətlər bizimlə hesablaşmağa məcbur olacaqlar?

-Artıq məcbur olublar. Onlar nə deyə bilər ki? Fransa öz ərazisini işğaldan azad edəndə bizdən soruşur? Biz deyəndə ki, ərazilərimiz işğal olunub, Fransa reaksiya verirdi? Fransa özünə görə bir dövlətdir, biz də özümüzə görə bir dövlətik. Fransanın nə ixtiyarı var ki, Azərbaycanın daxili işlərinə qarışsın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru