Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                 

"Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?" - deputat
Tarix: 13-02-2021, 09:13 | Çap et
"Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?"
Ermənistan cəmiyyəti və xüsusilə də müxalifətdə cəmlənən siyasi dairələr panik əhval-ruhiyyə içərisindədir. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın həyəcanlı şəkildə erməni xalqına müraciətlə “oyanın, yoxsa bir gün oyanacaqsınız ki, Zəngəzur bizim deyil” deməsi bir tərəfdən Nikol Paşinyan hakimiyyətinə qarşı şantaj məqsədi daşıyırsa, digər tərəfdən, məğlub erməni cəmiyyətində hökm sürən atmosferi nümayiş etdirir.

Politoloq Qrant Mikaelyan da Ermənistan hakimiyyətinin mövcud fəaliyyətini şərh edərkən Azərbaycanla sərhəddə baş verənlərə diqqət çəkməyə çalışır. O da Minasyan kimi iddia edib ki, hakimiyyət real vəziyyəti xalqdan gizlədir. Xüsusilə də Gorus-Qafan yolunun bir hissəsinin demarkasiya prosesi nəticəsində Azərbaycanın tərəfinə düşməsinə diqqət çəkən erməni ekspert şübhələrini bölüşüb. Baş nazirin müavini Tiqran Avinyanın parlament dinləmələrindəki çıxışı zamanı Ermənistanın Azərbaycanla heç bir əlavə sənəd imzalamadığı haqda dediklərini xatırladan politoloq iddia edib ki, Gorus-David-Bek yolunda baş verənlər bu məsələlərlə bağlı müzakirə və sənədin olduğunu iddia edib. O, sosial şəbəkələrdə və mediada bu yolla bağlı anlaşmanın olduğunu iddia edənlərin yaydığı “sənəd”ə istinad edib. Mikaelyan bir daha iddia edib ki, bununla bağlı həqiqətlər erməni xalqından gizlədilir. “Bütün razılaşmalar Azərbaycan və Türkiyənin hərbi təzyiqləri altında imzalanıb. Erməni tərəf hətta öz müttəfiqləri ilə təhdidləri neytrallaşdırmaq üçün normal işləməyə cəhd göstərməyib”, - erməni ekspert əlavə edib.

Daha sonra iddialarını davam etdirərək bildirib ki, müzakirələri və razılaşmaları məxfi saxlamaqla erməni xalqının, vətəndaş cəmiyyətinin və siyasi qüvvələrin bu sənədlərə qarşı çıxmasını əngəlləmək istəyiblər. Azərbaycanın təzyiqləri nəticəsində Ermənistanın ərazi bütövlüyünün pozulduğunu iddia edən Mikaelyan istisna etməyib ki, Ermənistan Qarabağ məsələsini qapamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın parlamentdə gözlənilməz bəyanatla çıxış etməsi də geniş müzakirələrə səbəb olub. Diplomat deyib ki, rəsmi İrəvan gözləyir ki, rəsmi Ankara Ermənistanla sərhədləri açsın. Nazirin iddiasına görə, Türkiyə Dağlıq Qarabağda yaranmış status-kvoya etiraz olaraq sərhədi bağlamışdı, indi status-kvo zorla dəyişdirilib. Yəni Türkiyənin Ermənistanla sərhədi bağlı saxlaması üçün daha elə bir əsası qalmayıb.

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanın bu cür çağırışlar etməyə haqqı yoxdur: “Tamamilə əsassız çağırışdır. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına çağırış etməzdən öncə Türkiyəyə qarşı əsassız iddialara son qoymalıdır. Məlum olduğu kimi, Ermənistan Konstitusiyasında və gerbində Türkiyəyə qarşı iddialar var. Üstəlik, qondarma ”soyqırım" iddiaları zaman-zaman Ermənistan tərəfindən qaldırılır. Ermənistan bu iddialara son qoymadan Türkiyə ilə sərhədlərin açılmasına hansı əsasla çağırış edir?"

C.Məmmədov əlavə etdi ki, həmçinin, bu gün də Ermənistanda Qarabağla bağlı zaman-zaman revanşist bəyanatlar verilir, üçtərəfli razılaşmanın bəndlərinin pozulmasına yönəlmiş çağırışlar edilir: “Ermənistan öncə razılaşmanın bəndlərinə tam əməl etməli, əsassız iddialara və çağırışlara son qoymalıdır. İrəvan bu, əsassız iddialara son qoyduqdan sonra münaqişənin tənzimlənmə planına uyğun olaraq növbəti mərhələdə sərəhədlərin açılması məsələsi nəzərdən keçirilə bilər. Ermənistanda hələ ki, istiqrar və sabitlik yoxdur, bu ölkədə xaos hökm sürür, eyni iddialar səsləndirilir. Ermənistan hələ də baş verən acı məğlubiyyətdən nəticə çıxarmayıb, bu gün də zəhərli ideologiyanın və xəstə təxəyyülün əsarətindədir. Öncə Ermənistan xalqı son baş verənlərdən nəticə çıxarmalı, zəhərli ideologiyanın və xəstə təxəyyülün əsarətindən xilas olmalıdır. Ermənistan bu iddialara və revanşist bəyanatlara son qoymadan sərhədlərin açılmasından söhbət gedə bilməz”.

QAT sədri Akif Nağı da erməni nazirin sərsəm bəyanatını yersiz sayır: “Ermənilər növbəti dəfə özlərini ”ağıllı" hesab edib, hiyləgər gediş edirlər. Türkiyə sərhədləri Kəlbəcərin işğalından sonra bağlamışdı, bunlar da indi ona işarə edirlər ki, şərait dəyişdiyinə görə Ankara uyğun addım atmalıdır. Türkiyə bu məsələdə prinsipial olmalıdır, həm Ağrı dağı ilə bağlı onların sərsəm iddialarını önə çəkməlidir, həm də 10 noyabr razılaşmasının tam yerinə yetirilməsini, Xankəndi, Xocalı və digər ərazilərin Azərbaycana qaytarılması şərtini gündəmdə saxlamalıdır".

QAT rəhbəri hesab edir ki, Qars müqaviləsinin 100 illiyində oxşar sənədin imzalanması da uyğun olardı: “Üstəlik, Qars müqaviləsini imzalayan tərəflər də yenidən meydandadır, situasiya da oxşardır. Azərbaycan və Türkiyə yeni imzalanacaq sənəddə Qars müqaviləsinin Rusiya və Ermənistan tərəfindən pozulmuş bəndlərinin, məsələn, Mehri-Nüvədi ərazisi ilə bağlı bəndin bərpa olunması, həmin ərazilərin Azərbaycana qaytarılması tələbini irəli sürə bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə feysbukdakı şəxsi səhifəsində yazıb ki, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb: “Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl, İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb”. Ekspertə görə, İrəvan ikinci reallığı da sakitcə qəbul edib: “Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa ”hərbi xidmətə" heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır. Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıları tərksilahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir yumruq” kitabımda da yazdığım kimi növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq".

Beləcə, 44 günlük savaşdakı ağır və fəlakətli məğlubiyyətdən sonra ermənilər heç zaman olmadığı kimi, bir-birini didməyə başlayıblar. Düşmənin hər gün Türkiyə və Azərbaycanı qalib, özünü isə məğlub olaraq təqdim etməsini izləmək çox xoşdur. Bu, onların halal haqqı olan taledir, özləri istədilər...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru