“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                 

“40 ildir evliyəm, həyat yoldaşıma bir şillə də vurmamışam” - Partiya sədri
Tarix: 12-03-2021, 10:08 | Çap et
“40 ildir evliyəm, həyat yoldaşıma bir şillə də vurmamışam”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, dünyada hər üç qadından biri həyatlarının hansısa dönəmində ya fiziki, ya da cinsi zorakılıqla qarşılaşır. ÜST yaydığı hesabatda koronavirus pandemiyası zamanı qadınlara qarşı şiddətin artmasına da diqqət çəkib.

ÜST-in məlumatına görə, qadına qarşı zorakılıq halları daha çox Cənubi Asiya və Afrika ölkələrində müşahidə olunur. Bu bölgələrdə qadınlara qarşı şiddət nisbəti 50 faizdən çoxdur. Bu nisbət Avropada, Orta və Şərqi Asiya ölkələrində təxminən 20 faizdir.

Azərbaycanda da qadına qarşı zorakılıq, hüquq pozuntularının olması ilə bağlı müəyyən statistikalar, çoxsaylı müzakirələr var. Bəs bu statistika nə dərəcədə şişirdilir? Axtardığımız qadın haqlarını harada tapaq?

Mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a danışıb. Partiya sədri hesab edir ki, Azərbaycanda, ümumilikdə türk dövlətlərində qadınlara qarşı daha az zorakılıq var: “Çünki bizim adət-ənənələrimizdə qadına yüksək hörmət var. İkinci bir tərəfdən, Azərbaycan Konstitusiyasında hüquqlar cinslərə görə ayrılmır. Qadın və kişilərin hüquqları bərabərdir, üstəlik, zərif cins olduqları üçün qadınlara bəzi güzəştlər də edilir. Məsələn, əsgəri xidmətə çağırılmır və yaxud cəza verilərkən onun qadın olması nəzərə alınır. Və yaxud boşanma ilə bağlı məhkəmələrdə ilk növbədə ovladığın qəyyumluğu anaya verilir. Amma bəzi ölkələrdə bu əksinə olur. Eləcə də boşanmadan sonra qadınların yaşama hüququ tanınır. Bu həm də dini kitabımız olan Qurani-Kərimdə də əmr olunub.

Bu gün sanki belə görünür ki, qadınlar kişilərdən daha üstün hüquqa yiyələnmək, bununla da kişilərin hüquqlarını pozmaq istəyirlər. Və yaxud ailədə qadınların öz kişilərinə tabe olmamaq məsələsini hüquqi azadlıq kimi qəbul edirlər. Mütəxəssislər də bildirir ki, iki şəxs arasında mütləq biri tabe olan, digəri isə tabe edən olmalıdır. Ailədə də ər-arvaddan biri tabe, biri də tabe edən olmalıdır. Bir qayda olaraq ailənin bütün yükünü kişi öz üzərinə götürüb, ailəni idarə etdiyinə görə kişi idarə edən, qadın isə idarə olunan rolunda çıxış edir. Bu o demək deyil ki, qadının heç bir hüququ yoxdur, əksinə, evin idarə olunmasında qadın müstəsna hüquqa malikdir, qadının idarə olunması hüququ isə kişiyə malikdir. Bəzilərinin qadın azadlığı haqqında düşündükləri qadın özbaşınalığı, qadınların istədiyini etmə azadlığı kimi başa düşür. Təbii ki, zorakılığın bütün formaları, yəni qadına, uşaqlara, eləcə də kişilərə qarşı zorakılıq pislənilməlidir.

Hesab edirəm ki, bu gün cəmiyyətimizdə qadınlara qarşı zorakılıqların baş verməsinin çox ciddi sosial-iqtisadi səbəbləri var. Belə ki, hazırda ölkədə ciddi rəqəmlərlə hesablanan işsizlik, kasıbçılıq var. Bəzi qadınlar kişilərdən artıq qazanc tələb edəndə ailə konliktlərinə gətirib çıxarır ki, nəticədə kişi qadına qarşı şiddət tətbiq edir. Qanunvericilikdə yoxdur ki, qadın kişidən artıq qazanc tələb edəndə, ona tabe olmaq istəməyəndə ona qarşı nə cür davranılsın. Bu olmadığına görə bəzi kişilərin özləri qadınlarını mühakimə edir və cəzalandırır. Qurani-Kərimdə belə bir ayə var ki “Əgər qadınlar sizin sözünüzdən çıxarlarsa, siz onları döyün”. Burada döymək şiddət deyil, yəni qadınları yumşaltmaq mənasını verir".

Sərdar Cəlaloğlunun sözlərinə görə, qadınlarımızın qadın azadlığını düzgün dərk etməməsi ilk növbədə Azərbaycanda ailə institutunun sarsılmasına gətirib çıxarır, ailə institutu böhrana düşdüyünə görə isə dövlət də böhrana düşür: “Qadının kişiyə tabe olmaması vətəndaşların, eləcə də məmurların qanunlara tabe olmamasından heç də fərqlənmir. Mən 40 ildir ki, evliyəm, bu günə qədər həyat yoldaşıma bir şillə vurmamışam. Eləcə də valideynlərim 50 il evli olublar, amma mən bir dəfə də olsun, atamın anama əl qaldırdığını görməmişəm. Yaxınlarımda, qohum-qonşularımda da belə bir zorakılıq görməmişəm. İndi sual olunur ki, qadına qarşı zorakılıq var deyirlər, bəs bu zorakılıq haralarda olur, görəsən? Bizim çox gözəl bir atalar sözümüz var: ”Yüyürən at özünə qamçı vurdurmaz". Yəni qadın o zaman zorakılığa məruz qalır ki, dedi-qodu edir, kişinin ləyaqətinin alçaldır və sairə".

“Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı isə qeyd etdi ki, dinimizdə qadınlara qarşı şiddət məsələsi yoxdur: “Tez-tez mən də o ifadələrə rast gəlirəm ki, Qurani-Kərimdə buyurulur ki, qadın sizə tabe olmursa, onu döyün. Lakin araşdırsaq görərik ki, müqəddəs kitabımızda belə bir şey yoxdur. Bunlar birmənalı şəkildə uydurmadır. Əksinə, Qurani-Kərimdə qadına qarşı daha yüksək münasibət, hörmət var. Məsələn, Peyğəmbərimiz hər zaman buyurub ki, qız övladlarınızı oğlan övladlarınızdan daha çox sevin. Və yaxud bildirilib ki ”Cənnət anaların ayağı altındadır". Yəni İslam dinində qadının kişidən daha aşağı səviyyədə durması, hüquqsuz göstərilməsi barədə deyilənlərin hamısı cəfəngiyyatdır".

Aynur Camalqızı qeyd edib ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə qadın ölümləri baş verir, lakin bunun sırf qadın məsələsi ilə bağlanılması doğru deyil: “Bu, cinayət hadisəsidir. Məgər ABŞ-da, Avropa ölkələrində kişilər öldürülmür? Nədənsə kişilərin öldürülməsi ilə bağlı statistika hesablanmır və yaxud kişi hüquqları qabardılmır, kişi hüquqları ilə bağlı hərəkat yoxdur. Bu cür bölücülüyün, cinsi ayrı-seçkiliyin əleyhinəyəm.

Qeyd etdiyim kimi, qadınlarla bağlı bütün ölkələrdə problemlər var. Məsələn, bugünlərdə belə bir statistika ilə tanış oldum ki, Avropa İttifaqına daxil olan ölkələrdə əksər iş yerlərində kişilərə daha çox üstünlük verilir, nəinki qadınlara. Hətta onların maaşları qadınların maaşlarından 14 faiz daha artıqdır. Yəni dünyanın ən inkişaf etmiş ölkələrində belə bu cür cinsi ayrı-seçkiliklər var. Təbii ki, buna qarşı mübarizə aparmaq lazımdır. Lakin bunu radikal, cinsi ayrı-seçkilik etmədən həyata keçirmək lazımdır. Əlbəttə ki, qadınlar zərif məxluqdur. Ola bilər ki, fiziki baxımından kişilərdən zəif ola bilərlər. Lakin qadınlar qətiyyən gücsüz deyillər, əksinə, kifayət qədər güclüdürlər. Yeri gəldikdə orduda da xidmət edə, döyüşə də bilərlər".

Aynur Camalqızı bu mövzu ilə bağlı ölkəmizdə ciddi maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu vurğulayıb: “Çox təəssüf ki, bizim bəzi bölgələrimizdə qızlarla bağlı hələ də problemlər var. O cümlədən mentalitetimizdə oğlan övladlarının qız övladlarından daha üstün tutulması məsələsi var. Hətta ana bətnində ikən qız uşaqlarının öldürülməsi halları yenə də mövcuddur. Yəni bu cür problemlər var. Amma düşünmürəm ki, bu problemləri hansısa radikal addımlarla həll etmək lazımdır. Hesab edirəm ki, bu məsələ çox ciddi şəkildə müzakirə edilməli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işdə davamlı olaraq çalışmalıdır. Cəmiyyətimizdə nümunə, örnək qadın obrazları var, onlar nümunə olaraq çəkilməlidir, valideynlərə aşılanmalıdır ki, qız uşaqlarını təhsildən ayırmasınlar, onları yetkinlik yaşına çatmamış nikaha məcbur etməsinlər. Bu problemlər var, lakin onları yalnız maarifləndirmə yolu ilə həll etmək lazımdır. Ötən gün mətbuatdan belə bir məlumat oxudum ki, bir qadın ərini balta ilə öldürüb. Bəs indi bunu necə təqdim edək? Bu hadisə kişi hüquqlarının pozulmasıdır? Əlbəttə ki, xeyr, bu, cinayətdir. Və yaxud qadının öldürülməsi cinayətdir, bu qadın hüquqlarının pozulması məsələsi deyil. Qadın hüquqlarının pozulması daha çox təhsildə baş verir. Onların təhsil hüquqlarının məhdudlaşdırılması, yetkinlik yaşa çatmadan nikaha məcbur edilməsidir və sairə. Bütün bunlar da mentalitetdən irəli gələn problemlərdir ki, diqqəti də məhz bu problemlərə yönəltmək lazımdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru